Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
Uşaqları qoruyaq və sevək

Hər bir uşaq dünyanın bir hədiyyəsidir və sevgi ilə böyüməyə layiqdir. Uşaqlar ümidlərimizin, gələcəyimizin nümayəndələridir. Uşaqlar hər bir evin sevincidir. Hər bir ailə üçün xoşbəxtlik mənbəyidir. Böyümələri, inkişafı, ilk addımlarını atmaları və məktəbə başlamaları yaşanan ən böyük həyəcanlardan biridir. Uşaqlar bizim ən qiymətli mənbəyimizdir. Böyük tarixi şəxsiyyət, ümummilli lider Heydər Əliyev deyirdi: "Uşaqlar bizim gələcəyimizdir, gələcəyimizi nə cür tərbiyə edəcəyiksə, ölkəmizin, millətimizin, dövlətimizin sabahın bundan asılı olacaqdır". Hər bir dövlət, hər bir cəmiyyət gələcəyi olan uşaqların qayğısına qalmağı, onların fiziki və mənəvi cəhətdən böyüməsini təmin etməyi özünün ən üçdə vəzifələrindən biri hesab edir. Azərbaycan dövləti də bu mühüm məsələyə qayğı ilə yanaşır. Bu gün müstəqil Azərbaycanın uşaqları diqqət və qayğı ilə əhatə olunmuşdur. Respublikamızda uşaqların yüksək qayğı ilə əhatə olunması, əlverişli mənəvi və sosial mühitdə böyüməsi üçün zəruri şəraitin yaradılması, layiqli vətəndaş kimi formalaşması əsası ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuşdur. Ulu öndər Heydər Əliyev uşaqlara dövlət səviyyəsində qayğını həmişə diqqət mərkəzində saxlayırdı. Bu gün həmin kurs möhtərəm Prezidentimiz cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Hər il olduğu kimi bu il də Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin təşəbbüsü ilə ənənəvi olaraq 20 oktyabr-20 noyabr tarixlərində BMT-nin Uşaq Hüquqları qəbul edilməsinin ildönümü ərəfəsində respublikamızda "Uşaq Hüquqları Aylığı" elan edilib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə dövlətimiz cəmiyyətin gələcəyi olan uşaqların hüquqlarının qorunmasına xüsusi əhəmiyyət verir, uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. "Uşaq Hüquqları Aylığı" ilə bağlı Bakı şəhərinin bir çox ümumtəhsil məktəblərində silsilə tədbirlər keçirilir. "Uşaq Hüquqları Aylığı" çərçivəsində təşkil olunan tədbirlər bir qayda olaraq, uşaqların sağlam həyatı, tərbiyəvi əhəmiyyəti mühitdə böyüməsi, parlaq gələcəyi üçün nəzərdə tutulub. Keçirilən tədbirlərin məqsədi BMT-nin Uşaq Hüquqları Konvensiyasının qəbul olunmasının ildönümü, 20 oktyabr-20 noyabr-Ümumdünya Uşaqlar günü ərəfəsində uşaqlara diqqətin daha da artırılması, uşaq hüquqlarının qorunması işinin yaxşılaşdırılmasından ibarətdir. Sumqayıt şəhərində də "Uşaq Hüquqları aylığı" çərçivəsində noyabrın 2-də möhtəşəm tədbir keçirilib. Tədbirdə Sumqayıt şəhər İcra Hakimiyyətinin nümayəndələri, məhkəmə-hüquq mühafizə orqanları, ədliyyə orqanlarının nümayəndələri, Sumqayıt şəhər qeydiyyat şöbəsinin rəisi Təranə Novruzova və bir çox nüfuzlu şəxslər iştirak ediblər. Tədbirdə uşaq hüquqlarının yaranma tarixi, milli və beynəlxalq qanunvericilik, dövlət tərəfindən uşaq hüquqlarının müdafiəsi sahəsində görülən işlər barədə ətraflı məlumat verilib. Qeyd edilib ki, Azərbaycanda uşaqlar dövlətin və cəmiyyətin daim diqqət mərkəzindədir və uşaq problemlərinin ardıcıl