Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

10 Kas 11:05Manşet / Gündəm

DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI

 

Millət Vəkili, Akademik Nizami Cəfərovun məsləhətçiliyi ilə “DƏYİŞƏN DÜNYANIN DƏYİŞMƏZ İNSANLARI” layihəsində

 

Pircahan kəndindən başlayan BÖYÜK YOL...

 

Hər bir insanın həyatı ömür boyu yazılan kitaba bənzəyir. Bu kitabın hər bir səhifəsi ömrün müxtəlif anlarını əks etdirir. Bu ömür kitabı olumla başlayıb ölümlə öz sonuncu səhifəsini bitirir. Bir də bu kitabın proloqu, insanın ömrünün mənalı və ya heç nəyi əks etdirməyən mövcudluğu, kimin bu kitabı necə doldurmağından asılıdı...

Şəxsiyyətin etirafı; Mən,  Məmmədov Şahin İdris oğlu 25 Noyabr 1958-ci ildə Laçın rayonunun Pircahan kəndində ziyalı ailəsində anadan olmuşam. Laçın rayonu Pircahan kənd orta məktəbində orta təhsilimi 1976-cı ildə başa vurduqdan sonra, elə həmin il Azərbaycan Mühəndis İnşaat İnstitutuna qəbul olub, 1981-ci ildə Sənaye və mülki tikinti ixtisası üzrə inşaatçı mühəndis peşəsinə yiyələnmişəm.

Ali təhsilimi başa vurduqdan sonra təyinatla Məşədi Əzizbəyov adına Sumqayıt Kimya Sənayesi İstehsalat Birliyində əmək fəaliyyətimə başlamışam. Bu müəssisədə Birliyin baş memarı, Raykom hüquqlu Birlik Komsomol Komitəsinin katibi, Tikinti şöbəsinin rəisi, Material təchizat şöbəsinin rəisi vəzifələrində çalışmışam.

Gənclik illərimdə fəal komsomol işi ilə məşğul olmuşam. Orta məktəb Komsomol təşkilatının katibi, Azərbaycan İnşaat  Mühəndislər İnstitutunun İnşaat fakultəsinin Komsomol komitəsinin katibi, Brejnev şəhərində Sovet ordusu sıralarında xidmət zamanı hərbi hissənin raykom hüquqlu komsomol komitəsinin katibi, həmçinin, raykom hüquqlu Sumqayıt Kimya sənayesi istehsalat birliyi komsomol komitəsinin katibi vəzifələrində işləmişəm.

Azərbaycanda ilk dəfə və SSRİ-də 1-cilər sırasında tikilən ilk “Gənclik Yaşayış Kompleksinin” rəhbəri və təşəbbüskarı olmuşam.

22.11.1988- 06. 06.1990-cı illərdə Bakı şəhərində Mənzil Kommunal Təsərrüfatı Nazirliyində Abşeron texniki inventarlaşma bürosunda  2-ci dərəcəli mühəndisi kimi çalışmışam.

1990-cı ildən sahibkarlıq fəaliyyəti ilə məşğulam. 1990-1993-cü illərdə Bakı şəhərində Azərbaycan Assosiasiyasının Qartal Firmasının direktoru, 25.09.1993-cü ildən indiyə qədər 100% Şahin Məmmədova  məxsus Qartal Tikinti Firmasının Direktoru vəzifəsində çalışıram.

Rəhbərlik etdiyim Qartal Tikinti Firması Azərbaycan xalqı və dövləti üçün çox önəmli olan layihələrin tikintisini yerinə yetirir. Rəhbəri  olduğum Qartal Tikinti Firması telekommunikasiya və hərbi obyektlərin tikintisi üzrə Azərbaycan bazarında lider firmalardan  biridir. Qabaqcıl dünya və Avropa telekommunikasiya şirkətlərinin partnyorudur. Qartal Tikinti Firmasının beynəlxalq, həmçinin İSO 9001:2008 keyfiyyətin idarəolunmasına dair sertifikatları vardır. Firma həmçinin Azərbaycan Respublikası İcra orqanları tərəfindən verilmiş  tikinti  və  layihələndirmə  işləri  üzrə  müvafiq  lisenziyalarına malikdir.

