Azərbaycan Respublikasında Məhkəmə-Hüquq Şurasının Hüquqi Statusu və Fəaliyyətinin Konstitusion-Hüquqi Əsasları
Deputat Sevinc Fətəliyeva məhkəmə-hüquq sisteminin işinə necə müdaxilə edir?-ARAŞDIRMA
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev Suskənd kəndində səyyar qəbul keçirib
İNSAN HÜQUQLARI MÜDAFİƏSİ, DEFENDING HUMAN RIGHTS ŞİRKƏTİNİN RƏHBƏRİ, BEYNƏLXALQ HÜQUQ MÜDAFİƏÇİSİ İSMAYIL ZALOV ADEX TƏDBİRİNDƏ İŞTİRAK ETDİ
ŞƏFFAFLIQ VƏ ƏDALƏT PRİNSİPLƏRİ ÖN PLANDA — İNSAN HÜQUQLARI MÜDAFİƏSİ ŞİRKƏTİNDƏN MÜHÜM HÜQUQİ FƏALİYYƏT
Sabirabadda partlayış nəticəsində xəsarət alan qadının vəziyyəti AÇIQLANDI - YENİLƏNİB
Sabirabadda qaz partlayışı nəticəsində xəsarət alan qadın xəstəxanadan evə buraxılıb.
Bu barədə Oxu.Az-a Sabirabad Rayon Mərkəzi Xəstəxanasından məlumat verilib.
Bildirilib ki, 1978-ci il təvəllüdlü vətəndaş 5 noyabr tarixində Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib:
“Ona zəruri tibbi xidmət göstərilib və yuxarı ətrafın, çiyin qurşağı nahiyəsinin bilək və əl istisna olmaqla dəqiqləşdirilməmiş dərəcəli termiki yanığı diaqnozu qoyulub. Vəziyyəti qənaətbəxş hesab olunan pasiyent ambulator müalicə üçün evə buraxılıb”.
09:42
Sabirabadda qaz partlayışı baş verib. Hadisə nəticəsində bir qadın yanıq xəsarətləri alıb.
Modern.az xəbər verir ki, partlayış ötən gün Sabirabad şəhəri Heydər Həmidov küçəsi, ev 59-da qeydə alınıb. Partlayış evin mətbəx hissəsində baş verib. Həmin zaman mətbəxdə olan ev sahibi Südabə Zərbəliyeva müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.
Yaralı Sabirabad Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Vəziyyətinin orta ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.






















































