Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Binəqədidə sensasion iddia: Ramil Abasovun təyinatı ətrafında 200 min manatlıq rüşvət qalmaqalı
Astana görüşləri: Beynəlxalq hüquq müdafiəçisi İsmayıl Zalov Qazaxıstan Ali Məhkəməsində — ədalət, şəffaflıq və insan hüquqlarına həsr olunmuş mühüm görüş
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Bakıda “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq konfrans keçirilir - CANLI YAYIM
Bu gün Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 29 sentyabr tarixli “Azərbaycan Respublikasında 2023-cü ilin “Heydər Əliyev İli” elan edilməsi haqqında” Sərəncamına uyğun olaraq, Azərbaycan Respublikasının Hesablama Palatası və Auditorlar Palatasının birgə təşkilatçılığı ilə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Dayanıqlı inkişaf. Hesabatlılıq. Şəffaflıq” mövzusunda beynəlxalq elmi-praktik konfrans öz işinə başlayır.
Bu barədə Oxu.Az-a Auditorlar Palatasının sədri, professor Vahid Novruzov bildirib.
Onun sözlərinə görə, konfrans çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə nail olunması istiqamətində təcrübələr müzakirə ediləcək:
“Qlobal problem olan dayanıqlı inkişafın təmin olunması istiqamətində fikir mübadiləsi aparacağıq”.
Sədr qeyd edib ki, konfransda iştirak üçün xarici ölkədən nümayəndələr gəliblər:
“Konfransda Avropa Mühasiblər və Auditorlar Federasiyası (EFAA), İmtiyazlı Sertifikatlaşdırılmış Mühasiblər Assosiasiyası (ACCA) kimi nüfuzlu beynəlxalq qurumları və 11 ölkəni - Azərbaycan, Türkiyə, Rusiya, Qazaxıstan, Gürcüstan, Latviya, Litva, Makedoniya, İtaliya, Hindistan, Fransa - təmsil edən 150-dən çox nümayəndə iştirak edəcək”.























