Aldığım mükafatlardan aşağıdakıları sadalayıram:

1.     Azərbaycan Respublikası Prezidentinin 04 oktyabr 2016-cı il tarixli Sərəncamına  əsasən Sumqayıt şəhərinin sosial və iqtisadi inkişafında xidmətlərimə  görə Fəxri Diplomla təltif  olunmuşam

2.     SSRİ, Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqi mərkəzi komitəsinin fəxri fərmanı ilə təltif olunmuşam. 

3.     Brejnev şəhəri, indiki Rusiya  Federasiyasının Nabrejnie Çelnı şəhərinin fəxri kitabına adım salınmışdır.

4.     Avropa keyfiyyəti mükafatı laureatı adına layiq görülmüşəm.

 


Məmmədov Şahin İdris oğlu... Onun haqqında bir də ona görə yazmaq qərarı verdik ki, Şahin müəllim cürətinin, cəsarətinin səsinə səs verərək ömür, əməl, fəaliyyət yolunu özü, amirəliklə kağıza köçürüb. Bu isə əməli düzgün, alnıaçıq insanın işidi. Biri digərinin oxşarı iki ömür kitabı tapmaq mümkünmü? Məncə yox, bir az hardasa hə demək olar, ancaq bu qətiyyən mümkün olan iş deyil. Tanrı eyni bədən əzalarını belə fərqli yaratdı...

Hər bir insanın ömür kitabı bir növ təhlil, bir növ özünə hesabatdır.

Hər bir insanın keçdiyi həyat yoluna bağlı fəaliyyət trayektoriyasının bu fəaliyyətin keyfiyyətindən doğan şərəf və ləyaqət ölçüsünə bağlı ömür kitabı... Bu kitab isə hər kəsin özünüdərkindən başlayır.

Bu bir də insanın məqsəd və məramında, Tanrı ilə arasında olan görünməz bsğlarla əlaqəlidi. İnsan Kainata hansı məram, istəyi ünvanlayırsa onu da həyatına qəbul edir.

Hər bir insan bu ömür kitabının səhifələrini çevirdikcə bir ucu gəlimli, o biri ucu gedimli dünyanın təlatümlərinə sinə gərməyin nə qədər  çətin, nə qədər ağır, nə qədər ağrılı  olduğunu dərk edərkən buna doğru hərəkət etməyin böyüklüyünü və ya məsuliyyətini ortaya qoymağa məcbur olur.

Kimi bu həyatın qoyduğu  sınaqların məngənəsində ora-bura çırpılaraq "ölür", kimi də özü qarşısında qoyduğu mərama, hədəfə çatmaq uğrunda gedən yaşam mübarizəsində həyatla əlbəyaxa döyüşlərdə bərkiyərək qeyri-bərabər olan güc mübarizələrindən aldığı yaralarını sarıyaraq məğrurluqla çıxır.

"Mən sənə boyun əymədim" söyləyərək çalınacaq qələbələrinə doğru irəliləyir.

Arzularına doğru yollanır. Hər kəs bu həyata böyük ümidlərlə atılır. İlk anlarda hər şey ona xəyal dolu səadət  aləmini xatırladır. Zaman keçdikcə bu həyəcan soyumağa, dünya öz boz üzünü göstərməyə başlayır, obrazlı desək, yamyaşıl yaz- yay öz yerini çiskinli payıza, payız boranlı qarlı qışa verir... Həyat budu...

Yaz-yay səhərlərinin, gecələrinin əsrarəngizliyini əbədi saxlamaq olurmu, əlbətdə ki, yox!

İnsan həyatı da təbiətin fəsillərinə bənzəyir. Ümid, arzu, xəyallarla dolu gənclik yerini get-gedə yaşlılığa ötürür. İnsan bu dünyada nə edirsə öz adı, öz soyu, öz axirəti üçün edir. Onun - Şahin Məmmədovun səmərəli, dəyərli həyatı və əmək fəaliyyəti yuxarıda verdiyimiz arayışın özü və tamamıdı.

