“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
“Regionlarda könüllü gənclərin bacarıqlarının artırılması və intellektual inkişafına dəstək” layihəsi həyata keçirilib
Ticarətdən birgə istehsala: Azərbaycan və Mərkəzi Asiya arasında yeni iqtisadi model
Deputat: Müasir Azərbaycan müstəqil siyasət həyata keçirir, nəqliyyat, enerji və siyasi layihələri inkişaf etdirir
Dövlətə və dövlətçiliyə sədaqətli xidmətin nümunəsi – Taleh Məmmədova ad günü təbriki!
“Heydər Əliyev - Azərbaycan fenomeninin uydurulmamış tarixi” kitabı xarici müəllifin Azərbaycan həqiqətlərinə baxışıdır
Meyvə və tərəvəzlər qanda şəkərin səviyyəsini effektiv şəkildə azaldır və arıqlamağa kömək edir
Tafts Universitetinin (ABŞ) Fridman Qidalanma və Siyasət Məktəbinin alimləri müəyyən ediblər ki, meyvə və tərəvəz yemək kardiometabolik sağlamlığa müsbət təsir göstərir. Bu qidalar qan şəkərinin səviyyəsini normallaşdırır, təzyiqi aşağı salır və piylənmə ilə mübarizədə öz effektini göstərir.
Bu barədə “SciTechDaily” elmi jurnalında məlumat verilir.
Tədqiqatçılar kardiometabolik xəstəliklərin inkişafı riski və aşağı gəliri olan 1800-dən çox uşaq və 2000 böyüyün tibbi kartlarını təhlil ediblər. Bütün bu insanlar sağlam qidanı əhalinin aztəminatlı təbəqələri üçün əlçatan etməyə çalışan Amerika şirkəti olan “Wholesome Wave” təşkilatının xeyriyyə proqramında iştirak ediblər. Tədqiqatda iştirak edən şəxslərə müntəzəm olaraq ərzaq kartları verilib və onlardan tərəvəz və meyvə almaq üçün istifadə ediblər.
Nəticələr göstərib ki, şəkərli diabet xəstələrinin qanda şəkərin səviyyəsi 0,3 bənd azalıb. Hipertoniyadan əziyyət çəkən iştirakçılar üçün yeni qida rasionu qan təzyiqini normallaşdırmağa kömək edib - göstəricilər civə sütunu üzrə 5-8 millimetr aşağı enib.
Fridman Məktəbinin diyetoloq və epidemioloqu, tədqiqatın baş müəllifi Fanq Fanq Çjan qeyd edib ki, ərzaq kartları iştirakçıları daha sağlam qidalanmağa başlamaq üçün stimul olub. Diyetoloq, həmçinin xeyriyyə proqramlarının daha geniş tətbiqinə ehtiyac olduğunu bildirib.
Mənbə: Oxu.Az























































