DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Uğurlu gələcək uşaqların təbəssümündən başlayır
Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir. Uşaq heç bir sözlə ifadə edilməyən və dəyəri heç nə ilə ölçülməyən əvəzsiz bir varlıqdır. Xalqın, dövlətin ən qiymətli sərvəti uşaqlardır. Uşaqlar dövlətin gələcəyi, dövlətin möhkəmliyidir. Bu səbəbdən tarixən hər bir dövlət və cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən ümdə vəzifələrindən biri hesab etmişdir. Respublikamız da bu mühüm məsələyə daim diqqət və qayğı ilə yanaşır.
Uşaq hüquqlarının qorunması istiqamətində həyata keçirilən mühüm tıdbirlərdən biri də onlara vəzifələrinin düzgün öyrədilməsidir. Cəmiyyətdə davranış qaydalarına əməl etmək, biliklərə yiyələnmək, faydalı fəaliyyətə hazırlanmaq, adət-ənənələrə və mədəni sərvətlərə hörmətlə yanaşmaq kimi vəzifələr mütəmadi olaraq uşaqlara öyrədilməli, bu istiqamətdə maarifləndirmə işləri aparılmalıdır.
Uşaq hüquqlarının tanınması və cəmiyyətin bu hüquqlara hörmət etməsi mühüm əhəmiyyət kəsb edən bir məsələdir. Bu gün Azərbaycanda yeni nəsil yetişir və bu nəsil gələcək Azərbaycanın sağlam düşüncəli vətəndaşlarının bazası funksiyasını yerinə yetirir. Unutmayaq ki, hüquqi dövlətimizin gələcəyi, məhz bu günün uşaqlarından, bu uşaqların hüquqlarının təminatından asılıdır. Cəmiyyətin gələcək inkişafının əsasını uşaqlar təşkil edir. Daim qayğıya, şəfqətə ehtiyac duyan uşaqların hüquqlarının qorunması, onların layiqli vətəndaş kimi formalaşdırılması hər bir dövlətin başlıca sosial məsuliyyətlərindəndir.Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Bu baxımdan, hər kəs onların hüquqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir.
Uşaqlara qayğı təkcə dövlətin üzərinə düşən vəzifə deyil. Hər bir şəxs uşaqların hərtərəfli böyüdülməsi üçün səy göstərməlidir. Çünki uşaqlar təkcə bir evin deyil, bütün el-obanın ən qiymətli, ən dəyərli sərvəti, hər bir xalqın gələcəyidir. Gələcəyi qorumaq isə təkcə qanunların deyil, hamımızın borcudur.
Ənənəvi olaraq 20 oktyabr – 20 noyabr tarixlərində ölkəmizdə BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının həyata keçirilməsi vəziyyətinin daha da yaxşılaşdırılması məqsədilə “Uşaq Hüquqları aylığı” elan edilir. Aylığının keçirilməsinin əsas məqsədi uşaqlara diqqətin artırılması, uşaq hüquqlarının qorunması vəziyyətinin daha da yaxşılaşdırılması, uşaqların layiqli, firavan yaşayış səviyyəsinin, təlim-tərbiyəsinin, təhsilinin, sosial müdafiəsinin, sağlamlığının yüksək səviyyədə təşkil edilməsidir. “Uşaq hüquqları aylığı” çərçivəsində tədbirlər noyabrın 20-dək davam edəcək.
Uşaq hüquqlarının qorunması, müdafiəsi, onların sağlam mühitdə böyüməsi üçün dövlətimiz tərəfindən həyata keçirilən tədbirlərin keçirilməsində əsas məqsəd aidiyyatı qurumları cəlb etməklə uşaqlara diqqət və qayğının artırılması, onlara qarşı zorakılığın, erkən nikahın və bu kimi digərxoşagəlməz halların qarşısının alınmasından ibarətdir. Uşaqların hüquqlarının qorunması və onların inkişafı naminə ümummilli lider Heydər Əliyev tərəfindən ölkədə aparılan sosial, iqtisadi və hüquqi islahatlar ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə davam etdirilir. Bu gün ümummilli liderin layiqli davamçısı, ölkə prezidenti İlham Əliyev dahi şəxsiyyətin uşaqlarla bağlı xeyirxah ənənələrini uğurla həyata keçirir. Ölkə başçısının uşaq hüquqlarının müdafiəsi sahəsində atdığı addımlar, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın uşaqlara göstərdiyi diqqət və qayğı Azərbaycan uşaqlarının taleyində rol oynayacağına zəmanət verir. Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu nəcib missiyası ilə Azərbaycan uşaqlarının ən böyük dostuna, ən böyük himayədarına çevrilib.
Azərbaycan İnsan Hüquqları üzrə müvəkkili (Ombudsmanı) tərəfindən 20 oktyabr - 20 noyabr tarixlərində ölkəmizdə hər il "Uşaq Hüquqları Aylığı" elan edilməsi Azərbaycan dövlətinin uşaqlara sonsuz qayğısının bariz təzahürü sayılmalıdır.
