Menu
Xəbər Lenti
COP-29
20-11-2024, 16:08

COP-29

Annalena Berbok Bakıya gəlir
20-11-2024, 08:59

Annalena Berbok Bakıya gəlir

COP-29
19-11-2024, 08:04

COP-29

28 Mrt 13:29Manşet / Hadisə / Cəmiyyət

XX əsrin faciəsi- 31 mart soyqırımı

XX əsrin  faciəsi- 31 mart  soyqırımı

1918-ci il mart soyqırımları öz amansızlığına və miqyasına görə təkcə Azərbaycan tarixində deyil, eyni zamanda bəşər tarixində ən qanlı faciələrdən biridir. 1918-ci il mart-aprel aylarında Bakı Sovetinin mandatı altında fəaliyyət göstərən daşnak-bolşevik silahlı dəstələri tərəfindən xüsusi qəddarlıqla törədilmiş bu qanlı olaydan yüz ildən artıq vaxt keçməsinə baxmayaraq bu gün də dərin hüznlə yad edilir.
Azərbaycan xalqına qarşı törədilmiş bütün soyqırımı faciələrini qeyd etmək məqsədi ilə 1998-ci il martın 26-da Ulu öndər Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında” Fərman imzalamışdır. Sözügedən Fərmanla martın 31-i “Azərbaycanlıların Soyqırımı Günü” elan edilmişdir.
Bu qanlı olay nəticəsində Bakı şəhərində habelə Bakı quberniyasına daxil olan digər şəhər və qəzalarda on minlərlə dinc sakin etnik və dini mənsubiyyətinə görə qətlə yetirilmiş, işgəncələrə məruz qalmış, onlara qəsddən fiziki qüsurlar yetirilmişdir. Erməni cəlladları uşaq, qoca, qadın demədən dinc əhalini kütləvi sürətdə qətlə yetirmiş, azərbaycanlılarla yanaşı, minlərlə ləzgi, yəhudi, rus, avar və talış millətinə mənsub insanları qılıncdan, süngüdən keçirirərək diri-diri yandırmış, milli memarlıq incilərini, məktəbləri, xəstəxanaları, məscid və mədəni abidələri dağıtmışlar. Azərbaycanlıların soyqırımı təkcə Bakıda deyil, Şamaxı, Quba qəzalarında, Qarabağda, Zəngəzurda, Naxçıvanda, Lənkəranda, Gəncədə və digər bölgələrdə xüsusi qəddarlıqla həyata keçirilmişdir. Dinc azərbaycanlıların qırğınında Bakı Sovetinin 6 min silahlı əsgəri, eyni zamanda “Daşnaksutyun” partiyasının 4 min silahlı dəstəsi iştirak etmişdir. Üç gün davam edən qırğın zamanı erməni silahlıları bolşeviklərin köməyi ilə azərbaycanlıların yaşadıqları məhəllələrə qəflətən basqınlar etmiş, uşaqdan böyüyədək hər kəs amansızlıqla qətlə yetirilmişdir. Təkcə Bakıda 12 mindən çox insanlar faciənin qurbanı olmuş, eləcə də Qarabağ, Naxçıvan, Şamaxı, Quba, Xaçmaz, Lənkəran, Salyan, Zəngəzur və digər ərazilərdə Bakı Soveti qoşunları və daşnak erməni silahlı dəstələri 30 mindən çox azərbaycanlı qətlə yetirmiş, on minlərlə insanı öz torpaqlarından qovmuşlar.
Şamaxıda baş vermiş hadisələrlə əlaqədar ilkin məlumat mənbələrinin böyük hissəsi Sovet dövründə bu ağır cinayəti ört-basdır etmək üçün məhv olunduğuna görə erməni cinayətlərinin tam mənzərəsi bu günə qədər formalaşmayıb. Ekspertlərin rəyinə əsasən Şamaxıda ermənilər tərəfindən 7 min nəfərin, o cümlədən 1653 qadın və 965 uşağın öldürüldüyü bildirilir.
Ötən illər ərzində aparılmış araşdırmalar nəticəsində bir çox yeni faktlar və sənədlər toplanmış, habelə Quba şəhərində kütləvi məzarlıq aşkarlanmışdır. Quba qırğınları zamanı Quba qəzasının 122 kəndi tamamilə dağıdılmış, 2750-dən çox ev tamamilə yandırılmış, soyqırım nəticəsində şəhərdə öldürülənlərin təxmini sayının 2900-dək, Quba qəzası üzrə ümumilikdə isə 4 min nəfərdən artıq olduğu qeyd olunur. Üzə çıxmış tarixi faktlar 1918-ci ilin mart-aprel aylarında və sonrakı dövrlərdə erməni millətçilərinin həyata keçirdikləri qanlı aksiyaların coğrafiyasının daha geniş və faciə qurbanlarının sayının qat-qat çox olduğunu sübuta yetirir.
2007-ci ilin aprelində Quba stadionunun təmiri ilə əlaqədar aparılan qazıntı işləri nəticəsində kütləvi məzarlıq aşkarlandı. Məzarlıqdan tapılan insanların cəsədləri üzərində tibbi ekspertiza, antropoloji araşdırmalar aparılması nəticəsində bu adamların 1918-ci ildə ermənilərin Qubada törətdiyi soyqırımı qurbanları olduğu sübuta yetirildi. Bu həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması, Azərbaycan xalqının gələcək nəsillərinin milli yaddaşının qorunması və soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi məqsədi ilə prezident İlham Əliyev 30 dekabr 2009-cu il tarixli Sərəncamı ilə Quba şəhərində “Soyqırımı memorial kompleksi”nin yaradılmasına qərar vermişdir.
Erməni-bolşevik dəstələrinin azərbaycanlılara qarşı törətdikləri bəşəri cinayətlər barədə həqiqətlərin ölkə və dünya ictimaiyyətinə daha dolğun çatdırılması məqsədi ilə prezident İlham Əliyev 2018-ci il yanvarın 18-də “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalamışdır.
Möhtərəm prezidentimiz cənab İlham Əliyev 31 mart Azərbaycanlıların Soyqırımı Günü münasibəti ilə xalqımıza müraciətində demişdir: “Xalqımızın vətənpərvərliyi, birliyi və həmrəyliyi, Azərbaycan rəhbərliyinin siyasi iradəsi sayəsində qarşımıza qoyduğumuz bütün məqsədlərə, o cümlədən ərazi bütövlüyümüzün və süverenliyimizin bərpasına, soyqırımı həyata keçirənlərin, insanlar və xalqlar arasında nifaq və düşmənçilik salanların ifşasına nail olacaq. Cəsarətlə deyə bilərik ki, indi zaman Azərbaycan xalqının xeyrinə işləyir. Belə olan şəraitdə heç kim və heç nə əlləri yüz minlərlə günahsız insanların qanına bulaşan erməni vandallarını xilas edə bilməyəcəkdir. Vaxt gələcək erməni faşizmi çirkin əməllərinin layiqli cavablarını alacaqlar”.
Bəli artıq Azərbaycan tarixi ədaləti özü bərpa edərək düşmən üzərində qələbə qazanmışdır. 44 günlük Vətən müharibəsindəki Zəfərimiz sayəsində əzəli torpaqlarımızı işğaldan azad etməklə Azərbaycan eyni zamanda beynəlxalq müstəvidə yerini və rolunu möhkəmləndirdi. Qəhrəman ordumuz düşməni darmadağın edərək bütün şəhidlərimizin, 31 mart soyqırımı qurbanlarının qisasını aldı.