Pərvaz Kişiyev məsələsində susqunluq davam edir: LOR həkimi kimi fəaliyyətinin hüquqi əsası niyə açıqlanmır?
Vətənpərvər iş adamı Əliyar Fərzəliyevə 64 yaş tamam olması münasibətilə təbrik...
Gənc media araşdırmaçısı və təşkilatçısı Asim Asif oğlu Abdullayev BTV Xəbərin baş redaktor müavini vəzifəsinə təyin edilib
“Bir” Azərbaycanda ilk süni intellekt əsaslı elektron pulqabı asistentini təqdim etdi
Bilgəhdə tikinti ilə bağlı suallar: “Qazaxlı Faiq” obyektə hansı sənədlərlə rəhbərlik edir?
İSMAYIL ZALOVA BEYNƏLXALQ SƏVİYYƏDƏ YÜKSƏK ETİMAD: HÜQUQ, İNSAN HAQLARI VƏ ŞƏFFAFLIQ PRİNSİPLƏRİNƏ SƏDAQƏT
"Veysəloğlu" qazi və veteran əməkdaşlarına sayca 10-cu seminarı təşkil etdi
Xezertv.info xəbər verir ki, Veysəloğlu Şirkətlər Qrupunda çalışan veteran və qazilər üçün növbəti seminar Mingəçevir regional filialında baş tutub.
“Müharibənin həyatımızdakı izləri” adlı seminar “Sizə Minnətdarıq” layihəsi çərçivəsində təşkil olunan sayca onuncudur.
Hummel Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Taryel Faziloğlu tərəfindən aparılan seminar zamanı postmüharibə travmalarının nəticələri və müharibə sindromunun aradan qaldırılması ilə bağlı müzakirələr baş tutub, həmçinin qazi və veteranların psixoloji vəziyyətinin yaxşılaşdırılması və normal həyat tərzinə qayıdış üçün dəstək məsələləri müzakirə olunub. Tədbirdə qalib Azərbaycan Ordusunda şücaətlə xidmət göstərmiş otuzdan çox veteran və qazi əməkdaş iştirak edib.
Tədbirdə layihəyə rəhbəri, Şirkətlər Qrupunun İnsan Resursları Departamentinin rəhbəri, qazi Eldəniz Seyidov çıxış edərək seminarın əhəmiyyətindən, əməkdaşlara göstərilən davamlı diqqət və qayğıdan bəhs edib.
Veysəloğlu Şirkətlər Qrupu göstərdiyi qayğı və dəstək ilə hər zaman qazilərimizin yanında olduğunu bəyan edir!
Fərid Faiqoğlu
AJB-nin üzvü

























