Hər il olduğu kimi, bu il də Uşaq Hüquqları haqqında Konvensiyanın qəbul edilməsinin ildönümü ərəfəsində Azərbaycan İnsan Hüquqları üzrə Müvəkkili tərəfindən 20 oktyabr - 20 noyabr tarixləri "Uşaq hüquqları aylığı" elan edilib. Bu mühüm aylıq çərçivəsində respublikamızda Ombudsman Aparatı, mərkəzi və yerli icra hakimiyyəti orqanları, vətəndaş cəmiyyəti institutları, o cümlədən QHT və KİV-lərin nümayəndələri, icmalar tərəfindən uşaq hüquqlarına dair müxtəlif maarifləndirmə tədbirləri keçirilir, müsabiqələr, sərgilər təşkil olunur, araşdırmalar aparılır və hüquqların təmin olunması istiqamətində digər tədbirlər görülür. Tədbirlər bir qayda olaraq, uşaqların sağlam həyatı, tərbiyəvi əhəmiyyətli mühitdə böyüməsi, parlaq gələcəyi üçün nəzərdə tutulub. Hər il keçirilən “Uşaq hüquqları aylığı” çərçivəsində dövlət qurumları, qeyri-hökumət təşkilatları, kütləvi informasiya vasitələri və icmalar tərəfindən uşaqların fəal iştirakı ilə uşaq hüquqları mövzusunda müxtəlif tədbirlər, dəyirmi masalar, treninq-seminarlar keçirilir, orta ümumtəhsil məktəblərində, uşaq müəssisələrində maarifləndirmə tədbirləri, müsabiqələr, sərgilər təşkil olunur ki, bu da uşaq hüquqlarının səmərəli təmininə və təbliğinə xidmət edir.
Uşaqların istismar olunması, erkən nigah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələrdir və bu təhlükələrə qarşı mübarizə aparılmalıdır. Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsi önəmlidir. Qız uşaqlarının erkən nikaha cəlb edilməsi hazırki dövrümüzün aktual problemidir. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nikah problemi digər ölkələrdə olduğu kimi ölkəmizdə də hələki mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, Azərbaycanda, həm də xarici ölkələrdə yaşayan soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, bir ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlərBu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə tam əhatə olunub. Bəllidir ki, Azərbaycanda uşaq problemlərinin həlli bu mühüm sahədə dövlət siyasətinin prioritet istiqamətlərindən birini təşkil edir. Ümummilli lider Heydər Əliyev tərəfindən əsası qoyulmuş dövlət uşaq siyasəti ölkəmizdə uşaqların hərtərəfli və ahəngdar inkişafının təmin edilməsinə yönəlmişdir. Ulu öndər öz çıxışlarında dəfələrlə vurğulamışdır ki, müstəqil dövlətimizdə uşaqların yüksək mənəvi-əxlaqi mühitdə, milli dəyərlər əsasında kamil tərbiyə alaraq layiqli şəxsiyyət kimi yetkinləşməsi olduqca mühüm əhəmiyyət kəsb edir. Bu gün dövlətimiz hər bir azərbaycanlı uşağının yüksək sosial-mənəvi mühitdə böyüməsinə çalışır. Gələcəyimiz olan uşaqların qayğısına qalmaq hər bir vətəndaşın, valdeynlərin borcudur. Uşaqlar bizim sevincimiz, xoşbəxtliyimiz, cəmiyyətin gələcəyidir. Müstəqil Azərbaycan gələcəyə ümidlə gedəcəkdir və ümidimiz, gələcəyimiz bizim uşaqlarımızdır, balalarımızdır. Uşaqlar hər bir xalqın, dövlətin qiymətli sərvətidir. Cəmiyyətin həssas üzvü olan uşaqların xüsusi müdafiəyə ehtiyacı var. Bu baxımdan hər kəs onların hüquqlarının və maraqlarının qorunmasını təmin etməli, uşaqlara qayğısını əsirgəməməlidir. Uşaqlar ailənin davamçısı olduğu kimi, həm də dövlətin gələcəyidir. Uşaqların hərtərəfli böyüməsi və inkişaf etdirilməsi üçün çalışmalıyıq. Bu istiqamətdə dövlət tərəfindən də lazimi dəstək göstərilir. Biz, dövlətimizin gələcəyi olan uşaqların sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüməsi üçün bütün gücümüzü səfərbər etməliyik.
Uşaq ailənin davamçısı olduğu kimi, dövlətin də gələcəyidir. Çalışmalıyıq ki, onların məsumluğunu, təbəssümünü, xoşbəxtliyini qoruyub saxlaya bilək. Biz elə etməliyik ki, dövlətimizin gələcəyi olan uşaqlar sağlam və rəqabətə dayanıqlı vətəndaş kimi böyüsünlər. Bütün bunlara nail olmaq üçün isə hər birimiz səylərimizi gücləndirməli və birləşdirməliyik ki, müstəqilliyi əbədi, dönməz və sarsılmaz olan Azərbaycanımızın parlaq gələcəyinin təminatçısı olan uşaqlarımız “Mən varam, mənim hüquqlarım var!” fikrini öz həyat devizlərinə çevirərək, dünyaya gülərək baxsınlar. Çünki dünya onlar gülərsə gözəlləşər...
Azərbaycan sülhsevər, sabit ölkədir, biz hər zaman öz müstəqilliyimizi, övladlarımızı və təhlükəsizliyimizi qoruyacağıq. Görülən bütün işlər, atılan addımlar uşaqların gələcək xoşbəxtliyini naminədir. Ədliyyə işçisi olaraq bizim əsas amalımız gələcəkdə övladlarımızı mənəvi və fiziki cəhətdən sağlam, güclü, savadlı, Azərbaycanın layiqli vətəndaşı kimi görməkdir.
Gültən Abdullayeva
3 saylı asan xidmət mərkəzinin qeydiyyat şöbəsinin rəisi