Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
ŞƏRƏF VƏ QÜRUR TARİXİMİZ 18 OKTYABR-MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜ
Xalqımızın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə yazılmış 18 oktyabr müstəqilliyin bırpssı günü hər bir azərbaycanlının qürur hissi duyduğu əlamətdar bir gündür.1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycan müstəqilliyini dünyaya bəyan edərək xalqımızın çoxəsrlik dövlətçilik ənənələri davam etdirmişdir. İkinci tarixi imkan bir də 70 il sonra yarandı. Sovet imperiyasının dağılması Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Bu mühüm tarixi sənədlə xalqımız uzun illərdən bəri həsrətində olduğu azadlığına qovuşdu. Müstəqillik haqqında aktın qəbul olunmasının 30-cu il dönümündə biz həm müstəqilliyimizin bərpasının 30-cu il dönümünü , həm də 44 günlük Vətən müharibəsinin, torpaqlarımızın azad edilməsinin birinci ildönümünü qeyd edirik. Dövlət müstəqilliyinin əldə edilməsi xalqımızın ən böyük nailiyyətlərindən biridir. Əldə edilmiş müstəqilliyin, vətəndaş birliyinin, həmrəyliyin, sabitliyin qorunub saxlanılması, Azərbaycanın müstəqil dövlət olaraq dünya dövlətləri arasında rolunun və nüfuzunun möhkəmləndirilməsi məhz Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi altında regionun lider dövləti kimi beynəlxalq nüfuzunu və iqtisadi qüdrətini artıran ölkəmizdə iqtisadiyyatın dinamik inkişafı təmin edilmiş, əhalinin həyat səviyyəsi yaxşılaşdırılmış, respublikamızın müdafıə qüdrətinin artırılması sahəsində böyük uğurlara nail olunmuş və müstəqilliyimiz daha da möhkəmlənmişdir. İndi müstəqilliyimizin siyasi və iqtisadi sütunları getdikcə möhkəmlənir. Xalqın öz dövlətçiliyi sarıdan heç bir narahatçılığı yoxdur. Müstəqilliyin taleyini müəyyənləşdirən əsas amillər qorunub saxlanır, inkişaf etdirilir. Dövlətçiliyin möhkəmləndirilməsinə, iqtisadiyyatın inkişafına, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasına eyni dərəcədə diqqət yetirilir. Azərbaycan xalqı 1991-ci ildən sonra ilk dəfə bu bayramı tam fərqli olaraq, öz ərazi bütövlüyünü bərpa etmiş qalib xalq kimi qeyd edir..Azərbaycan xalqı 30 illik yurd nisgilindən sonra, nəhayət ki, Qarabağda qəhrəman bir savaşla tarixi zəfər qazandı, üzücü işğal dövrünə son qoydu. Müzəffər Ordumuzun sentyabrın 27-dən başlayan davamlı hərbi qələbələri cəmi 44 gündən sonra təcavüzkar dövlətin hərbi-siyasi rəhbərliyini ölkəsinin məğlubiyyətini rəsmiləşdirən 10 noyabr tarixli Azərbaycan – Ermənistan – Rusiya bəyanatını imzalamağa məcbur etdi. Azərbaycan dövləti öz iradəsi və gücü ilə BMT Təhlükəsizlik Şurasının 30 ilə yaxın müddətdə kağız üzərində qalan qətnamələrinin icrasına nail oldu.
dahi şəxsiyyət, xalqımızın Ümummilli lideri Heydər Əliyevin müstəsna xidmətləri sayəsində müstəqilliyimiz əbədi və dönməz xarakter aldı, dünya birliyi tərəfindən tanındı.
Sabit dövlətçilik ənənələrini yaratmış, respublikamızı inkişaf yoluna çıxarmış liderimizin milli dövlətçilik ənənələri Prezeident İlham Əliyev tərəfindən uğurla davam etdirilməkdədir. Son illər dövlət başçısının təşəbbüsü ilə ölkə həyatı üçün mühüm qanun və qərarlar qəbul olunmuşdur.
Müstəqillik Günü hər birimiz üçün milli və iftixar günü, tarixə əbədi həkk olunmuş bir bayramdır. Bir hüquqşünas kimi, bu əlamətdar günü ikiqat sevinc hissi ilə qeyd etməyimizdən sonsuz qürur duyuram. Xalqımızın müqəddəs arzuları cənab Prezidentin rəhbərliyi altında inamla həyata keçirilir.
