Xəbər Lenti
Dünən, 16:50
HAQQ ƏDALƏT PARTİYASININ 2026 - CI İL FƏALİYYƏT PROQRAMININ TƏQVİMİNƏ UYĞUN OLARAQ İCLASI KEÇİRİLDİ.
20-06-2026, 12:24
Xeyirxahlığı və vətənpərvərliyi ilə seçilən nümunəvi iş adamı – “Sultan” marketlər şəbəkəsinin rəhbəri Mehman müəllim
19-06-2026, 17:48
Ömrünü elmə və səhiyyəyə həsr edən ziyalı xanım – Səlimova Ofeliya Miryusif qızının 80 illik yubileyi
19-06-2026, 17:39
Biləcəri qəsəbəsi 297 nömrəli orta məktəbin 10B sinif məzunlarının 50 illik yubileyi böyük sevinc və nostalji hisslərlə qeyd olundu
İsrailin müdafiə naziri Azərbaycana rəsmi səfərə gəlir
İsrailin müdafiə naziri Yoav Qalant bu gün Azərbaycana rəsmi səfərə gələcək.
Bu barədə İsrail Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İyulun 14-dək davam edəcək səfər çərçivəsində Qalant Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənov, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi, general-polkovnik Elçin Quliyev və digər rəsmi şəxslərlə görüşəcək.
“Azərbaycana səfərin məqsədi iki ölkə arasında strateji əlaqələri, siyasi əməkdaşlığı gücləndirmək, təhlükəsizlik və texnologiya sahəsində əlaqələri genişləndirməkdir. Görüşlər zamanı İsrailin müdafiə naziri həmkarları ilə regional sabitliyin gücləndirilməsi yollarını müzakirə edəcəyi gözlənilir”, - İsrail Müdafiə Nazirliyinin bəyanatında deyilir.






















































