Xəbər Lenti
Dünən, 15:39
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
20-08-2026, 20:00
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
20-08-2026, 15:46
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
19-08-2026, 18:26
Sahibkara “qanunsuz tikinti” damğası, bəs kirayə evdəki fəaliyyətlə kim nəzarət edir?
18-08-2026, 19:08
Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalovun Qazaxıstan Respublikasının Astana şəhərində növbəti hüquqi uğuru — ədalətin və insan hüquqlarının təntənəsi
18-08-2026, 13:49
“Rusiyanın informasiya məkanında Azərbaycana qarşı təhqiramiz fikirlər yolverilməzdir”
Avropa Ukraynaya ABŞ yardımını əvəz edə biləcəkmi? - Analitiklərin rəyi
Əgər ABŞ Ukraynaya hərbi yardımı dayandırarsa, Avropa bu çatışmazlığı yalnız qismən kompensasiya edə bilər.
Qaynarinfo xəbər verir ki, bu barədə hərbi-analitik nəşr Defense Express yazır.
Məqalə müəllifləri qeyd edirlər ki, hazırda Ukrayna Müdafiə Qüvvələrinin istifadə etdiyi silahların 30%-dən çoxu ABŞ-dan gəlir. Məsələn, Bradley piyadaların döyüş maşını (BPM) üçün ehtiyat hissələri və sursatlar Ukraynaya yalnız ABŞ tərəfindən tədarük olunur.
"Bundan əlavə, bəzi silah sistemlərini əvəzləmək ümumiyyətlə mümkün deyil. Məsələn, Patriot hava hücumundan müdafiə sistemləri üçün raketlər yalnız ABŞ-dan tədarük edilir, çünki Avropada onların istehsalı hələ ki mövcud deyil. NASAMS üçün raketlərin ABŞ-dan başqa haradan alınacağı, eləcə də F-16 qırıcıları üçün AIM-9 və AIM-120 raketlərinin mənbəyi sual altındadır. Üstəlik, Avropada HIMARS üçün raket istehsal edilmir", – deyə nəşr yazır.
Digər silah sistemlərini Avropa yalnız qismən əvəz edə bilər. Məsələn, Ukraynanın illik ən azı 1 milyon ədəd ehtiyac duyduğu 155 mm-lik artilleriya mərmiləri bu sıraya daxildir. Bundan əlavə, Avropa kasetli sursatlar baxımından da ciddi çatışmazlıq yaşayır.
Analitiklər bildirirlər ki, Avropada hərbi texnikanın istehsalı yaxşı təşkil edilsə də, bu, böyük ölçüdə ABŞ-dan gətirilən komponentlərdən asılıdır. Bu, həm zirehli texnikaya, həm də aviasiyaya aiddir.
Beləliklə, əgər ABŞ məsələni belə qoyarsa ki, ya Avropa Ukraynaya silah alacaq, ya da tədarüklər dayandırılacaq, Avropa ölkələrinin hərəkət etmək üçün çox məhdud seçimi qalacaq.
UNİAN xəbər agentliyinin yazdığına görə, bundan əvvəl ABŞ prezidenti Donald Tramp bəyan edib ki, Avropa Ukraynanın ehtiyacları üçün silahları ABŞ-dan almalıdır.
Bu arada Almaniyanın ən iri müdafiə sənayesi konserni Rheinmetall-ın rəhbəri Armin Papperger Avropada silah anbarlarının demək olar ki, boşaldığını bildirib. O, bunu son 30 ildə müdafiə xərclərinin azaldılması siyasətinin nəticəsi kimi qiymətləndirib.
Alpər























































