Xəbər Lenti
7-09-2026, 22:55
Cavid Abdullayev: İlin sonunadək bir neçə bərpaolunan enerji stansiyası istismara veriləcək - AÇIQLAMA VİDEO
6-09-2026, 11:04
Sirab kənd məktəbində qanunsuzluq iddiaları: müəllimlərdən aylıq pul alındığı bildirilir
5-09-2026, 21:24
Naxçıvanda muzeyin fəaliyyəti ilə bağlı ciddi iddialar səsləndirilir – 300 illik eksponat məsələsi araşdırılmalıdır
5-09-2026, 20:45
Tahir Budaqovla yeni inkişaf modelinə qədəm qoyan Nəsimi rayonu- görülən işlər, atılan addımlar...
5-09-2026, 18:11
Elxan Rza: “Dövrün Kefli İsgəndərini tapmaq, ona yeni nəfəs vermək mənim üçün çox maraqlı çağırış olardı”
5-09-2026, 13:23
Səlim Müslümovun bu evi yarı qiymətə satışa çıxarıldı selim-muslumovun-bu-evi-yari-qiymete-satisa-cixarildi
Yeni Yasamal sakinləri ilə görüş keçirildi


Prezident İlham Əliyevin dövlət qurumları rəhbərlərinin yerlərdə əhali ilə görüşlərinin keçirilməsinə dair tapşırığına uyğun olaraq Yasamal rayonunda sakinlərlə növbəti görüş keçirilib.
Sakinlərin problemlərinin öyrənilməsi və aradan qaldırılması məqsədilə təşkil olunan görüşdə Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov və Milli Məclisin deputatı Səbinə Xasayeva birgə iştirak ediblər. Qəbul rayonun Yeni Yasamal yaşayış massivindəki 308 saylı tam orta məktəbin akt zalında baş tutdu. Görüşdə Yasamal rayonunun sakinləri, rayon icra hakimiyyəti başçısı aparatının məsul əməkdaşları, Yasamal bələdiyyəsinin və xidmət sahələrinin nümayəndələri iştirak ediblər.
Görüşdə Yasamal rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov Yasamal sakinlərinin qayğıları ilə maraqlandı və onları öz müraciət, təklif və şikayətlərini açıq formada bildirməyə dəvət etdi.
Söz alan vətəndaşlar məşğulluq, mənzillərdə istilik sistemlərinin fəaliyyəti, yığılmış kommunal borcların ödənişi, su boru xəttlərinin istismar müddəti, yol infrastrukturunun vəziyyəti, agacların budanması,həyətlərin abadlaşdırılması,yaşayış evlərinin altındakı qrunt suların aradan qaldırılması və bir sıra sosial məsələlərlə bağlı öz təklif, şikayət və fikirlərini bildirdilər. Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov sakinlərin suallarına ətraflı cavablar verdi.Öz növbəsində millət vəkili Səbinə Xasayeva vətəndaşların maddi rifah halının yüksəldilməsi üçün Milli Məclis tərəfindən görülən qanunverici təşəbbüslər barədə danışdı.Qəbulda sakinləri narahat edən problemlər dinlənildi, səsləndirdikləri məsələlər məsul şəxslərin iştirakı ilə araşdırılaraq həlli ilə bağlı başçı tərəfindən müvafiq tapşırıqlar verilib.























































