Menu
Xəbər Lenti
APA-nın 21 yaşı olur
16-11-2025, 08:33

APA-nın 21 yaşı olur

Toral millidən çıxarıldı
15-11-2025, 07:56

Toral millidən çıxarıldı

Meyitini qonşular tapdı
14-11-2025, 06:38

Meyitini qonşular tapdı

12 istiqamətdə tıxac var
14-11-2025, 05:18

12 istiqamətdə tıxac var

14 Avqust 2023 10:37Manşet / Gündəm

15 yaşlı Ərkanın anası fəryad edir: “Bəzən övladıma verməyə yemək tapmıram”

 

15 yaşlı Ərkanın sizin yardımınıza ehtiyacı var.

Bu barədə Oxu.Az-a Ərkanın anası Turanə Vəliyeva məlumat verib.

O bildirib ki, övladı iki ildir kəskin leykozdan əziyyət çəkir.

“Ərkan iki ildir kəskin leykozdan əziyyət çəkir. İndiyə qədər müalicələrini etməyə çalışsaq da, hazırda buna maddi imkanımız çatmır. Biz Qax rayonunda yaşayırdıq, Ərkanın xəstəliyinə görə hər şeyimizi satıb Bakıya gəlmişik. Hazırda kirayədə qalırıq. Həyat yoldaşım bir günü 15 manata fəhlə işləyir. İnanın ki, bəzən zəruri ərzaqları əldə edə bilmir, övladıma yemək bişirə bilmirəm. Ərkanın müalicəsi üçün hazırda üç min manata ehtiyacımız var. Yardımsevər şəxslərdən xahiş edirəm ki, bizə dəstək olsunlar”.

Ailə ilə əlaqə: (050) 462-57-70

Bizimlə əlaqə saxlayın