Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
İNSAN HÜQUQLARINA SƏDAQƏT, ƏDALƏTƏ XİDMƏT VƏ ETİMADIN TƏNTƏNƏSİ — İSMAYIL ZALOVUN RƏHBƏRLİYİ İLƏ QARİK SANDLERİN AİLƏSİNİN HÜQUQLARININ MÜDAFİƏSİ
Gənclərin öldüyü partlayışa görə ev sahibi cəzalandırıldı
Sabunçu rayonunda məcburi köçkünlərin məskunlaşdığı binada 2 nəfərin ölümü ilə nəticələnən partlayışla bağlı açılmış cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
“Qafqazinfo”nun məlumatına görə, hadisə ilə bağlı partlayış baş verən mənzilin sahibi Rima Ağalarova cəzalandırılıb.
Səhlənkarlığa yol verən mənzil sahibinə qarşı Cinayət Məcəlləsinin 225.3-cü (yanğın təhlükəsizliyi qaydalarını pozma-ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə ittiham irəli sürülüb.
O, cəzasını məntəqə tipli müəssisədə çəkməklə 5 il müddətinə azadlıqdan məhrum edilib.
Bildirilib ki, partlayışa R.Ağalarovanın kirayə verdiyi evdə qaz xəttinin açıq olması səbəb olub. Qaz kranının kim tərəfindən açıq saxlanması isə müəyyənləşməyib.
Həmçinin qeyd edilib ki, partlayış nəticəsində bina sakinlərinə ümumilikdə 160 min manatdan artıq ziyan dəyib.
Qeyd edək ki, hadisə 2023-cü ilin mayında Sabunçu rayonunun Bakıxanov qəsəbəsində qeydə alınıb. Qaz sızmasından baş verən partlayış zamanı kirayəşin 26 yaşlı Elnur Əsgərov və 23 yaşlı İlahə Qarayeva ölmüş, bir neçə nəfər xəsarət almışdı.





















































