Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

19 Ekm 11:23Manşet / Gündəm / Siyasət

MÖHTƏŞƏM 20 İL – MÜZƏFFƏR ALİ BAŞ KOMANDAN İLHAM ƏLİYEV

 

İlham Əliyev siyasətinin 20 illiyinin təntənəli nəticəsi...

Bunu Azərbaycan xalqı 20 il əvvəl etimad göstərərək seçdiyi prezidentin, Ali Baş Komandan İlham Əliyev kimi sərkərdənin sayəsində etdi.

Bu il sentyabrın 19-20-də Azərbaycan Ordusu tərəfindən Qarabağda keçirilən antiterror tədbirləri nəticəsində Xocalı separatçılardan təmizləndi. Azərbaycan xalqının 30 illik dözümü, acı səbri 23 saat ərzində əks-həmlə ilə sakitləşdi. Əlbəttə ki, bizə bu təntənəni yaşadanlar başda, Ali Baş Komandan, cənab İlham Əliyev, daha sonra Azərbaycan əsgəri, şəhid olan qəhrəmanlar və sağlığını Vətən yolunda itirən qazilər oldu. 

Əzəli torpaqları 30 ildir işğal altında olan millətin hər bir nümayəndəsi bu missiya üçün hazır olmalı idi, hazır idi də. Hər birimiz, hərə öz işi ilə bu günü yaxınlaşdırmışdı. Bu illər ərzində Azərbaycan tək daxildən deyil, həm də xarici miqyasda öz sözünü deməyi bacardı. Azərbaycanın yürütdüyü daxili və xarici siyasət, dünya müstəvisində mövqeyi, təkcə bölgədə deyil, daha böyük coğrafi ərazilərdə artıq nümunə olaraq göstərildi.

İlham Əliyev siyasi kursu Azərbaycan dövlətini dünya meydanında söz sahibi etdi. Həm ölkə daxilində, həm də dünya miqyasında layihələrin hazırlanmasında, çox çətin diplomatik tapşırıqların yerinə yetirilməsində əvəzsiz rolu olan siyasi xadim kimi müstəsna rolu olan İlham Əliyev və onun siyasəti bu gün digər ölkə rəhbərləri üçün bir nümunədir.

Onun ölkədə iqtisadi islahatların həyata keçirilməsində, müstəqil Azərbaycanın xarici ölkələrlə iqtisadi və mədəni əlaqələrinin genişlənməsində, xüsusən də, neft-qaz yataqlarının işlənməsinə dair dünyanın iri neft şirkətləri ilə tarixi müqavilələr imzalaması Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyasında əvəzsiz xidmətlərdən sayılır.

Oktyabrın 15-də Xankəndinin mərkəzində Azərbaycan Respublikasının bayrağını ucaltdıqdan sonra Prezident İlham Əliyev oradan xalqa müraciət etdi. Ali Baş Komandanın dəyərli fikirləri bir daha sübut etdi ki, məhz güclü iqtisadiyyat, bir ölkənin hərtərəfli inkişafında vacib amillərdən biridir.

Bəli, güclü iqtisadiyyat – müstəqillik deməkdir. Müstəqillik isə şərti olmamalıdır. Onu həm də güclü ordu ilə bərqərar etmək lazımdır.

O zaman bir ölkə, həm daxildən, həm də xaricdən güclü dövlət olaraq tarixə düşəcək.

“Azərbaycan xalqının ərazi bütövlüyünü qorumaq mənim ən ali məqsədim idi, mən buna xalq qarşısında and içmişdim”.

Bir milləti irəli aparmaq üçün, təkcə yerləşdiyi zəngin coğrafı mövqe, çoxəsrlik tarix, maddi resurslar kifayət etməz, bir xalqın rifahi, gələcəyi, həm də onun başında duran sərkərdənin qətiyyətindən asılıdır.

İlham Əliyev siyasətində, iqtisadi və sosial islahatlar hər sahədə şəffaflıqla nəticələndi.

İlham Əliyev Qarabağı, onun əsas mahiyyətini, əsl problemi dünyaya danışıqlar yolu ilə çatdırdı. Xocalı soyqırımı həqiqətləri dünyaya təbliğat üsulu ilə izah edildi. Hərb yolu ilə son nöqtə isə, artıq ölkənin daxili işinə çevrilmişdi. Biz bu gün bu tandem siyasətin bəhrəsini dadırıq – danışıqlar və hərbi yolla, ədalət təntənəsi ilə. 

Əsası uzun illər öncə qoyulmuş, ölkənin enerji siyasətinin uğurla davam etməsi, Avropanın enerji xəritəsini dəyişdi. Bu ifadəyə artıq o qədər öyrəşmişik ki, səslənməsi adi olsa da, bu çox böyük məsələdir. Gələcəkdə daha qlobal məsələlərin həll edilməsində Azərbaycan adı əsas kürsülərdən birinə, hətta ilk sıralarına yazıla bilər. 

Bu gün Azərbaycan ordusu dünya miqyasında ən güclü ordulardan biri olaraq tanınır. Bütün dünya buna 44 günlük müharibə və 23 saatlıq antiterror əməliyyatı zamanı canlı şahidlik etdi.

Cənab Ali Baş Komandanın 20 illik prezidentlik dövrü və onun yekunları bu gün bizə bir şeyi deyir: Seçimimiz uğurlu, gələcəyimiz əmin əllərdədir.

Özünün də, bütün çıxışlarında daima vurğuladığı kimi, “xalq-iqtidar birliyi” və İlham Əliyev siyasəti, bundan sonra bu ölkəyə, bu millətə yalnız qələbə yaraşdıra bilər.

Səbuhi Əhmədov

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi

Mənzil istismar departamentinin direktoru

Hazırladı: Vüqar Əsədov