“Avtopilot” MMC-nin rəhbəri İqrar Həsənov: 27 Sentyabr – Yarımçıq qalan arzuların əbədi Vətən hekayəsi
Qusar Rayon Yol İdarəsinin rəisi Güloğlan Əliyev: 27 Sentyabr – Zəfərə aparan yolun müqəddəs yaddaşı
Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi Teymur Hacıyev: 27 Sentyabr – Əbədi yaddaşa çevrilən qəhrəmanlıq
Gəncə şəhər İcra hakimiyyətinin başçısı Niyazi Bayramov: 27 Sentyabr – Bir xalqın qürur və ehtiram günü
Vətənpərvər xanım, xeyriyyəçi Zərniyar Kərimova: 27 Sentyabr – Qəlblərdə yaşayan müqəddəs yaddaş
“Gəncə Körpü Tikinti-2” ASC-nin rəhbəri Aqibət Məmmədov: “27 Sentyabr – Yaddaşdan tarixə, tarixdən gələcəyə”
İş adamı Qəzənfər Niftəliyev: 27 Sentyabr – Xalqın yaddaşında əbədi yaşayan qəhrəmanlıq günü
27 Sentyabr – Milli iradənin, xalq birliyinin və qəhrəmanlığın tarixə həkk olunduğu gün
Məcid Məmmədov: 44 günlük vətən müharibəsi milli birliyimizin gücünü bütün dünyaya nümayiş etdirdi
DÖVLƏTƏ VƏ DÖVLƏTÇİLİYƏ SADİQ OLAN ŞƏXSİYYƏT – HACIBALA ABUTALIBOV
Uzun illər dövlət idarəçiliyi sahəsində müxtəlif məsul vəzifələrdə çalışmış, Bakı Şəhər İcra Hakimiyyətinə rəhbərlik etdiyi dövr ərzində respublikanın ictimai-siyasi həyatına, sosial-iqtisadi inkişafına mühüm töhfələr vermiş Hacıbala Abutalıbovdan söhbət açacağıq. Görkəmli dövlət xadimi Hacıbala Abutalıbov səmərəli fəaliyyəti, paytaxtımızın abadlaşmasında və inkişafındakı böyük xidmətləri daim hörmətlə xatırlanır.
Yüksək idarəçilik qabiliyyətinə malik olan, bacarıqlı mütəxəssis kimi tanınan Hacıbala Abutalıbov xalqın xilaskarı, Ulu Öndər Heydər Əliyevə daima sadiq olmuşdur. Hal-hazırda da Ulu Öndər Heydər Əliyev siyasi kursunun layiqli davamçısı Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının apardığı daxili və xarici siyasətini sadiq dövlət xadimi kimi dəstəkləyir.
Ümumiyyətlə, Hacıbala müəllim hansı vəzifədə olmasından asılı olmayaraq, verilən tapşırıqları layiqincə yerinə yetirmiş, göstərilən etimadı doğrultmağa çalışmışdır. Hacıbala Abutalıbovun işgüzarlığını, təşkilatçılıq bacarığını və prinsipiallığını yüksək qiymətləndirmiş, Bakı şəhərinin gözəlləşməsinin sürətləndirilməsində Hacıbala müəllimin əməyini xüsusi olaraq qeyd etmək lazımdı.
Ulu Öndər Heydər Əliyev tərəfindən dəfələrlə Fəxri Fərmanlara, fəxri adlara layiq görülmüşdür.
Görkəmli dövlət xadimi Hacıbala Abutalıbovun fəaliyyətinin böyük bir dövrü isə ölkəmizdə tikinti sektorunun inkişafı ilə bağlı olmuşdur.
Fəaliyyət göstərdiyi uzun illər ərzində Hacıbala Abutalıbovbir sıra struktur dəyişikliklərin həyata keçirilməsinə, texnoloji proseslərin yaxşılaşdırılmasına və modernləşdirilməsinə, müəssisələrin müasir avadanlıqlarla təmin olunmasına, əməyin düzgün təşkilinə və ixtisaslı kadrların hazırlanmasına nail olmuşdur.
Hacıbala müəllim özünə və başqalarına yüksək tələbkarlığı, insanlara həssas, qayğıkeş münasibəti ilə seçilən kadrlardandı. O, yüksək intellektual keyfiyyəti, təşkilatçılıq qabiliyyəti, işgüzarlığı, təşəbbüskarlığı ilə hamının hörmətini qazanmışdı. Hacıbala Abutalıbov həm də əsl vətənpərvərdi. Uzun müddət yüksək vəzifələrdə çalışmış Hacıbala Abutalıbov Azərbaycan dilinin geniş tətbiq edilməsinə, dövlət müəssisələrində kargüzarlığın ana dilində aparılmasına xüsusi önəm verirdi.
Tanınmış dövlət xadimi, vətənpərvər insan, Azərbaycanın sosial-iqtisadi inkişafında xidmətləri olmuş Hacıbala Abutalıbovun səmərəli fəaliyyəti, Azərbaycanın çiçəklənməsinin inkişafındakı xidmətləri bu gün də xatırlanır və göz qabağındadır. Təsadüfi deyildir ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Hacıbala Abutalıbovun uzun illər müxtəlif vəzifələrdə səmərəli xidmətlərini, Bakı Şəhər İcra Hakimiyyəti başçısı kimi təqdirəlayiq fəaliyyətini nəzərə alaraq ona hörmət və ehtiram bəsləyir.
Hacıbala müəllimə - görkəmli dövlət xadiminə göstərilən ehtiram, onun əməyinə verilən yüksək qiymətdir.
Vüqar Əsədov
Araşdırmaçı jurnalist























































