DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
“Heydər Əliyev İRSİ Qarabağ ZƏFƏRİ” adlı tədbir keçirildi-FOTOLAR
“Modern İnkişaf və Ailə” İctimai Birliyi, Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin birgə təşkilatçılığı və Millixəbər.az informasiya portalının informasiya dəstəyi ilə “Heydər Əliyev İRSİ Qarabağ ZƏFƏRİ” adlı tədbir keçirildi.
Tədbirə başlamazdan öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndi. Ulu öndər Heydər Əliyevin və Qarabağ uğurunda gedən döyüşlərdə şəhidlik zirvəsinə ucalmış şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Müasir İnternet Resurslarının İnkişafı İctimai Birliyinin sədri Millixəbər.az informasiya portalının rəhbəri Zamin Zeynal açaraq bildirib ki, Ulu Öndər Heydər Əliyevin müstəqil və müasir Azərbaycanın qurulmasında və inkişafında göstərdiyi tarixi xidmətləri o qədər zəngin, çoxşaxəlidir ki, onu bir tədbirlə əhətə etmək mümkün deyildir. Fəxrlə deyə bilərik ki, hər gün yeni bir tarix yazan müzəffər Ali Baş Komandan İlham Əliyev ulu öndər Heydər Əliyev irsinə sadiqliyini, ən yüksək ada layiq olduğunu bütün dünyaya göstərir. Zamin Zeynal deyib ki “Heydər Əliyev İRSİ Qarabağ ZƏFƏRİ” adlı tədbir təşkil etməkdə əsas məqsəd Heydər Əliyev ili çərçivəsində keçirilən uğurlu tədbirlərə, ictimai-siyasi, mədəni əhəmiyyətli təşəbbüslərə vətəndaş cəmiyyəti ilə yanaşı media dəstəyi göstərməkdir.
MİRİİB sədri Zamin Zeynal tədbirin əsas mahiyyətinə diqqət çəkərək qeyd edib ki, Millixəbər. az informasiya portalı olaraq Yeni Azərbaycan Partiyasının qadınlar şurasının idarə heyyətinin üzvü olmuş, hazırda YAP veteranlar şurasının üzvü, “Modern İnkişaf və Ailə” İctimai Birliyinin sədri, İctimai-siyasi fəal Azərbaycan qadını Zərifə xanım Quliyeva ilə uzun illərdir ki, sağlam, səmərəli media əməkdaşlığı edirik.
Zərifə xanımla etdiyimiz bir çox müsahibə və görüşlərimizdə onun nə qədər ulu öndər Heydər ƏLİYEV irsinə, millətinə, xalqına, soy kökünə bağlı olduğunu şahidi olmuşuq. Görüşlərimizdə Zərifə xanım Böyük Heydər Əliyevin Azərbaycançılıq məfkurəsinə göstərdiyi tarixi xidmətlərindən, Azərbaycanı dağılma təhlükəsindən, xaosdan, anarxiyadan çox böyük çətinliklərlə xilas etməsindən geniş şəkildə bəhs etmişdir.
O hər zaman çıxışlarında dahi Heydər Əliyevin siyasi kursunun bu gün Prezident İlham Əliyev və xanımı Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən uğurla davam etdirildiyini xüsusi olaraq vurğulayır.
Zərifə xanım Quliyeva ilə danışarkən hər zaman Ali Baş Komandan Cənab İlham Əliyevin və Müzəffər ordumuzun xalqımızın 30 illik torpaq həsrətinə son qoymalarına diqqət çəkir, Onların millətimizə tarixi qələbə ZƏFƏRİ qazandırmaqları ilə yanaşı xalqımızı dünyaya QALİB xalq olaraq tanıtdırmalarından ağız dolusu danışır.
Bir sözlə, Millixəbər.az informasiya portalı olaraq milli, vətənpərvər, İctimai-siyasi fəal Azərbaycan qadını dəyərli Zərifə xanım Quliyevanın müxtəlif vaxtlarda Millixəbər. az və digər xəbər sayıtlarında dərc edilmiş İctimai-siyasi milli, vətənpərvər ruhda müsahibə və məqalələrinin bir neçəsini “Heydər Əliyev İRSİ Qarabağ ZƏFƏRİ”adlı xüsusi jurnal buraxılışını oxuculara təqdim edərək belə bir tədbir təşkil etməyi özümüzə mənəvi vətəndaşlıq borcu bildik.
Tədbirdə Milli Məclisin Ailə Qadın Uşaq Problemləri Komitəsinin sədr müavini Jalə Əliyeva,YAP Mərkəzi Aparatının siyasi təhlil, maarifləndirmə seçkilərlə əlaqədar iş şöbəsinin müdir müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru Asif İmaməliyev, Milli QHT Forumunun prezidenti Rauf Zeyni, Filologiya üzrə fəlsəfə doktoru yaziçi-publisist Şərəf Cəlilli, “Dayaq” Vətən Müharibəsi Əlillərinə və Şəhid Ailələrinə Dəstək Təşkilatının sədri Qalib Əliyev Şəhid anası Lətifə Novruzova,qazi Şahin Ağayev və digər çıxış edənlər Ümummilli lider Heydər Əliyevin hər iki hakimiyyəti dövründə Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi naminə gördüyü möhtəşəm fəaliyyətdən söz açdılar. Natiqlər onu da dedilər ki, əbədiyaşar lider Heydər Əliyev milləti və xalqı qarşısında etdiyi səriştəli rəhbərlik və vətəndaşlıq borcunu şərəf və ləyaqətlə yerinə yetirmişdir.
Bu gün hər birimiz fərəhlə deyə bilərik ki, Heydər Əliyev İrsinin layiqli nümayəndələri Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev və ölkəmizin birinci xanımı, Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən Heydər Əliyevin daxili və xarici siyasət kursu uğurla davam etdirilir.
Sonda Zərifə xanım Quliyeva qonaqları salamladıqdan sonra Millixəbər. az sayıtı tərəfindən ona göstərilən bu cür media əməkdaşlığı fonunda belə bir özəl diqqət və tədbirin təşkil edilməsində zəhməti keçən hər kəsə öz təşəkkürübü bildirdi.
Zərifə xanım onu da xüsusi olaraq vurğuladı ki, bundan sonrakı həyat və fəaliyyəti dövründə də daima Heydər Əliyev irsi və Qarabağ Zəfərinin təbliği yönündə ictimai-siyasi fəaliyyətini davam etdirəcək.
Qeyd edək ki, tədbirin sonunda incəsənət ustalarının ifasında milli, Vətənpərvər ruhda ifalar səsləndirildi.
Nicat Abbas Millixəbər. az