Xəbər Lenti
2-07-2026, 20:36
Bakı şəhəri, Yasamal rayonu A.M.Şərifzadə küçəsi ilə X.Mustafayev küçəsinin kəsişməsində qanunsuz tikintini kim himayə edir.
2-07-2026, 14:10
Qanunun keşiyində şərəflə dayanan rəhbər – Mehdiabad Polis Bölməsinin rəisi Ceyhun Qasımov
2-07-2026, 12:19
“Bölgədə Azərbaycan vektorlu yeni reallıqların formalaşması bunun əyani nümunəsidir”
1-07-2026, 23:37
Xeyriyyəçi, vətənpərvər xanım Zərniyar Kərimova: "Azərbaycan Polisi dövlətimizin və xalqımızın etibarlı dayağıdır"
1-07-2026, 22:03
Hikmət Hacıyevə açıq müraciət: 31 il dövlətə, Qarabağa və həqiqətlərə xidmət edən qələmin kölgədə qalan haqqı...
1-07-2026, 13:31
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
1-07-2026, 13:25
Abşeronda "Uşaq və gənclərin internetdən düzgün istifadəsində milli və mənəvi təbliğatın rolu" mövzusunda tədbir keçirilib
08 Aprel 2022 16:56Manşet / İqtisadiyyat
Yeni badam bağları Oğuzda məşğulluğa töhfə verəcək
Azərbaycan Respublikası Prezidenti Cənab İlham Əliyevin qeyri-neft sektorunun inkişafının təmin olunması istiqamətində həyata keçirdiyi iqtisadi islahatlar aqrar sektorun inkişafına xüsusi stimul verib.
“Fortis Agro” MMC-nin yaranma məqsədi də dövlətin bu istiqamətdəki siyasətini dəstəkləyərək milli iqtisadiyyata töhfə verməkdir.
“Fortis Agro” MMC tərəfindən 2021-ci ilin dekabr ayında Oğuz rayonu ərazisində 120 hektarlıq ərazidə 80 000 ədəd tingdən ibarət müasir badam bağları salınıb.
İntensiv əkin formasında (5x3 metr) salınmış bağlarda “Ferragnes”, “Ferraduel”, “Avijor Lauren” kimi məhsuldar fransız badam sortları əkilib.
Badam bağlarının suvarılması üçün məsafədən idarəetməli, tam avtomatlaşdırılımış, ən müasir damcılı suvarma sistemlərindən – İsrailin “NETAFİM” şirkətinin istehsalı olan suvarma sistemlərindən istifadə olunur.
2025-ci ildə ilk məhsulunu verəcək olan bu təsərrüfata qulluq üçün İtaliya və İspaniya istehsallı ən müasir kənd təsərrüfatı texnikalarından, “Haifa”, “Basf”, “Bayer” kimi tanınmış firmaların istehsalı olan gübrələrdən istifadə olunur. Ölkənin badama olan tələbatını ödəməklə yanaşı ixrac potensialına da malik badam bağları xüsusi kamera sistemi vasitəsilə 24 saat müşahidə altındadır.
Bu layihə Oğuz rayonunda məşğulluğun təmini istiqamətində də önəmli addımdır. Belə ki, sahibkar Elşad Bayramovun bildirdiyinə görə “Fortis Agro” MMC-nin bu layihəsi çərçivəsində ilkin olaraq 20 nəfər daimi, 150-200 nəfər isə mövsümi işlə təmin olunacaqdır.
Gələcəkdə, badam bağı təsərrüfatının məhsul verməsi və genişlənməsi sayəsində bu rəqəmlərin bir-neçə dəfə artması gözlənilir.
Qeyd edək ki, şirkətin fəaliyyəti təkcə badam bağlarının salınması ilə məhdudlaşmır. “Fortis Agro” MMC eyni zamanda Oğuz rayonunda 220 hektarlıq bir ərazidə dənli bitkilərin becərilməsini də həyata keçirir.























































