“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Xətai rayonunda "20 Oktyabr – Energetiklər Günü" münasibətilə tədbir keçirilib+VİDEO
Veysəloğlu Şirkətlər Qrupu ərzaq sektorun vergi ödəyiciləri arasında lider oldu
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti, 2024-cü il üçün ən çox vergi ödəyən 100 şirkətin adını açıqlayıb. Adları açıqlanan şirkətlər arasında Veysəloğlu Şirkətlər Qrupuna aid olan biznes subyektləri "Araz Supermarketlər Şəbəkəsi", "Oba Marketlər Şəbəkəsi" və "Veysəloğlu MMC” yer alır. Azərbaycanın iqtisadi inkişafında mühüm rol oynayan bu şirkətlərin dövlətə ödədiyi vergi məbləğinin ümumi həcmi 75,7 milyon manat təşkil edir.
Reklamınızı SmartBee ilə effektiv edin.
Siyahıdan göründüyü kimi, "Araz Supermarket" Məhdud Məsuliyyətli Cəmiyyəti 36,7 milyon manat, "Oba Market" Məhdud Məsuliyyətli Cəmiyyəti 23,5 milyon manat, "Veysəloğlu" Məhdud Məsuliyyətli Cəmiyyət isə dövlət büdcəsinə 15,5 milyon manat vergi ödəyib.
Dövlət Vergi Xidməti tərəfindən açıqlanan 100 vergi ödəyicisinin təhlili göstərir ki, "Araz Supermarket" və "Oba Market" pərakəndə sektoruna aid olan vergi ödəyicilərinin arasında müvafiq olaraq birinci və ikinci yerləri bölüşür. Ümumilikdə ərzaq sektoruna aid olan vergi ödəyən şirkətlər arasında isə Veysəloğlu Şirkətlər Qrupu birinci yerdə qərarlaşıb.
Açıqlanan göstəricilər təsdiqləyir ki, Veysəloğlu Şirkətlər Qrupu həm yerli istehsalçılara dəstək verən, həm də mühüm sayda iş yerləri yaradan şirkət olmaqla yanaşı, iri vergi ödəyicisi kimi ölkə iqtisadiyyatına önəmli töhfə verir.
Xezertv.info






















































