Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Alim insanın davranışının xərçəngin müalicəsinə necə təsir etdiyini açıqladı
İnsanın emosional vəziyyəti və xarakteri onun sağlamlığına təsir göstərir. Məsələn, bu iki amil xərçəngin nə ilə nəticələnəcəyini müəyyən edə bilər.
Bu barədə alim, Rusiyanın M.V.Lomonosov adına Moskva Dövlət Universitetinin psixologiya fakültəsinin neyro və patopsixologiya kafedrasının müdiri, psixoloq Aleksandr Txostov.
“Psixosomatika hər hansı bir xəstəliyin inkişafına psixoloji amilin töhfə verdiyini nəzərdə tutur, lakin bu, əsas amil deyil. Buna, məsələn, insanın davranışı: onun nə qədər riskli həyat tərzi sürməsi, gigiyena qaydalarına riayət edib-etməməsi və ya pis vərdişlərinin olub-olmaması aiddir. Məsələn, miokard infarktı keçirməyə meyilli insanlar, adətən aktiv (stenik) xarakter daşıyırlar, onlar istədikləri şeyə nail olmurlar, hər şeyə can atırlar”, - deyə psixoloq izah edib.
Xərçəng xəstələrinə gəldikdə, Txostovun sözlərinə, çox şey onların xasiyyətindən asılıdır.
“Mən 15 il xərçəng mərkəzində işləmişəm və görmüşəm ki, uğur qazanacağına ümid edən insanların xərçəngə qalib gəlmək şansları daha yüksəkdir, uzanıb xəstəliyi ilə barışan insanlar isə daha tez solub gedirlər. Sadəcə, birincilər həkimin tövsiyələrinə daha yaxşı əməl edir, bütün prosedurları vaxtında edir, ikincilər isə mübarizəni dayandırırlar”, - deyə mütəxəssis izah edib.
Bundan əlavə, Txostov qeyd edib ki, insanlarda həyəcan və depressiya immunitetin zəifləməsinə gətirib çıxarır, bu isə digər xəstəliklərə yol aça bilər, lakin özləri buna səbəb olmur. Həyəcan da insanın öz hisslərini şişirtməsinə səbəb ola bilər. Bu zaman artıq hipoxondriya haqqında danışa bilərik.
Mənbə: Oxu.Az























































