Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Müstəqil Azərbaycan dövlətinin yaradıcısı-Heydər Əliyev
Dahi, əvəzsiz şəxsiyyət, ümummilli lider Heydər Əliyevin bütün dolğun həyatı, tükənməz fəaliyyəti, parlaq ömrü, zəngin irsi və ümumən ona məxsus nə varsa, hamısı Azərbaycan xalqı üçün çox dərin bir örnək nümunəsidir. Bu bir həqiqətdir ki, Heydər Əliyev Azərbaycanı vətəndaş müharibəsindən qurtardı, müstəqilliyimizi dönməz etdi, sabitlik və təhlükəsizliyin qarantı oldu, ölkəni inkişafa, firavanlığa doğru addımlayan, dünya birliyində layiqli yerini tutmuş bir dövlətə çevirdi. O, bir siyasətçi və dövlət xadimi kimi ən uca missiyasını gerçəkləşdirərək müasir Azərbaycan dövlətinin memarı oldu və müasir tarixini öz əlləri ilə yazdı. Bu şəxsiyyətin həyatını öyrənməyin, onun gördüyü işlərin, başladığı layihələrin tarixi əhəmiyyətini dərk etməyin özü böyük bir tarixi məktəbi bitirmək deməkdir. Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi bir qərinədən artıq dövrdə ölkənin həyatında, xalqın taleyində elə bir əzəmətli rol oynayıb ki, bu, əsrlər boyu unudulmyacaq, çünki Azərbaycanın hər bir bölgəsində onun quruculuq fəaliyyətinin silinməz izləri vardır.
Ulu öndər, müasir Azərbaycanın memarı Heydər Əliyev Azərbaycan dövlətinin tərəqqi və inkişaf yolunu böyük uzaqgörənliklə müəyyənləşdirmiş, xalqımızın müstəqil dövlətçilik arzularını reallığa çevirmişdir. Azərbaycanda müstəqilliyin əbədi, daimi, dönməz xarakter alması, sabitliyin yaranması, milli-mənəvi yüksəlişə, sosial-iqtisadi inkişafa nail olunması ulu öndərin adı ilə bağlıdır.
Müasir Azərbaycanın milli dövlətçiliyinin memarı, ümummilli liderimiz Heydər Əliyev həyatı boyu xalqa arxalanmışdı: “Mənim həyat amalım bütün varlığım qədər sevdiyim Azərbaycan xalqına, dövlətçiliyinə, ölkəmizin iqtisadi, siyasi, mənəvi inkişafına xidmət olub. Bu yolda bütün gücümü və iradəmi yalnız müdrik və qədirbilən xalqımdan almışam. Ən çətin anlarda, ən mürəkkəb vəziyyətlərdə yalnız və yalnız xalqıma arxalanmışam. Bu da mənə dözüm, iradə verib və bütün uğurlarımı təmin edib”.
Zəmanəmizin dahisi-müstəqil Azərbaycan dövlətinin müdirk rəhbəri ulu öndərimiz Heydər Əliyevin əməyi sayəsində Azərbaycan dünya xəritəsində öz layiqli təcəssümünü tapdı. Ümummilli Lider xalqımız qarşısında ən böyük xidmətlərindən birini – xilaskarlıq missiyasını yerinə yetirdi, Heydər Əliyevin Qayıdışı Azərbaycanın Qurtuluşunu təmin etdi. Ümummilli Liderin zəngin dövlətçilik təcrübəsi və məqsədyönlü siyasəti sayəsində xaosun, vətəndaş qarşıdurmasının qarşısı alındı və sabitlik təmin edildi.
Respublika rəhbərliyinə qayıdışından sonra Heydər Əliyev bütün varlığı ilə Azərbaycanı çətin vəziyyətdən çıxarmaq, sabitliyi bəepa etmək, Azərbaycanın sürətli inkişafını təmin etmək məqsədilə çox gərgin fəaliyyət göstərirdi. Müasir Azərbaycan dövlətçiliyinin yaradıcısı, dövlət müstəqilliyimizin, ərazi bütövlüyümüzün, demokratik dəyərlərimizin qarantı, xilaskarlıq, quruculuq missiyasını gerçəkləşdirən tarixi şəxsiyyət olan Heydər Əliyev cənablarının böyüklüyünü, dahiliyini, heç kim dana bilməz. Heydər Əiyev öz möhkəm iradəsi, və qətiyyəti, əzmi və mübarizliyi ilə ölkədə baş alıb gedən siyasi qarşıdurmanın, xarici düşmənlərimizdən dəstək alan daxili separatçıların, xaos və hərc-mərcliyin qarşısına sədd çəkib sabitliyi qoruruyb saxladı.
