Xırdalanda gözəlliyin ünvanı – “Beauty Bar” gözəllik salonu ilə təpədən dırnağa baxım cəmi 30 Manata
Göylərə yazılan ad: Milli qəhrəman Aleksandr Kalyaninovun doğum günündə xatirəsinə hörmətlə
Heydər Əliyev irsinə sadiqlik – Günay Muradovanın dərin hörmət və minnətdarlıq duyğuları
Qobustan Rayon Mərkəzi Xəstəxanasının baş həkimi Xəyalə İmanova : Ulu Öndər Heydər Əliyevin xatirəsinə dərin hörmət və ehtiramı
Ulu Öndərin mənəvi irsinə sadiqlik – Məhərli Əvəzəlinin Heydər Əliyevə dərin ehtiramı
Yolumuzun Memarı – Etibar Kərimovun Ulu Öndər Heydər Əliyevin xatirəsinə həsr olunmuş ehtiramı
İlham Əliyev və Mehriban Əliyeva ümummilli lider Heydər Əliyevin məzarını ziyarət ediblər
Ulu Öndərin Əbədi İşığı – Gülnara Həmidovanın Heydər Əliyev xatirəsinə həsr olunmuş dərin hörmət və ehtiramı
Ədalət Hacıyev: “12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür – Azərbaycan tarixində böyük zirvə”
Mehman Qəhrəmanov: 12 dekabr Ulu Öndər Heydər Əliyevin anım günüdür - Xalqın qəlbində əbədiyaşar LİDER
İş adamı Cəbrayıl Cəbrayılov: Heydər Əliyev – Müstəqil Azərbaycanın şərəfli yolunu işıqlandıran DAHİ LİDER
Amil Bağıyev: 12 Dekabr – Ulu Öndər Heydər Əliyevin anım günüdür. “Xalqın qədirbilənliyinin təntənəsi”
Rasim Nurullayev: Heydər Əliyev – Azərbaycan dövlətçiliyinin möhkəm təmini və xalqın ümid mənbəyi
Teymur Hacıyev: Heydər Əliyevin əbədi xatirəsi – Müstəqil Azərbaycanın parlaq yolunu nurlandıran DAHİ ŞƏXSİYYƏT
"Embawood" şirkətinin Müşahidə Şurasının sədri Elşad Abbasov: Ulu Öndər – Azərbaycanı zamanın sınaqlarından keçirən böyük şəxsiyyət
Vüqar Babayevin peşəkarlığı və Anar Bağırovun vəkillik institutunun inkişafına töhfələri
Yenilənmiş “Medistyle Hospital” etibarlı və güvənli səhiyyə müəssisəsidir
Hal-hazırda ölkəmizin ərazisində fəaliyyət göstərən özəl səhiyyə müəssisələri içərisində “Medistyle Hospital”ın xüsusi rolu var desək, heç də yanılmarıq. Çünki, 2012-ci ildən Bakı şəhəri, Əhməd Rəcəbli 18A ünvanında fəaliyyət göstərən, ümumi sahəsi 4500 kvadratmetr olan, 6 mərtəbəli binanı əhatə edən bu hospitalda çalışan peşəkar həkimlər, indiyə kimi neçə-neçə xəstələri həyata qaytarmış və onlara bir daha yaşamaq imkanı vermişlər. Bu hospital ambulator xidmətləri əhatə edən poliklinikadan, eyni zamanda 4 əməliyyat otağından ibarət əməliyyat bloku olan 20 yataqlı cərrahi stasionar, həmçinin 5 yataqlı intensiv terapiya bölməsi və 16 yataqlı terapevtik stasionar şöbədən ibarətdir. Qeyd edək ki, “Medistyle Hospital”dakı palataların hər biri lazım olan tibbi avadanlıqlarla ən yüksək səviyyədə təchiz olunmuşdur ki, bu da peşəkar həkimlərin, qayğıkeş kollektiv üzvlərinin xəstələrə yüksək səviyyəli tibbi xidmət göstərmələrinə hər cür imkan verir. Faktdır ki, bu hospitalın əsas missiyası tibbin ən son nailiyyətlərindən, texnika və texnologiyalarından istifadə etməklə ölkə əhalisinə yüksək səviyyəli tibbi xidmət göstərməkdən ibarətdir. Bundan