Xeyriyyəçi, Vətənpərvər xanım Zərniyar Kərimova: “Mehriban Əliyeva – mələk simalı qadın”
Mehriban Əliyeva – Azərbaycan mədəniyyətinin və teatr sənətinin inkişafına böyük töhfə verən şəxsiyyət
O, hər kəsin Mehribanıdır – hər evdə mərhəmətə, ümidə və xeyirxahlığa açılan bir pəncərə var onun simasında...
Mehriban xanım Əliyeva – Azərbaycan səhiyyəsinin inkişafına töhfə verən xeyirxah şəxsiyyət
Hacı İldırım Allahyarov – Masallının "İstisu" sanatoriyasının inkişafına töhfə verən iş adamı
Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun nazirlər görüşü çərçivəsində tədbir keçirilir
Bakı Konqres Mərkəzində Qoşulmama Hərəkatının Əlaqələndirmə Bürosunun Nazirlər görüşü çərçivəsində “Kolonializmin tamamilə aradan qaldırılmasına doğru” mövzusuna həsr olunmuş tədbir keçirilir.
Oxu.Az xəbər verir ki, toplantı Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) təşkilatçılığı ilə baş tutur.
Tədbirdə BMTM-nin İdarə Heyətinin sədri Fərid Şəfiyev, Yeni Kaledoniya parlamentinin sədri Rok Vamitan, Fransız Polineziyası Assambleyasının prezidenti Antoni Geros, Fransa Milli Assambleyasının deputatı Jan-Viktor Kastor və digər şəxslər iştirak edirlər.
Tədbir iştirakçıları Fransanın müasir müstəmləkəçilik siyasətinin aradan qaldırılması yolları, Afrika qitəsində və dünyanın müxtəlif regionlarında de-fakto mövcud olan köləliyin kökünün kəsilməsi üçün zəruri addımların atılması istiqamətində fikir mübadiləsi aparacaqlar.
Tədbirin sonunda yekun bəyannamə qəbul olunacaq.
Daha çox foto burada: PhotoStock.az























































