DÖVLƏTİMİZ ƏDLİYYƏYƏ XÜSUSİ DİQQƏT VƏ QAYĞI GÖSTƏRİR - 22 NOYABR ƏDLİYYƏ İŞÇİLƏRİNİN PEŞƏ BAYRAMIDIR.
“AzerGold” QSC “Daşkəsən rayonunda bitən nadir bitkilərin reintroduksiyası” layihəsini uğurla icra edib
COP29 çərçivəsində 300-500 milyard dollar yeni maliyyə hədəfi ətrafında danışıqlar gedir
Consonun 500 milyardlıq təklifi: Ukraynaya fantastik məbləğdə kredit verilə bilərmi?
Azərbaycan ədliyyəsi də yeni tarixi mərhələyə qədəm qoyur. Ədliyyə orqanlarının yaradılmasından 106 il ötür
“Böyük Qayıdış” Gənclər Təşkilatı Zəfər Günü və Dövlət Bayrağı Günü ilə bağlı bir sıra tədbirlər həyata keçirib
Xeyirxah əməlləri ilə seçilən iş adamı “EL Holding”in rəhbəri Elçin Muradov mənəviyyat zirvəsində...
Elçin Muradov: Sahibkarlıq ən böyük ibadətdir...”.
Sahibkar olan insan, neytiral olmalıdır. Heç bir siyasətə, dövlətin işinə qarışmamalıdır. Sahibkar olaraq yalnız arzulamalıdır ki, nələrisə qursun, yaratsın. İşçi sayını artırsın. Mənim düşüncəmə görə əsl sahibkar pulu hesablamamalıdır. Əsl sahibkar pul haqqında düşünməməlidir. Sadəcə işinin genişləndirilməsi, perspektivi, əmək şəraitinin yaxşılaşdırılması, işçilərin funksiyası və ən əsası da yüksək mütəxəssis olan işçilərinin sayının artırılmasına çalışmalıdır. Sahibkarlıq ən böyük ibadətdir. Çünki sahibkar öz işçilərinə yaxşı əmək haqqı verirsə, onun işçilərinin ailə üzvləri yaxşı yaşayırsa, bax, bu elə ibadətdir. Sahibkar halal zəhmətlə qazanan, rəqabətdən qorxmayan insan olmalıdır. Həm də sahibkarda paxıllıq hissi olmamalıdır. Ümumiyyətlə, paxıllıq insanı məhv edən ən naqis əməldir. Paxıl olan adam qabağa gedə bilməz.
Ehtiyacı olanlara əl tutmaq, maddi kömək göstərmək - xeyriyyəçilik sosial kateqoriya sisteminə aiddir. İctimai istehsalın və iqtisadi sistemin sosial formasından asılı olmayaraq dünyanın maliyyə cəhətdən istər qüdrətli, istərsə də zəif ölkələrində sosial ədalət ümumi ədalətin tərkib hissəsi kimi başa düşülməli, tətbiq edilməli, həyata keçirilməlidir. Bu mühüm və xeyirxah fəaliyyətə, insanpərvər addıma maraq və meyil daim artırılmalı və sözügedən məsələ daimi xarakter almalıdır. Bununla da, xeyriyyəçilər ölkənin, cəmiyyət üzvlərinin maddi rifahının yaxşılaşdırılmasında, dövlətlə birlikdə korporativ sosial vəzifənin həllində öz iştirakçılarını təmin etmiş olurlar.
İmkanlı insan ehtiyacı olana kömək etməlidir. Bu xoş məqam xeyriyyəçi üçün rahatlıq, ehtiyacı ödənilən üçün isə yaxşılıqdır. Xeyriyyə, xeyriyyəçilik özündə yaxşılıq, xeyirlik mənasını təcəssüm etdirir.
Belə xeyriyyəçi vətənpərvər işa adamlarından biri də Elçin Muradovdur.
“EL Holding”in rəhbəri Elçin Muradov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Elçin Muradov bu işin müqəddəsliyini qoruyub saxlayır. Elçin müəllim kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.
Elçin Muradov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.
Elçin Muradov bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun “EL Holding” kimi çoxsahəli professional olmasıyla, dövlətçiliyimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!