Azərbaycan xalqı dövlət başçısı İlham Əliyevin ətrafında sıx birləşərək işıqlı gələcəyə qovuşur. 44 günlük Vətən müharibəsində Ali Baş Komandanımızın qətiyyəti, siyasi iradəsi, şanlı ordumuzun gücü, yenilməzliyi sayəsində böyük Qələbə qazandıq. Haqq-ədalət zəfər çaldı. Ərazi bütövlüyümüz və Konstitusiya hüquqlarımız bərpa olundu.
Rerspublikamızın ictimai-siyasi həıyatında bundan sonra da fəal iştirak etməklə ölkə rəhbərinin həyata keçirdiyi məqsədyönlü işlərə dəstək olacağıq.
2020-ci il sentyabrın 27-də Azərbaycan Ordusunun işğalçı Ermənistan silahlı qüvvələrinə qarşı başladığı əks-hücum əməliyyatında əldə etdiyi möhtəşəm qələbələrin ən başlıca səbəbi Prezident, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirdiyi güclü dövlət, güclü ordu strategiyası, milli birlik, döyüşçülərimizin qəhrəmanlığı, vətənpərvərliyi, ruh yüksəkliyi idi. 44 günlük müharibədə məğlub olan Ermənistanın Azərbaycanın şərtlərini qeyd-şərtsiz qəbul etməsi, Azərbaycan, Rusiya prezidentlərinin və Ermənistanın baş nazirinin birgə imzaladıqları bəyanat da məhz düşmən ölkənin kapitulyasiyasının ifadəsi və Azərbaycan dövlətinin birmənalı qələbəsinin göstəricisi oldu. 2021-ci il 15 oktyabr tarixində Müstəqillik günü haqqında Azərbaycan Respublikasının qanunu qəbul olunmuşdur.Sözügedən qanunla 28 may Müstəqillik Günü, oktyabrın 18-i, isə Müstəqilliyin bərpası günü elan olunmuşdur.Prezident İlham Əliyevin Müzəffər Ali Baş Komandan kimi gərgin əməyinin nəticəsində Azərbaycan ərazi bütövlüyünə qovuşdu, xalqımız dünyada mübariz, döyüşkən və müzəffər xalq kimi tanındı.Müzəffər Ali Baş Komandan İlham Əliyevin indi böyük dövlət xadimi və Azərbaycan xalqının lideri kimi əsas missiyası dövlətin və xalqın gücü ilə düşmənin viran qoyduğu işğaldan azad edilmiş torpaqlara bundan sonra həyat qayıdacaq.Azadlıq meydanında paradlar çox keçirilib.Ancaq bu paradın xüsusi önəmi var.Bu, Zəfər paradıdır.Bu, tarixi hadisədir.Bu tarixi günün şahidi bizik, Azərbaycan xalqıdır.Biz bundan sonra ancaq və ancaq irəli gedəcəyik.
“Müstəqilliyimizin qorunması, möhkəmlənməsi ən vacib məsələlərdən biridir. 1918-ci ildə qurulmuş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. Müstəqil Azərbaycan Azərbaycan Xalq Cümhuriyyətinin varisidir və onların niyyətlərini biz həyatda təmin etdik, həyata keçirdik. Əminəm ki, müstəqillik yolunda bizim inkişafımız davamlı olacaq, uğurlu olacaq və Azərbaycanın dövlət müstəqilliyi əbədi olacaq!”;
- “Müstəqilliyimiz əbədidir, dönməzdir, sarsılmazdır! Yaşasın güclü, müstəqil Azərbaycan!”. Ulu Öndərin müəyyən etdiyi siyasi kurs Prezident İlham Əliyev tərəfindən yeni keyfiyyət müstəvisində uğurla davam etdirilir. Hazırda Azərbaycan qalib və qüdrətli dövlətə çevrilib. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi, qəhrəman əsgər və zabitlərimizin şücaəti sayəsində 44 günlük Vətən müharibəsində qazanılan Zəfər müstəqillik tariximizin ən şanlı səhifələrindəndir. Çıxış edənlər ərazi bütövlüyünü təmin etmiş müstəqil Azərbaycanın vətəndaşı olmaqdan sonsuz fəxarət hissi keçirdiklərini bildiriblər.
28 may 1918-ci il tarixində Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib. Bildirilib ki, SSRİ-nin süqutu dövründə yəni 18 oktyabr 1991-ci il tarixində “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə ölkəmiz Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi – müstəqil inkişaf dövrü başlanıb. Ulu Öndərin xalqın istəyi ilə Azərbaycana qayıdışı və müstəqilliyimizin təhlükə altına düşməsinin qarşısını alması, xalqımız üçün misilsiz xidmət göstərməsi barədə auditoriyaya geniş məlumat verən Elbrus İsayev vurğulayıb ki, ulu öndər tərəfindən qorunub saxlanılan müstəqilliyimiz bu gün prezident İlham Əliyevin rəhbərliyi ilə daha da möhkəmləndirilir və onun əbədiliyi təmin edilir. 44 günlük “Vətən Müharibəsi”ndən söz açan rektor müstəqil dövlət olan Azərbaycanın suveren haqlarını beynəlxalq hüquq çərçivəsində müdafiə etməsini, öz torpaqları daxilində işğalçılara qarşı aparılan mübarizəni müstəqilliyimizin verdiyi imkanların bəhrəsi kimi qiymətləndirib.
