Məcid Məmmədov: “Qarabağ Zəfəri Azərbaycan xalqının sarsılmaz iradəsinin və milli birliyinin təntənəsidir”
Dr. Aslan Məmmədov: ZƏFƏR GÜNÜ – AZƏRBAYCANIN DÜNYAYA GÜCÜNÜ VƏ QƏTİYYƏTİNİ SÜBUT ETDİYİ TARİX!
İş adamı Tofiq İsayev: 8 NOYABR – AZƏRBAYCANIN GƏLƏCƏYƏ QALİB XALQ KİMİ ADDIMLADIĞI TARİXİ GÜN!
Elvin Həsənzadə: BU TORPAQLARIN HƏR QARIŞINDA BİR QƏHRƏMANLIQ HEKAYƏSİ VAR – 8 NOYABR ZƏFƏR GÜNÜ!
Dövlət Su Ehtiyatları Agentliyində maaş kartları ilə bağlı şok iddialar: İdarə rəislərinə ikinci kartla 5 min manatdan artıq pul ödənilir?
Vətəndaşlarla növbəti səyyar qəbul Gideyli kəndində keçirildi
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin vətəndaş məmnunluğunun təmin edilməsi, dövlət-vətəndaş münasibətlərinin daha da möhkəmləndirilməsi ilə bağlı tapşırıq və tövsiyələrinə uyğun olaraq İsmayıllı rayonunun kənd və qəsəbələrində səyyar qəbullar ardıcıl şəkildə davam etdirilir.
Növbəti səyyar qəbul Gideyli kəndində təşkil olunub. Qəbul zamanı kənd sakinlərinin müraciət, təklif və onları narahat edən məsələlər dinlənilib, qaldırılan problemlərin operativ həlli istiqamətində aidiyyəti qurumlara müvafiq tapşırıqlar verilib. Əlavə araşdırma tələb edən müraciətlər isə nəzarətə götürülərək icrası təmin olunması üçün qeydiyyata alınıb.
Səyyar qəbullar vətəndaşlarla birbaşa ünsiyyətin gücləndirilməsi, onların müraciətlərinin yerində araşdırılması və mövcud problemlərin çevik həlli baxımından mühüm əhəmiyyət kəsb edir. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin həlli istiqamətində zəruri tədbirlər ardıcıl şəkildə həyata keçirilir.






















































