Xəbər Lenti
Dünən, 20:22
ATİLLA TRANS SERVICES A MMC-NİN FƏALİYYƏTİ: 20 NƏQLİYYAT VƏ VERGİ ÖHDƏLİKLƏRİ İLƏ BAĞLI SUALLAR CAVAB GÖZLƏYİR
Dünən, 11:48
AVROPA ZİRVƏSİNDƏ AZƏRBAYCANIN QÜRURU — FUAD HƏSƏNOVDAN ÜÇ MEDAL, DÖVLƏT QAYĞISININ VƏ GƏNCLİYİMİZİN ZƏFƏR TƏNTƏNƏSİ!
Dünən, 09:12
Turqut Hüseynovun rəhbərlik etdiyi “TOURGOOD TRAVEL” Azərbaycan turizmində liderliyini qoruyur
15-10-2026, 18:13
“AI Career Navigator” proqramı 200-dən çox gənci süni intellektin karyerada rolu ilə tanış edib.
14-10-2026, 14:21
Cəbrayılın aqrar dirçəlişi: Şahin Şirinovun rəhbərlik etdiyi sahənin inkişaf perspektivləri
DYP məzunlara və valideynlərə "Son zəng"lə bağlı xəbərdarlıq edib
Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsi orta məktəblərdə keçiriləcək “Son zəng” tədbirləri ilə bağlı valideynlərə xəbərdarlıq edib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli sorğusuya cavab olaraq bildirib ki, hər il olduğu kimi, bu il də Təhsil Nazirliyi tərəfindən məzunların hansı qaydada "Son zəng" tədbirinin keçirilməsi ilə bağlı ictimaiyyətə məlumat verilib:
"Yol polisi olaraq qeyd etmək istəyirik ki, ötən illərdə də müxtəlif formalarda xoşagəlməz hadisələr baş verib. Belə ki, həmin gün valideynlər övladlarına avtomobillərini həvalə edirlər, bu da sonda bədbəxt hadisənin yaranmasına səbəb olur. Bir daha valideynlərə xəbərdarlıq edirik ki, avtomobilləri idarəetmə hüququ olmayan şəxslərə verməsinlər. Bu, həm inzibati xətadır, həm də ictimai asayiş pozulur".
"Bildirmək istəyirik ki, "Son zəng" tədbirləri ilə əlaqədər olaraq bütün təhsil müəssisələrinin ətrafında gücləndirilmiş qaydada xidməti fəaliyyət davam etdiriləcək. Bir daha valideynlərdən və məzunlardan xahiş edirik ki, bu cür qanunsuz əməllərə yol verməsinlər. "Son zəng" tədbirini son mənzilə çevirməyin", - DYP rəsmisi vurğulayıb.























