Bu il keçirilən Müstəqilliyin Bərpası Günü digər illərdəkinə nəzərən olduqca fərqlidir. Bu il Müzəffər Ali Baş Komandanımızın, şanlı ordumuzun və qədirbilən xalqımızın birgə səyi nəticəsində bayramın olduqca möhtəşəm əhval-ruhiyyədə keçirildiyini bildirən Akademiya rəisi Azərbaycanın özünün əsl müstəqilliyini Ümummilli lider Heydər Əliyevin qayıdışından sonra əldə etdiyini vurğulayıb. Məhz Ümummilli liderin zəngin siyasi təcrübəsi, yüksək idarəçilik bacarığı, vətənə olan tükənməz sevgisi Azərbaycanın dövlət müstəqilliyini təhlükədən qurtardı. Ulu öndərin siyasi kursunu uğurla davam edən Müzəffər Ali Baş Komandan İlham Əliyev dönəmində isə Azərbaycan zəfərə doğru gedən yolda əmin addımlarla irəlilədi və nəhayət ötən il zəfər bizim oldu. Akademiya rəisi bundan sonra alnımız açıq, üzümüz ağ olaraq əbədi müstəqilliyimizin bərpası gününü qeyd edəcəyimizi bildirib.
Artıq üç ildir ki, Müstəqilliyin Bərpası Gününü öz ərazi bütövlüyünə qovuşmuş qalib xalq kimi bayram edirik. Bu tarixi ədalət Ali Baş Komandan, Prezident İlham Əliyevin siyasi iradəsi, xalqımızın sarsılmaz əzmi, qəhrəman əsgərlərimizin yüksək peşəkarlığı və fədakarlığı, xalqımızla dövlətimizin mənəvi bütövlüyü sayəsində zəfər çaldı.
İndi qarşımızda daha geniş quruculuq üfüqləri açılıb. Qəhrəman şəhidlərimizin qanı bahasına əldə etdiyimiz möhtəşəm birliyi və bütövlüyü qorumaq, ölkəmizin yüksəlişinə öz töhfəmizi vermək hər birimizin müqəddəs vətəndaşlıq borcudur. Bu gün tam əminliklə demək olar ki, Azərbaycan etibarlı əllərdədir. Ulu öndər Heydər Əliyevin başladığı siyasi kurs İlham Əliyev tərəfindən uğurla icra olunur. İlham Əliyev Azərbaycanı inkişaf etmiş ölkəyə çevirmək ideyasını böyük uğurla, əzm və iradə ilə həyata keçirir.
Biz müstəqil dövlətin vətəndaşı olmaqdan qürur duyuruq. Müstəqil dövlətimizi göz-bəbəyimiz kimi qorumaq bizim hər birimizin borcudur.
Bu gün biz Azərbaycan vərəndaşı olaraq Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında yumruq kimi birləşərək onun hər bir tapşırığını yerinə yetirmək üçün müsəlləh əsgər kimi hazırıq. Bu sevinci, qüruru, tarixi qələbəni yaşadığımız üçün biz dövlət işçiləri Ali Baş Komandan İlham Əliyevə minnətdarıq.
Fərəhli haldır ki, MÜSTƏQİLLİYİN BƏRPASI GÜNÜNÜ xalqımız qürur və sevinc hissi ilə qarşılayır. Belə ki, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında rəşadətli Ordumuzun düşmənə qarşı 27 sentyabr 2020-ci il tarixdən başlayaraq cəmi 44 gün davam edən Vətən müharibəsi zamanı Ermənistan ordusu üzərində Möhtəşəm Qələbəsi ilə dövlətimizin ərazi bütövlüyü bərpa edilmişdir. Bu isə dövlət müstəqilliyimizin ildən-ilə möhkəmləndiyini qüdrətinin daha da artdığını göstərir. Bir daha bütün bunlar əminliklə söyləməyə əsas verir ki, müstəqilliyimiz əbədidir, dönməzdir və sarsılmazdır.
Hüseynov Rafil İsrafil oğlu
Ağcabədi Rayon İcra Hakimiyyətinin Başçısı