Xəbər Lenti
Dünən, 13:13
Hər kəs öz hekayəsinin qəhrəmanıdır... Qalibin yaşı olmur... Kiçik qəhrəmanın Böyük yolu
20-09-2026, 15:51
Qaradağ rayon Qobustan qəsəbəsində itkin düşmüş Şəhid Cəlal Abdullayevin anım günü keçirildi
20-09-2026, 15:45
Şuşa Dövlət Dram Teatrında Şəhid kapitan Əli Abbasquluzadə və kəşfiyatçı Elman Əliyevin mövlud günü tədbiri keçirildi
20-09-2026, 11:54
Geofizika və Geologiya İdarəsinin rəisi Ziya Rəhimov-Neftçi əməyinə ehtiram, dövlətçilik ənənələrinə sədaqət
20-09-2026, 11:40
20 sentyabr – Azərbaycanın Dövlət Suverenliyi Günü milli qürur və dövlətçilik tariximizin şərəfli səhifəsidir
19-09-2026, 13:30
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova - Vətən sevgisi, dövlətçilik ruhu və neftçi əməyinə ehtiram
18-09-2026, 18:23
Hər bir müraciət qeydiyyata alınaraq problemlərin aradan qaldırılması istiqamətində aidiyyəti üzrə müvafiq göstəriş və tapşırıqlar verilib
Mingəçevir Dövlət Universitetində “İnformasiya təhlükəsizliyi günləri” keçirilir

Mingəçevir Dövlət Universitetində (MDU) 30 Noyabr - Beynəlxalq İnformasiya Təhlükəsizliyi Günü münasibətilə “İnformasiya təhlükəsizliyi günləri”nə (İTG) start verilib.
Universitetdən verilən məlumata görə, cari ilin noyabrın 24-25-də İTG çərçivəsində MDU-da tələbələrin elmi-praktiki seminarı keçirilib.
Seminarın açılışında universitetin elmi işlər üzrə prorektor əvəzi Veysəl Əyyubov, Mühəndislik fakültəsinin dekan əvəzi Almaz Əliyeva və Elm və innovasiyalar şöbəsinin müdiri Vüqar Mustafayev çıxış ediblər. Açılış nitqlərində informasiya təhlükəsizliyinin aktuallığından, bu sahədə müasir tələblərə uyğun mütəxəssislərə ehtiyacın artmasından və kadr hazırlığının keyfiyyətinin yüksəldilməsi məsələlərindən bəhs edilib, seminarın önəmi vurğulanıb.
İnformasiya təhlükəsizliyinə həsr olunmuş videoçarx izlənildikdən sonra seminarda məruzələr dinlənilib.
Seminarın ilk günündə MDU-nun Mühəndislik fakültəsinin tələbələrindən İlman Əliyev “Kiber və şəbəkə təhlükəsizliyi texnologiyalarının üstünlükləri və çatışmazlıqları, Fidan Əliyeva “E-ticarət üçün təhlükələr”, Zaur Səfizadə “Ortada Adam Hücumu (Man in the Middle attack - MITM) və aşkarlanma mexanizmi”, Aygün Məlikova “Kibertəhlükəsizlik: texnologiyaları, tətbiq sahələri və inkişafı” və İlahə Balakişiyeva “Sosial şəbəkələrdə gizlilik və təhlükəsizlik problemləri” mövzusunda çıxış ediblər.
Noyabrın 25-də keçirilən növbəti seminar günündə həmin fakültənin tələbələrindən Məleykə Mahmudlu “Rəqəmsal imza: imkanları və perspektivləri, Nihat Xəlilov “Bulud texnologiyalarında istifadə olunan təhlükəsizlik alətləri”, Rəhman Əliyev “Kiber Təhlükəsizlik Sertifikatları və siyasətləri”, Ruhiyyə Məmmədova “Təhlükəsizlik risklərinin təhlili” və Ülviyyə Əhmədova “Təhlükəsizlikdə Haker anlayışı, növləri, üstünlüklər və çatışmazlıqlar” mövzusunda məruzələrini təqdim ediblər.
İştirakçılar tərəfindən maraqla qarşılanan seminarda məruzələr ətrafında müzakirələr aparılıb və təqdim edilən suallar cavablandırılıb. Müzakirələrdə MDU-da cari tədris ilində qonaq alim kimi fəaliyyət göstərən Türkiyənin Qazi Universitetinin Texnoloji fakültəsinin Kompüter mühəndisliyi ixtisası üzrə dosenti Sinan Toklu, Veysəloğlu Şirkətlər Qrupunun İT Əməliyyatları üzrə bölgə müdiri və MDU məzunu Rəşad Salehov iştirak edib və tələbələrə müvafiq tövsiyələrini bildiriblər.
Qeyd edək ki, MDU-da İTG çərçivəsində müxtəlif formatlı tədbirlərin keçirilməsi nəzərdə tutulub.























































