Menu
Xəbər Lenti
İkram Kərimov vəfat etdi
2-08-2026, 12:02

İkram Kərimov vəfat etdi

Bu gün imtahan var
2-08-2026, 11:58

Bu gün imtahan var

İrana hücumu ləğv etdi
2-08-2026, 11:54

İrana hücumu ləğv etdi

Prezidentlər təltif olundu
31-07-2026, 12:05

Prezidentlər təltif olundu

17 Dekabr 2022 16:36Siyasət

Sülhməramlılar ərazilərimizin qanunsuz istismarına müdaxilə etmirlər

Bu gün aksiyanın altıncı günüdür. Biz tələblərimiz yerinə yetirilənə qədər buradayıq. Dünən hava şəraiti yağmurlu olsa da bu, aksiya iştirakçılarının əhval-ruhiyyəsinə təsir etmədi.

Bu fikirləri AZƏRTAC-a müsahibəsində “Azərbaycan Təfəkkür Gənclər Assosiasiyası” İctimai Birliyinin sədri Emin Şirvanzadə söyləyib.

O əlavə edib ki, biz burada haqqımızı tələb edirik. Aksiya iştirakçısı, eyni zamanda, bir vətəndaş olaraq ermənilər tərəfindən qanunsuz şəkildə təbii sərvətlərimizin talanmasına göz yuma bilmərik. Təəssüf ki, ərazilərimizin ermənilər tərəfindən qanunsuz istismarını Rusiya sülhməramlıları da müşahidə edir və heç bir müdaxilə etmirlər.