Xəbər Lenti
Dünən, 21:53
“Mən əbədiyyət üfüqlərində doğan günəşəm” — Şəhid Vidadi Nizami oğlu Zalovun əziz xatirəsinə...
Dünən, 18:13
Vatikanın “Bambino Gesu” pediatrik xəstəxanasının nümayəndə heyəti Azərbaycan Tibb Universitetində olub
11-05-2026, 17:33
Deputat: "Azərbaycan iqtisadiyyatı qlobal və geosiyasi təhdidlər fonunda dayanıqlığını qoruyur"
10-05-2026, 19:08
Pakistan İslam Respublikasının Azərbaycandakı səfirliyində 10 may "Qələbə Günü" münasibətilə bayram tədbiri keçirildi.
10-05-2026, 18:59
“Böyük Qayıdış” Gənclər Təşkilatı Ulu Öndərin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar silsilə tədbirlər keçirib
10-05-2026, 18:05
ATU rəhbərliyi Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibəti ilə Ulu Öndərin məzarını ziyarət edib
10-05-2026, 11:30
Azərbaycan-Ermənistan sərhədində delimitasiya üzrə işlər nə yerdədir? - Nazirdən AÇIQLAMA
10-05-2026, 11:22
Arzu Əliyeva ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar paylaşım edib
10-05-2026, 11:05
Azərbaycan - Britaniya Peşəkarları Assosiasiyası ilə ATU arasında əməkdaşlıq genişlənir
10-05-2026, 10:57
Mehriban Əliyeva: "Dahi şəxsiyyətin nurlu, əziz xatirəsi qəlbimizdə daim yaşayacaqdır"
10-05-2026, 10:53
İlham Əliyev: "Ümummilli Lider Heydər Əliyev bugünkü Azərbaycanı görsəydi, şad olardı"
10-05-2026, 10:50
İlham Əliyev Heydər Əliyevin ömür yolundakı vacib məqamları əks etdirən videoçarx paylaşıb
10-05-2026, 10:46
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: “Ulu Öndər Heydər Əliyev və Azərbaycanda hüquqi dövlət modelinin formalaşması”
10-05-2026, 10:38
DYP Kürdəmir Postunun komandiri Ruslan İsayev: “Ulu Öndər Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin xilaskarı”
10-05-2026, 10:33
Qusar Rayon Mərkəzi Xəstəxanasının direktoru İmran Qurbanov: “Ulu Öndər Heydər Əliyev və Azərbaycan səhiyyəsinin inkişafı”
Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ayaz Mütəllibovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar

Prezident İlham Əliyev və Birinci xanım Mehriban Əliyeva Ayaz Mütəllibovun vəfatı ilə əlaqədar nekroloq imzalayıblar.
Nekroloqun mətnində deyilir:
"Tanınmış ictimai-siyasi və dövlət xadimi, Azərbaycan Respublikasının sabiq Prezidenti Ayaz Niyazi oğlu Mütəllibov 2022-ci il martın 27-də ömrünün 84-cü ilində vəfat etmişdir.
Ayaz Mütəllibov 1938-ci il mayın 12-də Bakı şəhərində anadan olmuşdur. Orta məktəbi bitirdikdən sonra o, 1956–1962-ci illərdə Azərbaycan Neft və Kimya İnstitutunda ali təhsil almışdır.
Əmək fəaliyyətinə 1958-ci ildə Azərbaycan Elmi Tədqiqat Hidrotexnika və Meliorasiya İnstitutunun konstruktor bürosunda böyük texnik kimi başlayan Ayaz Mütəllibov 1959-cu ildən etibarən Bakı məişət elektrik cihazları zavodunda quraşdırma sexinin ustası, mühəndis, texniki nəzarət şöbəsinin rəisi, baş konstruktor və baş mühəndis vəzifələrində çalışmışdır. O, 1966-cı ildə Bakı soyuducular zavodunun direktoru təyin olunmuş, 1974–1977-ci illərdə həmin vəzifədə qalmaqla “Bakelektroməişətmaş” istehsalat birliyinin baş direktoru işləmişdir.
Ayaz Mütəllibov 1977-ci ildə Bakı şəhəri Nərimanov Rayon Partiya Komitəsinin ikinci katibi seçilmiş, 1979-cu ildə Azərbaycan SSR-in yerli sənaye naziri təyin olunmuşdur. O, 1982–1989-cu illərdə Azərbaycan SSR Nazirlər Soveti sədrinin müavini – Dövlət Plan Komitəsinin sədri və 1989–1990-cı illərdə Azərbaycan SSR Nazirlər Sovetinin sədri vəzifələrini tutmuş, 1990-cı ilin yanvarında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi, 1990–1991-ci illərdə Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi Komitəsinin və onun Siyasi Bürosunun üzvü olmuşdur. Ayaz Mütəllibov 1990-cı ilin mayında Azərbaycan SSR Ali Soveti tərəfindən təsis olunan Azərbaycan SSR-in Prezidenti vəzifəsinə seçilmiş, 1991-ci ilin sentyabrından Azərbaycan Respublikasının Prezidenti olmuş, 1992-ci ildə isə vəzifəsindən istefa vermişdir.
Bir neçə çağırış Azərbaycan SSR Ali Sovetinin deputatı olan Ayaz Mütəllibov sovet dövrünün bir sıra orden və medalları ilə təltif edilmişdir.
İctimai-siyasi və dövlət xadimi Ayaz Niyazi oğlu Mütəllibovun xatirəsi onu tanıyanların qəlbində yaşayacaqdır.
Allah rəhmət eləsin!
İlham Əliyev
Mehriban Əliyeva
Əli Əsədov
Sahibə Qafarova
Samir Nuriyev
Eldar Əzizov
Yaqub Eyyubov
Şahin Mustafayev".























