əlavə, “Medistyle Hospital” tibbi yenilikləri daim izləyən və tətbiq edən, həmçinin son nəsil texnoloji təchizatlı bölmələri ilə güvənli və yüksək standartlı xidmət göstərən çağdaş bir sağlamlıq mərkəzidir. Hal-hazırda bu özəl səhiyyə müəssisəsində direktor vəzifəsini invaziv, kardioloq Samir Abbasov daşıyır. Bir xatırlamanı yada salaq ki, bu şəxs əvvəllər hərbi hospitalda çalışmış, 44 günlük Vətən müharibəsi vaxtlarında isə neçə-neçə əsgər və zabitlərimizin həyata qaytarılmasında, onlara ən yüksək səviyyəti tibbi xidmətlərin göstərilməsində əvəzsiz rol oynamışdır. Bir sözlə, kardioloq Samir Abbasovun bu günə qədər olan fəaliyyəti daim hər kəs tərəfindən dəyərləndirilmiş və lazım olduğu qiymətini də almışdır. Unutmaq olmaz ki, bu şəxs direktor vəzifəsini daşımağa başladıqdan az sonra, “Medistyle Hospital”da lazımi təmir-bərpa işləri həyata keçirilir, müasir dövrün tələblərinə uyğun bir çox tibbi avadanlıqlar alınır, kollektivdə çalışan həkimlərdən bir çoxunun xarici ölkələrdə tədris olunan kurslarda iştirak etmələrinə imkan yaradılır və s. kimi addımlar atılır. Bu yöndə atılan addımlar onu sübut edir ki, kardioloq Samir Abbasov üzərinə düşən vəzifəsinin məsuliyyətini dərindən dərk edən rəhbər şəxsdir. Bütün bunların kökündə isə, bu şəxsin Almaniyada tibbi təhsil alması və həkim-kardioloq olaraq, məhz bu ixtisas üzrə formalaşması olur.
Bütün bunlardan əlavə, “Medistyle Hospital”ın direktoru 23-25 avqust 2023-cü il tarixdə Amsterdam şəhərində keçirilən beynəlxalq səviyyəli tədbirdə iştirak edir və o, həmin tədbirdə ölkəmizi layiqincə də təmsil edir. Bəli, bütün bunlar onu göstərir ki, hal-hazırda bu şəxs həm ölkəmizin səhiyyə sahəsinin inkişaf etdirilməsində, həm də Azərbaycan adının dünyada daha yaxından tanıdılmasında çox böyük zəhməti olan kardioloq həkimlərimizdəndir.
Onu da bildirək ki, kardioloq Samir Abbasovun rəhbərliyi altında “Medistyle Hospital”da çalışan həkimlər öz peşəkarlıqları ilə, bu gün də bu səhiyyə müəssisəsinin adını dillər əzbəri etməkdədirlər. Söz yox ki, bu hospitalın daha çox məşhur olmasına səbəb olan əsas amillərdən biri də, həyata keçirilən idarəetmənin düzgün təşkili, kollektiv üzvləri arasında yaradılmış sağlam mühitin varlığı, peşəkar həkimlərin, digər peşə sahiblərinin, bir sözlə qayğıkeş kollektiv üzvlərinin “Medistyle Hospital”da çalışmalarıdır. İnanırıq ki, bu günə kimi uğurlu addımları ilə Azərbaycan səhiyyəsinin inkişafına dəyərli töhfələrini bəxş edən, neçə-neçə ailələri sevindirən, özəl səhiyyə müəssisələri içərisində xüsusi rola malik olması ilə ad-san çıxaran bu hospitalın uğurları, məhz bundan sonra da daha çox olacaq. Bir sözlə, bu səhiyyə müəssisəsinə üz tutan xəstələrin öz sağlamlıqlarını bərpa etmələri onu söyləməyə əsas verir ki, həqiqətən də “Medistyle Hospital” ən etibarlı, ən güvənli səhiyyə müəssisələrindəndir.
Vüqar FİRQƏTOĞLU

























































