“Türkiyə ilə Azərbaycanın bağları müvəqqəti fikir ayrılıqlarından daha dərindir” - Bağçalı
“Shirvan Operating Company Ltd” ərazi partiya təşkilatında YAP-ın VIII Qurultayına həsr olunmuş tədbir keçirilib
KONSTİTUSİYA, ƏDALƏT VƏ QANUNUN ALİLİYİ — GÜCLÜ HÜQUQİ DÖVLƏTİN TƏMƏLİ! İSMAYIL ZALOVDAN AZƏRBAYCANIN HÜQUQ SİSTEMİNƏ YÜKSƏK DƏYƏR
Lənkəran ŞİH başçısı şəhid Aqşin İbadov, Emil Şıxəlizadə və Etiram Hüseynlinin məzarını ziyarət edib
Rövşən Məmmədov – milli dəyərlərə sədaqət, dövlətçilik mövqeyi və xeyirxahlıq ənənələrinə bağlılıq
Lənkəranda Prezident cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn vəzifələrə dair ümumrayon müşavirəsi keçirilib
Zalov İmza TV ALYANS-ın rəhbəri, Beynəlxalq Hüquq Eksperti,İsrail Azərbaycan Şahdağ təşkilatının Azərbaycan üzrə rəsmi nümayəndəsi İsmayıl Zalovun Dağlıq Qarabağda yaşayan erməni əsilli sakinlərə müraciəti
Hörmətli cənablar,hər kəsə məlumdur ki,Azərbaycan dövləti əsrlərdir bir çox millətlərin rahat,dinc,firavan yaşadığı bir məmləkət olub. Azərbaycan qədim tarixə malik bir ölkədir, müsəlman ölkəsi və azərbaycanlılar müsəlman olmasına baxmayaraq. Azərbaycan dövlətində hər zaman İslam dini ilə bərabər xristian və yəhudi dinidə əsas təriqətlər kimi qəbul olunub və diqqətdə saxlanılıb.Azərbaycanda Yəhudi icması ən qədim icmalardan biridir. Və bu gün Şahdağ İsrail Azərbaycan təşkilatının Azərbaycandakı rəsmi nümayəndəsi olaraq bildirirəm ki, Azərbaycanda yaşayan yəhudilər Azərbaycan dövlətindən və onun prezidentindən çox razıdılar. Bizim ölkəmiz tolerant bir ölkədir. Bu ölkənin qanunlarına hörmət edən hər bir vətəndaş millətindən aslı olmayaraq bütün səlahiyyətlərdən rahat şəkildə yararlana bilirlər. Bu gün dövlətin müxtəlif rəhbər vəzifələrində yəhudilər çalışır bundan əlavə milli məclisin deputatlarının içindədə yəhudilər var. Bu bir qardaşlıq nümunəsidir. Qarabağ Azərbaycandır deyib Qarabağ savaşında yəhudilər savaşa qatılıb. Bu müharibədə şəhid olanların içində yəhudi millətinin oğullarıda var idi.Hətta milli qəhrəman adını alanlarda var.Bu bir ədalətdir Azərbaycan dövlətinə qarşı çünki hər kəsə məlumdur ki,tarixdən bəllidir ki, Qarabağ Azərbaycanın ayrılmaz ərazisidir. Ermənilər sadəcə orda məskunlaşıb yaşayıblar.Azərbaycan dövləti və onun prezidenti cənab İlham Əliyev Qarabağda yaşayan ermənilərə bu dövlətin qanunlarını tabe olub tam təhlükəsiz yaşamalarına Azərbaycan vətəndaşı olaraq normal yaşamalarına zəmanət verdi. Odur ki, sizi bədbəxt edən erməni separatçılarına uymayın. 30 ildən çoxdur erməni xalqını bu separatçılar pis günə qoyub. Onlar sizi deyil yalnız öz məqsədlərini düşünür.Siz separatçıların vədlərinə uymayın.Həmişə yaşadığımız kimi Azərbaycanda yəhudilər,ruslar,ermənilər və digər millətlər necə firavan yaşayıb millət ayrıseçkiliyi heş vaxt olmayıb. Siz möhtərəm prezidentimizin çağrışına əməl edib vətəndaşlığımızı qəbul edin.Əvvəlki kimi mehriban və firavan yaşayın!
İsrail dövləti Azərbaycan dövlətinin,prezidentinin daxili və xarici siyasətini bəyənir.Odur ki,onunla qardaşlıq edir.Siyasi və iqtisadi,mədəni əlaqələri dahada möhkəmlədirir.
Erməni separatçılarına uymaq lazım deyil.Qarabağ Azərbaycandır,Azərbaycan Qarabağdır!İsrail dövlətidə bu şüarla hər yerdə haqlı olaraq təbliğatını aparır.
Zalov İmza TV ALYANS-ın rəhbəri, Beynəlxalq Hüquq Eksperti,İsrail Azərbaycan Şahdağ təşkilatının Azərbaycan üzrə rəsmi nümayəndəsi İsmayıl Zalov.























































