ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
Azərbaycanlı Skautlar Koreyada keçirilən 25-ci Dünya Skaut Jamboree festivalında iştirak ediblər

Azərbaycanın da daxil olduğu 158 ölkədən 43 000 gənc skaut 25-ci Dünya Skaut Jamboree-nin açılış mərasimi Koreyanın cənub-qərb sahilindəki Saemangeumda baş tutub.
Ölkəni bürüyən qızmar isti dalğası fonunda açılış mərasimi saat 20:00-da başlayıb. Seuldan təxminən 180 km cənubda yerləşən cambori düşərgəsində rəsmi şəxslərin salamlama və açılış nitqləri, skaut orkestrinin, Koreyanın Prezidenti Yoon Suk Yeol, BMT-nin sabiq baş katibi Ban Ki Moon, sağ qalma üzrə britaniyalı ekspert, dünya skaut səfiri Bear Gryllsin çıxışları və 500 drondan istifadə edərək həyata keçirilən işıq şousu gecəni möhtəşəm etdi!
Açılış mərasiminin keçiriləcəyi yerə 52 000-ə qədər skaut toplaşıb.
Açılış mərasimində Azərbaycan Skautlar Assosiasiyasının üzvü Nəzrin Vəlizadə Cambori səhnəsində ölkəmizin şanlı bayrağını dalğalandırıb.
Xezertv.info


























