Elçin Muradov Ulu Öndər Heydər Əliyevin uğurlu siyasətinin layiqli davamçısı ölkə başçısı, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini həmişə dəstəkləmişdir. 44 günlük ədalət-haqq savaşında Elçin Muradov xalq-ordu, xalq-ordu birliyinə dəstək olaraq hərbiçilərimizə maddi və mənəvi dəstəyini göstərmişdir. Elçin müəllimin həmişə şəhid ailələrinə, müharibə veteranlarının övladlarına, kimsəsiz və maddi imkanı aşağı olan ailələrə diqqət və qayğı göstərir.
Bütün bunlar göstərir ki, Azərbaycanda sahibkarlar və digər imkanlı insanlar arasında xeyriyyəçilərin sayı getdikcə artlr və Elçin Muradov məhz belə xeyriyyəçi böyük iş adamlardandı.
Biz də redaksiyamız adında böyük iş adamı Elçin Muradova gördüyü xeyriyyə işlərində həmişə uğur, qalibiyyət və zəfər qazansın. Gələcək hər bir gününüz xeyirli olsun. Kökü vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, “EL Holding”in rəhbəri Elçin Muradova uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik.
Zəruri giriş: "EL Holdinq" əsası 1988-ci ildə qoyulmuş və bu gün Azərbaycanda biznesin müxtəlif sahələrində təmsil olunan iri şirkətlər qrupundan biridir. Bu gün Holdinq yük daşımaları və sənaye istehsalı kimi sektorlarda uğurla fəaliyyət göstəri.
Zəruri giriş: Ölkənin inkişaf dinamikası və iqtisadi gücü, eyni zamanda, təşkilati sabitlik və maliyyə stabilliyi, təcrübəli və peşəkar kadrlar EL Holdinqin uğurlu fəaliyyətini şərtləndirən əsas amillərdir.
Bu gün fəaliyyətimizin genişləndirilməsi sayəsində beynəlxalq tərəfdaşlarımızın sayı artır və biz xalqımıza daha geniş çeşiddə yüksək keyfiyyətli məhsullar təqdim edirik. Sənaye istehsalı sahəsində fəaliyyətimiz genişlənir. Yük daşımalarının artırılması məqsədilə Çinin üç şəhərində nümayəndəliklərimiz təsis edilmişdir.
Bu gün "EL Holdinq" Azərbaycandan kənarda da fəaliyyət göstərərək müxtəlif biznes layihələr həyata keçirir. Prioritet sahələrdə aparılan bu layihələr təcrübəli ekspertlərin rəyinə əsaslaınır və bununla da, onların keyfiyyət və gəlirliliyi təmin olunur.
Qarşılıqlı hörmət və düzgünlük əsasında uzunmüddətli tərəfdaşlığın təmin edilməsi, rifah halının yüksəldilməsi məqsədilə xalqımzın yüksək keyfiyyətli məhsul və xidmətlərlə təchiz edilməsi, müştəri və tərəfdaşlarımıza sadiqlik və bununla, Azərbaycanın etibarlı biznes tərəfdaşı imicinin gücləndirilməsinə töhfələr vermək Holdinqin əsas prinsipləridir.
“EL Holding”in rəhbəri Elçin Muradov: Azərbaycanda biznesin müxtəlif sahələrində fəaliyyət göstərən iri şirkətlər qrupundan biri olaraq, ölkəmizin tərəqqisi, sahibkarlığın inkişafı və xalqımızın rifah halının yüksəldilməsinə dəyərli töhfələr vermək kimi missiya daşımağımızdan qürur duyuruq.
Hələ 1988-ci ildə, Azərbaycanda özəl sektorun inkişafının ilk illərində yaradılmış şirkətlərimiz bu gün sənaye istehsalı, tikinti, yük daşımaları, turizm və ticarət kimi sahələrdə uğurla çalışır. Fəaliyyətimizin mühüm istiqamətlərindən biri də tanınmış brendlərin Azərbaycanda təmsilçiliyinin təşkili və yüksək keyfiyyətli məhsulların Azərbaycana gətirilməsidir.
Ölkəmizin son illərdə sürətli inkişafı və iqtisadi gücü, etibarlı biznes tərəfdaşı imicinin güclənməsi fəaliyyətimizin daha da genişlənməsi üçün zəmin yaratmışdır.
