Gülpəri Bayramova – Sahibkarlıqda uğurun, qadın liderliyinin və milli iqtisadiyyata töhfənin nümunəsi
Hacı Zərintac İsmayılova – Xeyirxahlığı həyat amalına, vətənpərvərliyi mənəvi dəyərə çevirən Azərbaycan xanımı
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
Azərbaycan Qol Güləşi Federasiyasının prezidenti Cəsarət Əhmədovun açıqlaması
Bu günlərdə mənim barəmdə sosial şəbəkələrdə şişirdilmiş və özündə bir çox yalan məlumatlar əks etdirən, böhtan xarakterli yazı dərc olunub. Bununla bağlı mənə və rəhbərlik etdiyim federasiyaya çox sayda zənglər gəldiyindən açıqlama vermək qərarına gəldim. İşin mahiyyəti budur ki, idarə etdiyim avtomobillə yol hərəkəti qaydalarını pozmuşam və buna görə də 50 manat cərimə olunmuşam. Vəssalam. Amma görünür ictimai insan olaraq dövlətimizə və xalqımıza xidmətə yönəlmiş fəaliyyətim, eləcə də federasiyamızın əldə etdiyi uğurlar bəzi “sapı özümüzdən olan baltalar”ı çox narahat edir, onların paxıllığına və qısqanclığına səbəb olur. Məhz bu iyrənc hisslərin nəticəsində də belə kampaniyalar keçirilir. Əslində əvvəllər də mənə qarşı bir neçə dəfə belə şər və böhtan kampaniyaları təşkil edilib. Onların da məqsədi mənə və fəaliyyətimə qara yaxmaq, məni xalqımın və dövlətimin gözündən salmaq olub. Lakin onlar heç vaxt öz məqsədlərinə çata bilməzlər. Buna görə də üzümü həmin “sapı özümüzdən olan baltalar”a tutub deyirəm ki, özlərini hədər yerə yormasınlar və belə çirkin əməllərindən əl çəksinlər.
Uca Allah bu cür bədxahların layiqli cəzasını özü verəcək. Kimlərsə öz pis əməllərindən əl çəkmirsə, biz də öz yaxşı işlərimizdən heç əl çəkməyəcəyik.
Hörmətlə, Cəsarət Əhmədov























































