Xəbər Lenti
Dünən, 16:39
18 Oktyabr – Müstəqilliyin Bərpası Günü: Azərbaycan xalqının azadlıq iradəsi, milli qüruru və dövlətçilik salnaməsi
Dünən, 11:08
“Qarabağ”-“Neftçi” oyunu ilə bağlı insidentə cəhd edən 19 azarkeş saxlanılıb - Yenilənib
17-10-2026, 20:27
Taleh Məmmədov: 18 Oktyabr – Azadlıqdan qüdrətə, müstəqillikdən böyük gələcəyə doğru
17-10-2026, 20:04
Vətən müharibəsi iştirakçısı Rəsul Həsənov: Müstəqillik Azərbaycanın Ən Böyük Sərvətidir: 18 Oktyabrın Tarixi və Mənəvi Əhəmiyyəti
17-10-2026, 19:16
İqrar Həsənov: 18 Oktyabr – Azərbaycan dövlətçiliyinin yenidən doğuluşu və azadlıq salnaməmizin şanlı səhifəsi
17-10-2026, 19:03
Xeyriyyəçi sahibkar xanım Zərniyar Kərimova: 18 Oktyabr – Müstəqil Azərbaycanın tarixi qələbələrinin və milli iradəsinin simvolu
17-10-2026, 18:05
Lənkəran ŞİH-nin başçısı Taleh Qaraşov: 18 Oktyabr – Azərbaycan xalqının azadlıq iradəsinin və dövlətçilik əzminin tarixi təntənəsi
17-10-2026, 18:01
Qax RİH-nin başçısı Elvin Paşayev: 18 Oktyabr – Müstəqilliyimizin bərpası, milli qürurumuzun və dövlətçilik iradəmizin təntənəsi
17-10-2026, 10:49
Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
16-10-2026, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
16-10-2026, 17:00
Gülnara Həmidova unudulmaz dostu Şahin Babayevi doğum günündə məzarı başında yad etdi
16-10-2026, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Balakəndə şəhid Yusif Təmirovun xatirəsi anılıb



Vətən müharibəsi şəhidi Yusif Təmirovun şəhadətə yüksəlməsindən iki il keçir. Bununla əlaqədar şəhidin doğulub boya-başa çatdığı Balakən rayonunun Katex kəndində anım mərasimi keçirilib.
Anım tədbirində Balakən Rayon İcra Hakimiyyətinin başçısı İslam Rzayev, idarə, müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, din xadimləri, ağsaqqallar, kənd sakinləri iştirak ediblər.
Tədbir iştirakçıları şəhidin məzarını ziyarət edib, xatirəsinə ehtiramlarını bildiriblər. Canlarını Azərbaycanın ərazi bütövlüyü uğrunda qurban vermiş qəhrəman Vətən oğullarının əziz xatirəsinə dualar oxunub.
Tədbirdə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi uğrunda gedən 44 günlük müharibədə xalqımızın bir yumruq kimi həmrəylik, əzm və iradə nümayiş etdirdiyi, əsgərlərimizin, zabitlərimizin qəhrəmanlıq salnaməsi yazaraq, düşmən üzərində parlaq Qələbə qazandığı bildirilib. Qələbənin şəhidlərimizin qanı bahasına qazanıldığı, bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsinin xalqımızın qəlbində hər zaman yaşayacağı vurğulanıb. Bildirilib ki, şəhidlərimizin xatirəsini yad etmək, onların ailələrinə hörmətlə yanaşmaq hər birimizin vətəndaşlıq borcudur.
Anım mərasimində şəhid Yusif Təmirovun keçdiyi döyüş yolundan və qəhrəmanlığından danışılıb. Qeyd olunub ki, Yusif Təmirov 1995-ci il sentyabrın 28-də Balakən rayonunun Katex kəndində anadan olub. 2013-2015-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin “N” saylı hərbi hissəsində həqiqi hərbi xidmətdə olub. 2020-ci il sentyabrın 27-də işğal altında olan torpaqlarımızın azad edilməsi uğrunda başlanan Vətən müharibəsində könüllü olaraq cəbhəyə yollanıb. Ağdərə və Suqovuşan istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Yusif Təmirov oktyabrın 5-də qəhrəmancasına şəhid olub. Katex kəndində dəfn edilib.
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə Yusif Təmirov ölümündən sonra 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Vətən uğrunda”, “Suqovuşanın azad olunmasına görə” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıya görə dövlətimizin başçısına minnətdarlığını bildiriblər.





















