O, doğuluşunu dünyanın ən dilbər, ən bərəkətli yurdundan-Laçından başladı. Qanında, genində, varlığında  bu qədim yurdun dəyanətini daşıyan, Şahin Məmmədov özünün, səxavətinin bərəkətindən çox insanlara, şəhid, qazi, kasıb ailələrinin, əlsiz-ayaqsızların ümid qapısına çevrildi...  Bu onun Tanrı tərəfindən verilən missiyasi-alın yazısı oldu. Ona “ümid çırağımızdı” deyənlərə yaşamaq gücü, yaşamaq stimulu verdi. Biz, Şahin müəllimin bərəkətli ömrü ilə bağlı yazımızın şəxsiyyətin etirafı epizodunda arayışını vermişik. Bu dünyada itirənlərdən deyil, qazananlardan biri olan Şahin Məmmədov bu məqsəd,  amal və məramı intəhasız sevgi ilə daşıyaraq, Vətəninə, yurduna, millətinə, xalqına, peşə və məsləkinə can-başla xidmət edənlər sırasındadlr.

Şahin müəllim  genişmiqyaslı fəaliyətini bir iş adamı və bir Azərbaycan vətəndaşı olaraq qəlbinin səsi, ürəyinin saflığı, xeyirxahlığına, nəcibliyinə sığınaraq həyata keçirir.

Həm də bu fəaliyyət, nümunə-missiya tarixdə şərəfilə yaşamış fədakar babalarımızın missiyalarının yeni anlamda davamıdır!

Şahin müəllim kimi insanlara mənəvi əməli varislər deyilir... Bu an Azərbaycanın ən ümdə, ən qlobal problemi işğaldan azad olmuş torpaqların dirçəldilməsi, bərpası, canlarını və sağlamlıqlarını bu torpağln azadlığı üçün xərcləmiş igid oğullarımızın, mərd kişilərimizin ailə, məişət, səhhət məsələlərinin həllidir.

Bu gün müharibənin yaratdığı fəsad və dağıntıları aradan qaldırmaq üçün Baş komandanın tarixi şüara çevrilmiş "Biz birlikdə güclüyük" çağırış ifadəsi peşə mənsubiyyətindən, vəzifə statusundan asılı olmayaraq hər bir Azərbaycanlının borcudu. Vətəndaşlıq, vətənsevərlik, təəsübkeşlik borcu. Mənəvi borc hissi, bunu yurd, torpaq, doğmaların itkisi, həsrətini çəkmiş, bu vüsalı, həsrəti, ağrını yaşamış insandı Şahin müəllim! Bu hissin nə qədər ağrılı olduğunu çəkən bilir. Şahin Məmmədov həm bir ləyaqətli Azərbaycanlı kişisi, həm də bir Laçınlı olaraq bu İlahi missiyanı-yararlılıq, yararlı olmaq missiyasını illərdi çiyinlərində yorulmadan daşıyır. Özü də sübuta yetirilmiş ləyaqət hissi ilə.

Çünki Vətən doğmadır, vətən yurddan başlayır, doğulduğun, baba-nənələrinin, ata-ananın məskunlaşdığı, kök saldığı yurddan.

Havasından udaraq, adətinə, ənənəsinə öyrəşdiyi Laçın onun ata yurdu, Azərbaycan ana vətənidir. "Ayrılarmı könül candan, Azərbaycan, Azərbaycan!" Dahi Səməd Vurğun yazdı, ulu öndər söyləyərək, bu hissi içindən yaşayaraq kövrəldi!

Əsarətdən azad olmuş doğma Laçın bu gün əsil sahiblərini qucaqlaylr. Həsrət isə yaman uzun çəkdi, olmayan qədər. Yorğun, arğın, çağırılmamış həyasız "qonaqlarından" bezgin qoca Laçın!

