Menu
Xəbər Lenti
XALQIN ƏZİZ MEHRİBANI
Bugün, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

23 Ara 12:25Siyasət

Ombudsman təsisatı müasir çağırışlara uyğun olaraq fəaliyyətini daha da inkişaf etdirir

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın sədrliyi ilə Ombudsman Aparatında 2022-ci ilin yekunlarına dair hesabat iclası keçirilib.

Ombudsman Aparatından AZƏRTAC-a verilən məlumata görə, tədbiri açan ombudsman Səbinə Əliyeva il ərzində insan hüquqlarının səmərəli müdafiəsi sahəsində həyata keçirilən fəaliyyətdən danışıb, görülmüş işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib.

Qeyd olunub ki, bu il yaranmasının 20 illiyi tamam olan Ombudsman təsisatı müasir çağırışlara və beynəlxalq meyarlara uyğun olaraq fəaliyyətini daha da inkişaf etdirir.

İclasda Ombudsman postmüharibə dövründə həyata keçirilən fəaliyyət, beynəlxalq təşkilatlara təqdim olunan hesabatlar, təsisat tərəfindən təşkil edilən beynəlxalq konfrans və tədbirlər, o cümlədən beynəlxalq qurumlar və Ombudsman təsisatları ilə əməkdaşlığa dair imzalanmış memorandumlar haqqında məlumat verib.

Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) fəaliyyət istiqamətlərinə uyğun müvafiq struktur bölmələrinin, habelə Ombudsmanın Şimal, Cənub, Qərb və Şimal-Qərb regional mərkəzlərinin illik hesabatları dinlənilib.

Daha sonra Səbinə Əliyeva kollektivə 31 Dekabr – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və qarşıdan gələn yeni təqvim ili münasibətilə səmimi arzularını ifadə edib.

Sonda Aparatın aidiyyəti struktur bölmələrinə insan hüquqlarının müdafiəsi sahəsində fəaliyyət istiqamətlərinə uyğun olaraq görüləcək işlər, qarşıda duran məsələlər və növbəti ilin prioritetləri ilə bağlı müvafiq tapşırıqlar verilib.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin