Xəbər Lenti
19-03-2023, 10:29
“Odlar yurdu, cazibədar, heyrətamiz gözəlliyə malik ölkə” - “The Travel” Azərbaycandan yazıb
19-03-2023, 10:24
İcma: “Qərbi Azərbaycan mövzusu Ermənistanın etnik təmizləmə siyasəti nəticəsində gündəliyə gəlib”
18-03-2023, 12:25
Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar növbəti ağacəkmə tədbiri keçirilib
18-03-2023, 12:24
Prezident: “Xalqımıza qarşı törədilmiş soyqırımı, ədalətsizlik və hərbi cinayətləri heç vaxt unutmayacağıq”
18-03-2023, 12:19
Ermənistan ATƏT-də İrandakı səfirliyimizə qarşı teraktı pisləyən bəyannamənin qəbul edilməsinə mane oldu
18-03-2023, 12:10
Avropada derbilər həftəsi: “İnter” - “Yuventus” oyunundan “El-Klassiko”yadək - AFİŞA
18-03-2023, 12:05
Karyerasının zirvəsində olanlar milliyə çağırılmırlar - De Byazinin seçimlərinə SÖZARDI
17-03-2023, 10:16
İlham Əliyev Vladimir Putinlə Cənubi Qafqazda təhlükəsizlik məsələsini müzakirə edib
17-03-2023, 09:58
Gülşən Əsədova: Sosial şəbəkələr və xəbər saytları bəzən məsələni şişirdib cəmiyyətə təqdim edirlər - VİDEO
16-03-2023, 14:31
Azərbaycan təhsilinin inkişafı ulu öndər Heydər Əliyevin adı və fəaliyyəti ilə bağlıdır
16-03-2023, 13:00
Nərimanov Tibb Mərkəzinin Təşkilatçılığı Ilə Ulu Öndər Heydər Əliyevin 100 Illiyinə Həsr Olunmuş Tibbi Aksiya Keçirilib – FOTOLAR
16-03-2023, 10:10
Bakıda bir nəfər pəncərədən piyadaların başına şüşə butulka atır? - DİN HƏRƏKƏTƏ KEÇDİ
16-03-2023, 10:06
Bağça rəhbəri: “Tərbiyəçi üç ay uşağı qucağında yatızdırıb, indi niyə şikayət edirlər?” - YENİLƏNİB
07 mar 07:40Gündəm / İqtisadiyyat
Ətin bahalaşmasının səbəbi nədir? - AÇIQLAMA

Oxu.Az xəbər verir ki, bunu iqtisadçı ekspert Eldəniz Əmirov ətin bahalaşmasına münasibət bildirərkən deyib.
Statistika Komitəsinə istinad edən ekspert söyləyib ki, 2023-cü il yanvar ayının 1-nə Azərbaycanda iribuynuzlu heyvanların sayı 2,62 milyon, xırdabuynuzlu heyvanların sayı isə 7,77 milyon olub. Halbuki, 2016-ci ildə iribuynuzlu heyvanların sayı 2,70 milyon, xırdabuynuzlu heyvanların sayı 8,67 milyon idi:
“Ümumilikdə görərik ki, 7 il ərzində heyvan sayı bir milyon baş azalıb. Əhali sayı 2016-ci illə müqayisədə 500 mindən çox arttıb. 9,7 milyondan artaraq 10,2 milyonu keçib. Beləcə, ölkəmizdə insanların sayı son 7 ildə yarım milyon nəfər artıb, heyvanların sayı isə bir milyon baş azalıb”.
İqtisadçı heyvanların sayının azalması ilə bağlı bildirib ki, səbəblər çoxdur, amma başlıca səbəb yem məhsulları amilidir, o cümlədən, örüş sahələrinin azalması məsələləridir:
“Cəmi 20 il əvvəl biçənək və örüş-otlaq sahələri 2 678 000 hektar idi. Amma 2021-ci ildə örüş-otlaq sahələri 2 417 000 hektara enib, yəni 261 000 hektar azalıb. 261 min hektar heyvandarlıq üçün çox böyük sahədir”.
Qeyd edək ki, son günlər Azərbaycanda ətin qiymətində artım müşahidə edilir. Bakı ilə yanaşı, bölgələrdə də ət təxminən 2-3 manat bahalaşıb. Hazırda mal əti müştərilərə 14-15 manata təklif olunur.