Xəbər Lenti
Dünən, 09:38
Əhliman Əmiraslanov: "Azərbaycanda ilk ürək transplantasiyasından sonra donorların sayı artıb"
30-01-2026, 14:16
QARABAĞ MÜHARİBƏSİ VETERANLARI VƏ QAZİLƏRİ HƏBS OLUNAN POLKOVNİKƏ GÖRƏ PREZİDENT İLHAM ƏLİYEVƏ MÜRACİƏT ETDİLƏR
30-01-2026, 10:11
Dövlətə sədaqət, xalqa xidmət nümunəsi – Neftçala Rayon İcra Hakimiyyətinin Başçısı Mirhəsən Seyidov
30-01-2026, 09:00
Rusiya rəsmisi: "Ermənistanın Aİ ilə yaxınlaşması müttəfiqlik münasibətlərimizə mənfi təsir edəcək"
30-01-2026, 08:55
Şəkidə ana və oğlunu narkotiklə şərləməkdə təqsirləndirilən tanınmış iş adamı həbs olundu
30-01-2026, 08:51
Agentlik sədri: "2030-cu ilədək 14 regional DOST mərkəzinin istifadəyə verilməsi planlaşdırılır"
30-01-2026, 08:33
Nəsimi Nəbizadə ilə gündəmə gələn reabilitasiya mərkəzinin rəhbəri və iki əməkdaşı saxlanıldılar
29-01-2026, 18:39
Magistral yollarda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət: Mübariz Paşayevin rəhbərliyi ilə etibarlı inkişaf xətti
29-01-2026, 18:22
Yol infrastrukturunda peşəkarlıq, dövlətə sədaqət və sosial məsuliyyət nümunəsi: Fazil Musayevin rəhbərliyi ilə Bakı yollarında keyfiyyətli xidmət
29-01-2026, 15:16
UltraMed Tibb Mərkəzinin baş direktoru Ağahəsən Rüstəmov – peşəkarlıq, humanizm və məsuliyyətin vəhdəti
29-01-2026, 12:50
Tərtərin tərəqqi salnaməsi: Dövlətə sədaqət, xalqa xidmət yolunda - Müstəqim Məmmədov
29-01-2026, 11:57
Dövlətə sədaqətin, vətənə xidmətin parlaq nümunəsi – Vətənpərvər iş adamı Rüfət Yusifov
29-01-2026, 10:43
"Azərbaycan Mədəniyyəti – 2040" Konsepsiyasının icrası ilə bağlı tədbirlər müəyyənləşdirildi
28-01-2026, 16:31
Azərbaycanda tarixi və mədəni sərvətləri qəsdən məhv etməyə görə cəzalar sərtləşdirilib
Prezident İlham Əliyev bildirib ki, Qarabağ probleminin həlli regionda təhlükəsizlik və sülh üçün yaxşı fürsətdir.
Gündən-günə inkişaf edən ölkəmiz bir çox konfransların, forumların keçirildiyi məkana çevrilmişdir. Belə forumlardan biri də 16 iyun 2022-ci ildə baş tutmuşdur. Həmin forumda Prezident İlham Əliyev də iştirak edərək çıxışı ilə diqqət çəkmişdir.
İlk olaraq Prezident qeyd etdi ki, bu gün təhlükəsizlik məsələləri beynəlxalq arenada, beynəlxalq gündəlikdə duran əsas məsələlərdən birinə çevrilib. Avropadakı cari vəziyyət barədə açıq müzakirələrin aparılması tələb olunur. Qlobal Bakı Forumu bunun üçün mükəmməl platforma olaraq çıxış edir.
O, qeyd etmişdir ki, ölkəmizin təhlükəsizliyi ilə bağlı məsələlər üzərində çalışır və Qarabağ münaqişəsinin həlli regionda təhlükəsizlik üçün, regionda sülh üçün bir fürsətdir. Azərbaycan müharibədə qalib gəldi, müharibə ədalətli idi, müharibə labüd idi və ədalətin, beynəlxalq hüququn və Azərbaycan xalqının milli ləyaqətinin bərqərar olunması ilə nəticələndi. İndi dövlətimiz sülh haqqında düşünür. Belə uzunmüddətli qarşıdurmadan sonra ədaləti bərqərar edən və təcavüzkarı məğlub edən ölkənin qısa müddət ərzində sülh təklif etməsi dünyada nadir hallardan biridir. Biz sülhü seçdik, çünki Cənubi Qafqazda sabit, dayanıqlı inkişafı görmək istəyirik. Bu, nadir fürsətdir. Cənubi Qafqaz üç Cənubi Qafqaz ölkəsinin müstəqillik qazandığı illər ərzində, Ermənistanın işğalı səbəbindən 30 il ərzində parçalanmışdır. İndi sülh, əməkdaşlıq yaratmaq vaxtıdır və Azərbaycan bunun üzərində çalışır.