həlli ölkəmizdə bu sahədə həyata keçirilən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Uaşqlara diqqət və qayğının göstərilməsi, onlara qarşı pis rəftarın və zorakılığın qarşısının alınması, bu sahədə məlumatlılığın artırılması, uşaq hüquqlarının səmərəli müdafiəsi və təbliğinə Nail olmağın "Uşaq Hüquqları Aylığı"nın əsas məqsədidir. Çıxışlarda vurğulanıb ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz cəmiyyətin gələcəyi olan uşaq hüquqlarının müdafiəsinə, uşaqların normal formalaşmasına, sağlam böyüməsinə yönələn bir çox dövlət proqramları qəbul edilib və onların həyata keçirilməsi üçün tədbirlər planı müəyyənləşdirilib. Uşaqların istismar olunması, erkən nigah, narkomaniya, zərərli vərdişlər, dini radikalizm kimi problemlərin cəmiyyətimizdə uşaq hüquq və azadlıqlarına qarşı yönəlmiş təhlükələri və bu təhlükələrə qarşı mübarizə yolları haqqında ətraflı məlumat verilib. Uşaqlara göstərilən diqqət və qayğının artırılması üçün cəmiyyətin hər bir üzvünün səy göstərməsi, təlim və tərbiyənin önəmli rol oynaması barədə məlumat verilib. Təəssüflər olsun ki, həyata keçirilən tədbirlərə baxmayaraq, erkən nigah problemi ölkəmizdə hələ ki, mövcuddur və narahatlıq doğuran bir məsələdir. Odur ki, soydaşlarımız, ictimai fəal insanlar, qeyri-hökumət təşkilatlarının nümayəndələri, din xadimləri, ümumilikdə bütün cəmiyyət üzvləri problemlə mübarizədə fəal olmalı, bu halların qarşısının alınmasında yaxından iştirak edərək öz dəstəklərini göstərməlidirlər. Bütün dünyada olduğu kimi, Azərbaycanda da cəmiyyətimizi narahat edən məsələlərdən biri erkən nigah hallarının baş verməsidir. Erkən nigah gələcək nəsillərin sağlamlığı və həyatını təhlükə altına almaqla yanaşı, həmçinin müxtəlif risklər də yaradır. Belə hallar boşanlamalara, sağlamlıq imkanları məhdud uşaqların dünyaya gəlməsinə və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Erkən nigah hallarının baş verməsi bir çox hallarda ailələrdə münaqişələrə, boşanmalara və nəticədə sosial cəhətdən həssas qrupların sayının artmasına səbəb olur. Nəticədə bəzi qış uşaqları təhsildən uzaqlaşdırılır, həm də ailə məsuliyyətini dərk etmədən belə bir ağır.yükü daşı aq məcburiyyətində qalır. Tədbirdə həmçinin gəncliyimizin mənəvi dəyərlərinin formalaşdırılmasında təhsilin vacibliyindən, dövlətimizin uşaqlar üçün göstərdiyi qayğı və diqqətdən danışılıb. Ölkəmizin müstəqillik əldə etdikdən sonra qoşulduğu beynəlxalq sənədlərdən və qəbul edilən qanunlardan bəhs edilib. "Uşaq Hüquqları Aylığı" çərçivəsində keçirilən bu cür mötəbər tədbirlər ölkədə uşaq hüquqlarının təbliğinə, hüquq düşüncəsinin, hüquq mədəniyyətinin inkişaf etdirilməsinə, uşaq hüquqlarının müdafiəsinə və onların problemlərinin həllinə öz töhfəsini verir. Uşaqlar bizim gələcəyimizdir, onları qorumaq, xüsusi diqqət və sevgi göstərmək hamının borcudur. Sevgi, şəfqət və hörmətlə böyüyən uşaqlar güclü gələcəyin təminatıdır. Gəlin bütün uşaqların qayğısına qalmağı və hüquqlarını qorumağı unutmayaq.
Təranə Novruzova































































