Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

27 Mrt 17:47Manşet / İdman

Sahil Babayev Avropa çempionatında uğurla çıxış etmiş boksçularımızla ilə görüşüb

Sahil Babayev Avropa çempionatında uğurla çıxış etmiş boksçularımızla ilə görüşüb

Azərbaycan Boks Federasiyasının (ABF) prezidenti Sahil Babayev Xorvatiyanın Poreç şəhərində keçirilən 22 yaşadək boksçular arasında Avropa çempionatında uğurla çıxış etmiş milli komanda ilə görüşüb.

Federasiyanın mətbuat xidmətindən bildiriblər ki, görüşdə S.Babayev Avropa çempionu Nicat Hüseynov (51 kq), qitə birinciliyinin gümüş medalçısı Ruslan Qədirov (54 kq), bürünc mükafatçılar Cəlal Qurbanov (63,5 kq) və Nəbi İsgəndərovu (67 kq) nailiyyətləri münasibəti ilə təbrik edərək onlara uğurlar arzulayıb.

Sahil Babayev bildirib ki, 1 qızıl, 1 gümüş və 2 bürünc medal qazanaraq 10 ildən sonra Azərbaycan rekordunu təkrarlamaq və Avropa çempionatında təmsil olunduğumuz 7 çəki dərəcəsində 4 medal qazanmaq yüksək nəticədir. ABF prezidenti vurğulayıb ki, yığmamız U-22-lərin yarışında standart müəyyənləşdirib. Növbəti yarışlarda da komanda üzvlərinin ən azı yarısının medalla Vətənə dönməsi üçün gözəl ənənənin təməli qoyulub.

Federasiya prezidenti görüləcək bütün tədbirlərin ana xəttində məhz 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunlarının dayandığını bildirib. O, Olimpiadada da boksçularımızın qızıl medal qazanmaqla idman tariximizdə yeni səhifə açacağına inam ifadə edib. S.Babayev, həmçinin Poreçdə çıxış etmiş idmançıların fiziki və mənəvi-psixoloji hazırlıq səviyyəsi ilə maraqlanıb.

Federasiyanın idarə heyətinin üzvü, Xorvatiyadakı Avropa çempionatına rəhbərlik edən Rövşən Hüseynov boksa göstərilən dövlət qayğısı sayəsində gələcəyin komandasının formalaşdığını və bu boksçuların bir neçə il ölkəmizi beynəlxalq arenada layiqli təmsil edəcəklərini bildirib. Yığmanın böyük məşqçisi Nəriman Abdullayev isə daha uğurlu çıxış üçün məşqlərdə intensivliyi artırıb, səhvləri aradan qaldırmağa çalışacaqlarını deyib.

Avropa çempionu Nicat Hüseynov bu titulla kifayətlənməyəcəyini və növbəti yarışlarda da məqsədinin ancaq Azərbaycan himnini səsləndirmək olacağını söyləyib. Digər mükafatçılar və boksçular da əsas hədəflərinin Avropa, dünya çempionatları və Olimpiadada inamlı çıxış olduğunu qeyd ediblər.

Görüşdə iştirak edən ABF-nin idarə heyətinin üzvləri və baş katibi komandamızın Avropa çempionatındakı çıxışını uğurlu hesab ediblər. Federasiya prezidenti onlara növbəti təlim-məşq toplanışları və yarışlara hazırlıqla bağlı tapşırıqlarını verib.