Zeferyolu.az-ın rəhbəri Jalə Ağakişiqızı: 8 NOYABR – QALİB XALQIN QÜRUR GÜNÜ, AZƏRBAYCANIN ƏBƏDİ ZƏFƏR SALNAMƏSİ!
Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Nərimanov rayonunda “8 Noyabr – Zəfər Günü” münasibətilə ağacəkmə aksiyası keçirilib
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: AZƏRBAYCANIN TARİXİ QƏLƏBƏSİ – MİLLİ İRADƏNİN, LİDERLİYİN VƏ QƏHRƏMANLIĞIN TƏNTƏNƏSİ!
ŞUŞANIN AZADLIĞI AZƏRBAYCANIN ZƏFƏR TARİXİNƏ QIZIL HƏRFLƏRLƏ YAZILAN ŞANLI SƏHİFƏDİR!
Toyda mahnı sifarişi üstündə qohumlarını bıçaqladı - CƏZA
Gəncə Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmada və xuliqanlıqda təqsirləndirilən Rüfət Həsənzadənin cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Dadaş İmanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Məhkəmənin hökmü ilə ona dörd il müddətə azadlıqdan məhrumetmə cəzası təyin edilib.
Qeyd edək ki, hadisə ötən ilin iyun ayında Gəncə şəhərində yerləşən “Min Bir Gecə” şadlıq sarayında qeydə alınıb. Belə ki, Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri - Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini R.Həsənzadə saxlanılıb.
İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində musiqi sifarişinə görə N.Məmmədovla mübahisə edib. O, N.Məmmədova bıçaqla xəsarət yetirən zaman öz bacısı və bacısının həyat yoldaşı ona mane olmağa çalışıblar. Bu zaman R.Həsənzadə onlara da müxtəlif xəsarətlər yetirib.
Faktla bağlı R.Həsənzadə barəsində Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) və 221-ci (xuliqanlıq) maddələri ilə cinayət işi açılıb.






















































