Azərbaycan incəsənəti Çilidə: Santyaqoda Zəfər Gününə həsr olunmuş beynəlxalq sərgi açılıb
GÜLNARA HƏMİDOVA – SÖZÜNƏ, QƏLƏMİNƏ VƏ İNSANLIĞINA SADİQ ÖMÜR YOLU! DOĞUM GÜNÜNÜZ MÜBARƏK!
Gülnara Həmidova: ŞAHİN BABAYEVİN ƏZİZ XATİRƏSİ QƏLBİMİZDƏ DAİM YAŞAYACAQ – BİR İLİN AĞRISI, BİR ÖMRÜN UNUDULMAZ İZLƏRİ...
“Seliverstov” 200 minlik dələduzluğunu ifşa edən İsrail vətəndaşlarına qarşı şər-böhtan kampaniyasina başlayıb
MÜDAFİƏ YAZISI ŞƏLALƏ HÜSEYNOVANIN FƏALİYYƏTİ İLƏ BAĞLI İDDİALARI TƏKZİB EDİRMİ? – XEВERMEDİA.İNFO-DAN SƏRT CAVAB!
“İMZA” İctimai Birliyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş tədbir keçirilib
ƏZİZ İLKİN, ATANIZ FÜZULİ MÜƏLLİMİN ƏZİZ XATİRƏSİ QARŞISINDA BAŞ ƏYİR, SİZƏ VƏ AİLƏNİZƏ DƏRİN HÜZNLƏ BAŞSAĞLIĞI VERİRİK!
Yevlaxda əməliyyat: Silah-sursat və narkotik aşkarlandı - FOTO
Yevlax rayonunda polis əməkdaşları tərəfindən keçirilən əməliyyatlar zamanı silah-sursat və narkotik vasitələr aşkar edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupu məlumat yayıb.
Bildirilib ki, Yevlax Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin və Narkotiklərlə Mübarizə Qrupunun əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon sakinlərindən silah-sursat və narkotik vasitələr götürülüb. İlk tədbir zamanı odlu silahı qanunsuz olaraq əldə edib saxlamaqda şübhəli bilinən Atif Mahmudov şəhər ərazisində saxlanılaraq şöbəyə gətirilib. Axtarış aparılarkən ondan “Kalaşnikov” konstruksiyalı “AK-74” markalı avtomat, bir ədəd avtomat darağı və 30 ədəd patron aşkar edilərək götürülüb. Bundan başqa keçirilən digər bir əməliyyatla rayon sakini Abıl Yusibov şəhər ərazisində saxlanılaraq idarə etdiyi avtomobillə birlikdə şöbəyə gətirilib. Onun üzərinə və avtomobilinə baxış zamanı heroin, marixuana və metodon həbləri aşkar edilərək götürülüb.
Hər iki faktla bağlı Yevlax RPŞ-də Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, istintaq davam etdirilir.

























