Bütün bu illər ərzində uğurlu fəaliyyətimizi biznes prinsiplərinə sadiq qalaraq bütün sahələrdə mükəmməllik nümayiş etdirmək, tərəfdaşlarımız və müştərilərimizin rəğbəti, korporativ idarəetmə sisteminin tətbiqi və peşəkar komandamız sayəsində təmin etməyə nail olmuşuq. Tərəfdaşlarla uzunmüddətli əməkdaşlığımızın əsasını səmimiyyət, şəffaflıq, dəyərlərə hörmət və müştəri məmnunluğu prinsipləri təşkil edir.
Həyata keçirdiyimiz layihələrin və ümumi fəaliyyətimizin keyfiyyətinin daim yüksəldilməsi və professionallığın artırılması məqsədilə əməkdaşlarımız mütəmadi olaraq, ölkədə və xaricdə keçirilən təlim və konfranslarda iştirak edirlər. Mütəmadi olaraq, istehsal sahələrindəki texnologiyalar yenilənir və nano-texnologiyalar tətbiq edilir.
Bu gün biz fəaliyyətimizi Azərbaycanın hüdudlarından kənarda da davam etdirir, bir sıra ölkələrdə müxtəlif biznes layihələrdə fəal iştirak edir və strateji tərəfdaşlarımızın artırılmasına çalışırıq.
Azərbaycanda mövcud siyasi stabillik və davamlı iqtisadi inkişaf bizim də fəaliyyətimizin genişlənməsi üçün geniş imkanlar yaradır. "EL Holdinq" olaraq bundan sonra da müxtəlif layihələr və mövcud resursların Azərbaycana cəlb edilməsi vasitəsilə xalqımızı yüksək keyfiyyətli və zövqlü məhsullarla təchiz etmək missiyamızı davam etdirəcəyik.
MISSIYA
Azərbaycanda və Azərbaycan üçün yaşayır, onun tərəqqisi və inkişafı uğrunda çalışırıq.Əsas missiyamız hər bir kəsi yeni, yüksək keyfiyyətli və lazımi məhsullarla təmin etməkdir.
DEVIZIMIZ: "İNSAN HƏYATINI VƏ RIFAHINI QORUMAQ, ONU DAIM YAXŞILAŞDIRMAQ".
Missiyamızın həyata keçirilməsində biz aşağıdakı prinsipləri rəhbər tuturuq:
Müştərilər, partnyorlar və əməkdaşlar qarşısındakı öhdəliklərinə sadiq qalan etibarlı şirkət nüfuzunu təsdiq etmək;
Mövcud texnologiyaları təkmilləşdirməklə qarşıya qoyulmuş məsələlərin yeni həlli yollarını inkişaf etdirmək;
İşçilərimizin professionalığını artırmaqla, onlarla birlikdə inkişaf etmək;
Müştərilərimizin tələbatına və əməkdaşlarımızın yaradıcı potensialına uyğun olaraq şirkətlər qrupunun fəaliyyət sahələrni genişləndirmək.
VİZİYONUMUZ
Fəaliyyət göstərdiyimiz bütün sahələrdə tanınan və müştərilərimiz tərəfindən qəbul edilən liderlik mövqeyini gücləndirmək;
Etibarlı tərəfdaş olmaq, biznesdə şəffaflığı və ədalətli rəqabəti qorumaq;
Uğurlu fəaliyyətimizlə Azərbaycanın iqtisadi inkişafına töhfələr vermək, qlobal resurslardan səmərəli istifadə etməklə xalqımızı keyfiyyətli və zövqlü məhsullarla təmin etmək.
Dəyərlərğ
Biz, fəaliyyət göstərdiyimiz bütün sahələrdə mükəmməllik nümayiş etdirən, düzgünlük, bütövlük və KSM prinsiplərinə sadiq şirkətlər qrupuyuq.
Gözəl xidmət və müştəri məmnuniyyəti əsasında qurulan uzunmüddətli tərəfdaşlığa sadiqlik əsas dəyərlərimizdəndir.
Biz liderlik və əməkdaşlıq, cavabdehlik və sadiqlik, yüksək keyfiyyət və bazar tələblərinə uyğunluq, cəmiyyət və ənənlərə hörmət prinsiplərinə hörmət edir və rəhbər tuturuq.
İstehlakçı, müştəri və tərəfdaşlara hörmət bizim üstünlüyümüzün meyarı və əsas dəyəridir.
Səxavət Xankişiyev
Yazar