Bu ilin 21 iyul tarixində “4-cü Sənaye İnqilabı dövründə Yeni Media” mövzusunda Şuşa Qlobal Media Forumu keçirilib. Möhtəşəm tədbirin açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin çıxışı həm parlaq və çoxmesajlı olub, həm də tədbirin səviyyəsinin yüksəkliyinə dəlalət edib. Azərbaycan rəhbərliyinin mediaforum üçün Şuşanı seçməsi həm siyasi baxımdan əhəmiyyətlidir, həm də bu, simvolik məna daşıyır. Çünki Prezidentin də dediyi kimi, Şuşa Azərbaycanın mədəniyyət paytaxtıdır, qələbəmizin, sülhün rəmzidir. “Şuşa azad olunduqdan sonra İkinci Qarabağ müharibəsi başa çatdı. Şuşa həm də bizim cəsarətimizin rəmzidir”, - İlham Əliyev çıxışında belə deyib.
Dövlət başçısı Azərbaycan və Türkiyə qardaşlığının təkcə regionda deyil, dünyada məlum bir fakt olduğunu da qeyd edib. Bu, təsadüfi sözlər deyil. Məlum olduğu kimi, son üç ildə Qarabağ münaqişəsinin tənzimlənməsi yolunda pis-yaxşı neytrallığını qorumağa çalışan Rusiya son dövrlərdə öz mənafeyindən irəli gələn məsələlərə daha çox önəm verir və çalışır ki, bu dəfə də Azərbaycanın maraqlarının ziddinə olaraq bölgədə ilişib qalmaq üçün tərəzinin gözünü ermənilərə tərəf əysin.
Belə bir situasiyada Türkiyə və Azərbaycan arasında mövcud qardaşlıq əlaqələri regional inkişaf və sabitlik baxımından çox mühüm amildir. Türkiyə, ötən vaxtlarda olduğu kimi, Azərbaycanı təkləməyə çalışanların qarşısında güclü sipərdir. Azərbaycan Prezidenti deyir ki, Türkiyə və Azərbaycan xalqları arasında olan münasibətlər uzunmüddətli dostluq və qardaşlıq əlaqələri üzərində qurulub.
Dövlət başçısının bu xüsusda dilə gətirdiyi aşağıdakı fikirlər çox önəmlidir: “Türkiyə Prezidenti Ərdoğan Qarabağ müharibəsinin ilk saatlarında verdiyi “Azərbaycan yalnız deyil!” bəyanatı, bizim üçün çox böyük bir dəstək idi. İkinci Qarabağ müharibəsi zamanı Türkiyə, onun rəhbərliyi və xalqı ilk gündən, ilk saatlardan bizimlə çiyin-çiyinə dayanmışdı. Bütün 44 gün ərzində biz həmin o mənəvi dəstəyi qardaşlarımızdan hiss etdik”.
Əlbəttə, bu müttəfiqliyin müharibədəki rolu önəmliydi, ancaq bunun Qələbədən sonrası da vardı. Dövlət başçısının sözlərinə görə, hərbi zəfərdən Azərbaycan və Türkiyə de-fakto mövcud olan münasibətlərini rəsmiləşdirdi və bu, məşhur Şuşa Bəyannaməsinin imzalanması ilə müttəfiqlik səviyyəsinə qaldırldı: “Bu, bizim xalqlarımız və ölkələrimiz üçün çox böyük sərvətdir. Bəyannamə qarşımızda yeni üfüqlər açır. Əməkdaşlığımızın geniş gündəliyinə nəzər salsaq, siyasət, enerji, ticarət, nəqliyyat, müdafiə, müdafiə sənayesi və bir çox sahədə əməkdaşlığın olduğunu görərik”.
Türkiyənin regional güc olması, dünyanın sanballı dövlətlərindən birinə çevrilməsi, beynəlxalq nüfuzunun ildən-ilə artması həm qlobal məsələlərdə və xüsusilə bizim regionda sabitləşdirici rol oynayır. Öz çıxışında bu faktoru qeyd edən dövlət başıçısı bildirib ki, Türkiyənin siyasəti regional təhlükəsizliyi və regional inkişafı təmin etməkdir və o rol həm Azərbaycanda, həm onun hüdudlarından kənarda çox yüksək qiymətləndirilir.
Prezident İlham Əliyev 28-30 il boyunca erməni işğalı altında qalan torpaqlarımızın geri alınmasından sonra ölkəmizə qarşı potensial təhlükə olmadığını deyərkən azğın düşmənin silahlı qüvvələrinin böyük hissəsinin darmadağın edildiyini, düşmənin gözünün qırıldığını, aldığı ağır məğlubiyyətdən sonra öz qınına çəkildiyini nəzərdə tutur. Geçəkdən də 10 noyabr 2020-ci ildən bəri bir çox aqressiv ermənilər dəfələrlə revanş havasına köklənsələr də, “toparlanıb qisas almağa qalxmalıyıq, müharibəni davam etdirməliyik” desələr də, erməni cəmiyyətində əvvəlki coşğun, ifrata varmış “patriotizm” əhval-ruhiyyəsi yoxdur.
Biz unutmamalıyıq ki, bu gün Ermənistan cəmiyyətinin, hətta hökumətinin tərkibində müəyyən insanlar var ki, hələ də revanşist ideyalarla yaşayır. Ona görə biz hər hansı bir ssenariyə hazır olmalıyıq. Bu məqsədlə İkinci Qarabağ müharibəsi bitən kimi müdafiə sahəsində dərin islahatlar həyata keçirməyə başlamışıq”.
Bəli, doğru olan məhz budur. Yırtıcılarla dolu vadiyə enmisənsə özünü müdafiə etməyin yolu çomağını əlində hazır, tüfəngini ayaqda tutmağın lazımdır, hər an üzərinə hücum ola bilər. Xüsusilə də düşmənin gecə-gündüz nəyəsə hazırlaşdığımı, yüz fitnə-fel içində olduğunu, məkrli və hiyləgər beyninin hər an çalışdığını görəndə ayıq-sayıq, diqqətli, hər şeyə hazır olmaq şərtdir.
“Bu gün ordumuz üç il əvvəlki ordudan daha güclüdür”, - deyə Prezident Azərbaycan xalqını xatircəm, düşmənə isə xəbərdarlıq edib.
Cavid Fərhadov – ehtiyatda olan polkovnik-leytenant, Vətən müharibəsi qazisi
Xəbər Lenti
Bugün, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
Dünən, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
Dünən, 10:11
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
Dünən, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
Dünən, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
Dünən, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
Dünən, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
29-01-2026, 18:39
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
29-01-2026, 18:22
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
29-01-2026, 15:16
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
29-01-2026, 12:50
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
29-01-2026, 11:57
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
29-01-2026, 10:43
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
28-01-2026, 16:31























