Bu səbəbdən də Azərbaycan, Vətən təəsübü çəkən qız və oğullarına möhtacdı. Etibarlı, xeyirxah, sədaqətli, sadiq Şahin müəllim insanlığın ən ali göstəricisi olan etibarı lap çoxdan qazanıb. Etibarlı olmaq şəxsiyyətin ictimai sferada  əməllərindən yaranan, təqdir edilən əməli nəticədi. Şahin müəllim bu statusu şəhid, qazi, evsiz, əlsiz-ayaqsız adamlara, ailələrə yardımçı olmaqla, doğmalıq hissi ilə yanaşmaqla, öz peşə fəaliyyətinə olan sədaqəti ilə qazanıb. Onun  əxlaq modelidi bütün sadaladıqlarımız. Şahin Məmmədovun fəaliyyətinin nüvəsində vətənsevərlik, vətənkeşlik, millət və xalqsevərlik dayanır. Bu əqidə ilə yaşayanlar heç vaxt pis, riyakar, xudbin ola bilməz. Dünya ilqara bağlı. Ölkənin ən təlatümlü kontengenti 45-55-65  yaşın içindədir. Yəni bütün həyati məsələlər bu yaşın çiynindədir. Cavabdehlik də, mükəlləfiyyət də, ziyalılıq da, mənəvi və ictimai borc da bu yaşın çiyinlərindədir.

Lakin bu çətinliklərə çoxları dözmür. Bəzən və elə əksər hallarda insanı yaşadan elə bircə gözəl an olur. Şahin Məmmədovun barlı bərəkətli ömrü bu anlarla zəngindir. Mərhəmət və səxavətinin hesabına dəstək görən insanların minnətdarlıq və alqış duaları deyilən anlardı.

Nə üçün yaşamağın gözəlliyi... Şahin müəllim kimi insanlar haqsız olaraq incidilirsə onların müdafiəsinə Göy qüvvələri, Allah qalxır. Allahın ən çox sevdiyi xüsusiyyətlərdən biri bölüşmək, səxavət və mərhəmət hissidi.

Şahin Məmmədov uğurlu insandır, o, bir rəhbərdir, bir iş adamıdır, mərhəmətlidir, humanıstdir. O, onlarla ailənin “işığını” sönməyə qoymur. Şahin müəllim ev tikir, ev yıxmır. Sözün məcazi və həqiqi mənasında. Əslində həyatda qazanılan uğurlar, sərvətlər Allahın və həyatın  insanlara kredit şəklində verdiyi sınaqlardı. Bunları isə həyatdərkinə sığınaraq qaytarmalı olursan, hətta faizi ilə... Sevindirici haldır ki, bu dünyada Allahla həyat arasında münasibətlərini bu cür tənzimləyənlər sırasında Şahin Məmmədov da var! O, insanların, insanlığın dostudur. O, həm də peşəsinin adamıdır, o, həm də əsil vətəndaşdır, o, həm də dəyərli Azərbaycanlıdır.

Azərbaycanın o biri ucunda, gözəl Laçının Pircahan kəndində dünyaya göz açıb. Çoxlarından fərqli olaraq öz məqsəd və məramı, idealları üçün kiçik addımlarla irəliləyib. Və böyük ömrün bir xeyli qənaətlərinə sahiblənib.

 

PS. Yazılanlara pozu yoxdu onsuz da. Hər bir uğurlu insan bu uğuru, ictimai tanıtımı bir gündə qazanmayıb ki, bir gündə də  əsassız, qərəzli hücumların fonunda onu itirsin. Bəlkə qalmaqallı, hay-küylü, sağlam mətbuat üçün olmayan “yazıları yazıb”, "yaxşı jurnalist" olmaqdansa, yaxşı insan olaq!?

Doğrudan da bu gün dünyanın ehtiyacı yaxşı insanadır. Yaxşı insan olanda heç cinsin də fərqi olmur. Bu da ömrü gözəlləşdirən bir gözəl an, YAXŞILIQ...

Ömrümüzün daha gözəl bir anı da o ola bilər, artıq aramızda olmayan yaxşıları bizdən alan səbəblərə yol verməməklə dünyanı özümüzə bağlayaq, dünyanı özümüzdən küsdürməyək. Bu dünyanı özümüzə bağlayaq, dünyanın içində bizim dünyamız olsun. Şahin Məmməovun YAXŞILIQ dünyası kimi. Ehtiyac Şahin müəllim kimi yaxşılaradı, çünki bu dünya onların çiyinləri üzərində dayanıqlıdı...

 

Hürü Hacızadə

Yazıçı-publisist,

 

Fərid Faiqoğlu

AJB-nin üzvü