Azərbaycan üçün ən mühüm nailiyyətlərdən biri Qarabağın incisi kimi tanınan və bölgənin mədəniyyət mərkəzi olan Şuşanın azad edilməsidir. Beləliklə, Qələbədən dərhal sonra Prezident İlham Əliyev Şuşanı bütün bölgənin mədəniyyət paytaxtı elan etdi. 1992-ci il mayın 8-də Ermənistan tərəfindən “qırğın” və qanunsuz olaraq “ələ keçirilən” Şuşa artıq “mədəni müxtəlifliyin” və “sülh mübarizəsinin rəmzi” olaraq öz inkişaf yoluna davam edəcək“Prezident tərəfindən verilən tapşırıqlara əsasən hazırlanan Qarabağın İnkişaf Strategiyası, Qarabağ Dirçəliş Fondu, dövlət proqramları, İlham Əliyevin Qarabağa səfərləri və infrastrukturla bağlı başlanılan işlər artıq Qarabağın inkişafının yüksək səviyyədə təşkil olunacağına inamı daha da artırır.İnşa ediləcək yeni obyektlərin təməllərinin qoyulması, habelə Şuşanın abadlaşdırılmasının sürətlə davam etdirilməsi artıq 30 ildir ki, didərgin düşmüş sakinlərin doğma şəhərinə tezliklə qayıtmasını təmin edəcək, eyni zamanda, Şuşanın ölkəmizin mədəniyyət paytaxtı, həmçinin UNESCO-nun Təcili Qorunmaya Ehtiyacı olan Maddi-Mədəni İrsin İlkin siyahısına daxil edilmiş tarixi-memarlıq qoruğuna sahib olaraq burada daha böyük qlobal tədbirlərin keçirilməsinə şərait yaradacaqdır.Xüsusi qeyd edilməlidir ki, Azərbaycanda keçirilən mədəniyyətlərarası dünya forumları, UNESCO ilə mədəni əməkdaşlıq, beynəlxalq konvensiyaların ölkəmizdə icrası, milli mədəniyyətimizin dünyaya tanıdılmasında göstərilən səylər əsrlərdən bəri dünyanın mədəni irsinə öz miraslarını vermiş Azərbaycan xalqının bu gün də mədəni diplomatiyaya verdiyi dəyərin göstəricisidir. Doğma Qarabağımızda, Şuşada bu irsin qorunub saxlanılması tək Azərbaycanın deyil, UNESCO və üzv dövlətlərin də öhdəliyidir. Azərbaycan, həmçinin BMT-nin qəbul olunmuş məlum dörd qətnaməsini təkbaşına icra edərək regionda sülhü və əməkdaşlıq imkanlarını bərpa etmişdir. Bununla yanaşı, əfsuslar olsun ki, Cənab Prezidentin də söylədiyi kimi, “Biz UNESCO-nu, demək olar ki, 30 ilə yaxındır gözləyirik”.Bölgədəki son hadisələr Azərbaycanın qalib olduğunu və artıq regionda yeni reallıqların mövcud olduğunu açıq-aşkar göstərir. Ermənistan indi Azərbaycanın hüquqi və qanuni iddialarını əks etdirən yeni reallıqları yerində qəbul etməli olacaq. Beləliklə, sülhü və təhlükəsizliyi qorumağın yeganə yolu region dövlətlərinin qarşılıqlı əməkdaşlığının daha da güclənməsindən keçir.
IX Qlobal Bakı Forumunda onlayn forum iştirakçıları ilə yanaşı, 300-ə yaxın şəxs əyani şəkildə iştirak edib.
Panellər formasında təşkil olunan tədbir çərçivəsində bir sıra vacib əhəmiyyət kəsb edən məsələlərlə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, Qlobal Bakı Forumu — Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən ənənəvi Forumdur. 2013-2022-ci illər aralığında sayca 8 forum baş tutub. Sonuncu, VIII Qlobal Bakı Forumu 4-6 noyabr 2021-ci il tarixlərində keçirilib.























