Azərbaycan xalqının böyük oğlu, müasir Azərbaycan Respublikasının memarı və xilaskarı, Yeni Azərbaycan Partiyasının yaradıcısı Heydər Əliyev təkcə Azərbaycan xalqının deyil, bütövlükdə türk dünyasının görkəmli öndərlərindən biridir. Heydər Əliyev yeni tarix yaradan dövlət xadimi olmuşdur. Həyatı daima xalq və haqq yolunda mübarizədə keçən bu dahi insan məhz özünün fitri istedadi, yüksək intellekti, fenomenal yaddaşı, rəhbərlik məharəti, cəsarəti, mərdliyi, güclü iradəsi, idarəçilik mədəniyyəti, böyük həyat və dövlətçilik təcrübəsi ilə bütün bu çətinliklərin öhdəsindən ləyaqətlə gəlmiş, Azərbaycan xalqını və dövlətini məhv olmaq təhlükəsindən xilas etmiş, ölkəmizi iqtisadi tənəzzüldən inkişaf və tərəqqi yoluna çıxarmışdır. Azərbaycanın taleyi Heydər Əliyevin adı ilə qırılmaz tellərlə bağlıdır. Xalqın ictimai-siyasi və mədəni həyatının bütün sahələrində dirçəliş məhz onun adı ilə əlaqədardır. Bir qərinədən də çox zaman kəsiyində Azərbaycana rəhbərlik etmiş ulu öndər Heydər Əliyev təkcə bu dövrdə deyil, bütün həyatı boyu xalqımızın rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün qəlblərdə daimi sevgi, yaddaşlarda əbədiyaşarlıq qazanıb. Müasir tariximizə ən böyük azərbaycanlı kimi həkk olunmuş Heydər Əliyev dövrün ən sərt və çətin sınaqlarından keçərək, qədirbilən xalqımıza milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünütəsdiq imkanı qazandırıb, müstəqil dövlətdə yaşamaq və özünü idarə etmək haqqını qorumağı bacarıb.
Bütün şüurlu həyatını canından artıq sevdiyi xalqına, ölkəsinə həsr etmiş bu müdrik siyasi və dövlət xadimi tariximizdə müstəqilliyimizin memarı və qurucusu kimi yer tutub. Ulu Öndər Heydər Əliyev fenomeninə məxsus iti zəka, müdriklik, uzaqgörənlik və əzmkarlıq ona əvəzsiz Ümummilli Lider mövqeyi qazandırıb. Çoxşaxəli və zəngin fəaliyyəti, misilsiz insani keyfiyyətləri sayəsində o, zəmanəmizin əbədiyaşar dahisinə çevrilib. Azərbaycan xalqı haqlı olaraq Ümummilli Lider Heydər Əliyev irsini müstəqilliyinin təminatçısı kimi qəbul edir.
Tarix Heydər Əliyev kimi şəxsləri bir neçə əsrdən bir yetişdirir. Ulu Öndər Azərbaycanın ağır günündə gələrək dövlətimizi xilas edib çiçəklənməsinə nail olmuşdur. Azərbaycanın rəhbərliyinə gəlməklə bütün sahələrin inkişafına nail oldu. Eləcə də, ədliyyə sahəsinin inkişafına da öz töhfəsini vermişdir. Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Müdrik şəxsiyyətin həyatının və fəaliyyətinin bütün istiqamətləri xalqımızın bugünü və gələcəyi üçün nurlu yoldur.
Azərbaycanda 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi cəmiyyətin bütün təbəqələrində hədsiz sevinclə qarşılandı, dünya miqyaslı siyasət və dövlət xadiminin dövlətçilik ənənələrimizin dirçəldilməsi, yaşadılması və bərpa edilməsi sahəsində misilsiz xidmətlərinə, çağdaş tariximizdə tutduğu müstəsna mövqeyinə xalqımızın və dövlətimizin qədirbilən münasibətinin parlaq təcəssümü kimi qiymətləndirildi. Ulu öndərin dövlətimiz, xalqımız qarşısındakı xidmətləri hər an, hər gün gözümüz önündədir.
Hər birimiz taleyimizdə və tariximizdə silinməz izlər qoymuş Heydər Əliyevi bir daha ehtiramla xatırlayırıq O, sözlərinin çəkisi və anbalı olan, kütləni arxasınca aparmağı, auditoriyanı inandırmağı bacaran bir siyasi xadim idi. Heydər Əliyev mahir psixoloq, insan qəlbinin dərin bilicisi idi. buna görə də onun gələcəyi görmək qabiliyyəti başqalarına, həmkarlarına nisbətən daha güclü idi.
Heydər Əliyev fenomeni təkcə bir məkanla, Azərbaycanla məhdudlaşmır. O, hələ sağlığında əfsanələşən, siyasət olimpini fəth etmiş nadir şəxsiyyətlərdən biridir. Biz dünyanın məşhur simalarının bu dahi şəxsiyyət haqqında necə heyranlıqla, ehtiramla danışdıqlarının şahidiyik. Heydər Əliyev siyasət aləminin patriarxı, tarixin gedişinə təsir göstərmək qüdrətinə, polad iradəyə malik yenilməz şəxsiyyət kimi səciyyələndirilir.
Heydər Əliyev zəkası məkan və zaman anlayışı tanımayıb. Naxçıvanda sadə bir ailədə dünyaya gələn bu böyük insanın siyasət olimpinə yolu təlatümlərdən, çətin sınaqlardan, aramsız mübarizələrdən keçib. Heydər Əliyev ömrü insan ruhunun qüdrətinə, yenilməzliyinə, qalib gəlmək əzminə parlaq nümunədir. Ulu Öndərin doğum günü ərəfəsində onun keçdiyi ömür yolu kitab kimi vərəqlənir.
Bu dahi şəxsiyyətin xalqı qarşısında daha bir müstəsna xidməti İlham Əliyev kimi oğul yetişdirməsi, özündən sonra layiqli varis qoymasıdır. Yeni əsrin lideri olan Prezident İlham Əliyev Azərbaycana bacarıqla rəhbərlik edir, praqmatik siyasəti ilə ölkəmizi irəli aparır. Xalq dövlətin sükanının etibarlı əllərdə olduğuna əmindir, öz Prezidentinə inanır və onun arxasınca inamla gedir.
Ədliyyə işçisi olaraq hər birimiz, xalqımız ümummilli lider, müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin 12 dekabr anım gününü onun ən böyük arzusunun çin olmasının – Qarabağın düşməndən azad edilməsinin sevinci ilə qeyd edirik. Artıq 3 ildir ki, ulu öndərin ən layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə millət atası Heydər Əliyevin Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi vəsiyyəti gerçəkləşdirilmişdir.
Paytaxtımızın ən uca nöqtələrindən birində yerləşən Fəxri xiyabanda Heydər Əliyevin möhtəşəm, əbədiyyət simvolu olan abidəsi ucalır. Azərbaycana təşrif buyuran yüksək səviyyəli dövlət və siyasi xadimlər, görkəmli şəxslər, hər bir mötəbər qonaq bu abidəni ziyarət edərək xalqımızın Ulu Öndərinin xatirəsinə hörmət və ehtiramını bildirir.
Heydər Əliyev bugünkü və gələcək nəsillər üçün müstəqil, çiçəklənən bir dövləti – müstəqil Azərbaycanı miras qoydu. Bu gün Dahi Öndərimiz aramızda olmasa da, Onun yaratdığı dövlətçilik fəlsəfəsi hər gün bizimlə qoşa, hətta bizdən öndə addımlayır, yaşayır, yaşadılır. Çünki Vətənini, dövlətini sevən hər bir azərbaycanlının qəlbinin güşəsində əbədi və ölməz Heydər Əliyev Dühası yaşayır. Ulu öndər Heydər Əliyev hər birimizin qəlbində öz əməlləri, ölməz ideyaları ilə əbədi qalacaqdır. Əsrlər, qərinələr keçəcək, Azərbaycan xalqı yaşadıqca, Heydər Əliyev də unudulmayacaq, daim xatırlanacaq. Onun möhkəm özüllər üzərində qurduğu daxili və xarici siyasət kursu ölkəmizi daim irəliyə doğru aparacaq. Onun fiziki yoxluğundan neçə illər ötməsinə baxmayaraq, Azərbaycan xalqı öz xilaskarını heç zaman unutmur, daim onu ehtiramla yad edir. Tək 12 dekabr anım günündə deyil, adi vaxtlarda da insanlar Fəxri xiyabana gedərək onun məzarını ziyarət edir, ruhu qarşısında baş əyirlər. Ulu Öndərin əbədiləşən ömür yolunu düşünəndə belə qənaətə gəlirik ki, ömrünü xalqına həsr edən, milləti, dövləti üçün misilsiz xidmətlər göstərən rəhbərlər heç zaman unudula bilməz.
Biz Ədliyyə işçiləri olaraq hər il ümummilli liderimizi böyük ehtiramla yad edir, ona Allahdan rəhmət diləyirik. 12 dekabr ümumilli lider Heydər Əliyevin anım günündə hər il fəxri xiyabanda böyük izdiham yaşanır. İnsanlar axın-axın Ulu Öndərin abidəsi önündən keçir, ruhu qarşısında baş əyirlər. Fəxri xiyabanda yaşanan izdiham xalqın öz böyük liderinə olan məhəbbət və ehtiramının təcəssümüdür. Tam əminlik yaranır ki, xalqın Heydər Əliyevə məhəbbəti əbədidir. Nə qədər Azərbaycan var, nə qədər bu millət var, Heydər Əliyev də var olacaq, yaşayacaq. Heydər Əliyevin anım günündə onun canından artıq sevdiyi Azərbaycan ərazi bütövlüyünə qovuşub. “Qarabağ Azərbaycandır!” şüarıyla döyüşlərə atılmış və qələbə qazanmış xalqın önündə yeni yollar açılıb. Üfüq kimi yollar və bu üfüqdə Azərbaycan adlı daha parlaq günəş var! O günəş dayanmadan işıq saçır, aləmi nura boyayır! O günəş Azərbaycan dövlətinin əbədiyyət simvoludur! Üfüqdəki Azərbaycan günəşinin varlığına görədir ki, Heydər Əliyevin ruhu da şaddır! Ruhun hər zaman şad olsun, Möcüzə İnsan! Daim qəlbimizdəsən.
Rəna Axundova
Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsinin rəisi