Menu
Xəbər Lenti
Azərbaycan nefti ucuzlaşıb
18-04-2024, 07:44

Azərbaycan nefti ucuzlaşıb

XALQIN ƏZİZ MEHRİBANI
16-04-2024, 15:12

XALQIN ƏZİZ MEHRİBANI

25 Kas 17:36Manşet / Cəmiyyət

Artıq iki ildir, azad Kəlbəcər rayonu

 Artıq iki ildir,  azad Kəlbəcər rayonu

Ulu Öndər Heydər Əliyev Kəlbəcər haqqında demişdir: “Kəlbəcər Azərbaycanın ayrılmaz bir parçasıdır,hissəsidir.Heç şübhəsiz o gün gələcək ki,Kəlbəcər rayonu Ermənitanın silahlı qüvvələrinin işğalından azad olunacaq və Kəlbəcərin vətəndaşları,sakinləri bizim soydaşlarımiz öz yerlərinə,yurdlarına qayıdacaqlar.”
"Kəlbəcər" toponiminin mənşəyi qədim türk dilində “çay üstündə qala” deməkdir. Yaşayış məntəqəsinin yerləşdiyi qayada Tərtərçay çayı boyunca cərgə ilə düzülmüş qədim süni mağaralar mövcuddur. Kəlbəcər ərazisində 30 min ildən çox tarixi olan qədim yaşayış məskənləri, 6 min il yaşı olan qaya təsvirləri, çöp şəkilli qədim türk əlifbası nümunələri aşkar edilib. Buradakı daş abidələr Şimali Azərbaycanda erkən dövr türklüyün, atəşpərəstliyin, xristianlığın, VII əsrdən isə İslamın yayıldığı dövrlərdə yaradılıb.
1993-cü il mart ayının 23-dən aprel ayının 3-dək 10 gündan çox gedən gərgin döyüşlərdə 701 saylı hərbi hissə, Kəlbəcər könüllüləri və helikopterçilər özlərindən 15 qat üstün olan düşmən qüvvələri ilə mühasirə şəraitində vuruşaraq 450 nəfərdən çox döyüşçü itki vermiş və mühasirədə olan 60 min Kəlbəcərlinin təxliyyəsinə nail olmuşdu. Döyüşdə həlak olmuş qəhrəmanlarımız Kəlbəcər torpağında yatır.
“İkinci Qarabağ müharibəsinin ilk günlərində döyüşlər gedən zaman Kəlbəcərin şimal hissəsi Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğalçılardan azad edilmişdir.
10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu bir güllə atılmadan Azərbaycana təhvil verilmişdir. Vətən müharibəsində əldə etdiyimiz Qələbə nəticəsində imzalanmış üçtərəfli bəyanata əsasən, noyabrın 25-də Kəlbəcər rayonu Azərbaycana təhvil verilib. Kəlbəcər şəhəri də daxil olmaqla, rayonun 147 yaşayış məntəqəsi işğaldan azad edilib.
Baxmayaraq ki, erməni vandalları həmin əraziləri tərk edən zaman bütün qurğu və tikililəri yandıraraq yerlə yeksan etmişlər, mətin və əzmkar vətəndaşlarımız tətəfindən hazırda heyvandarlıq və arıçılq üçün Kəlbəcər rayonunun yaylaqlarına köçlər başlanıb və onlarla qoyunçuluq və arıçılıq təsərrüfatları məskunlaşmışdır.
Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunel regionun böyük logistik layihəsidir. Göygöl və Kəlbəcər rayonlarını birləşdirən avtomobil yolunun layihə uzunluğu 81 kilometr təşkil edir. Avtomobil yolu Qarabağın inkişaf planı nəzərə alınmaqla 2-4 hərəkət zolaqlı olmaqla 1-ci və 2-ci texniki dərəcəyə uyğun olaraq inşa edilir. Layihənin 16-cı kilometrlik hissəsindən Murovdağ silsiləsi başlanır və 1900 metr yüksəklikdən Murovdağ zirvəsinədək, 3260 metrə qədər artır. Ərazinin çətin relyefi və təhlükəsizlik məsələləri nəzərə alınaraq Murovdağ silsiləsinin altından 11.6 kilometrlik tunelin tikintisi nəzərdə tutulub. Kəlbəcər və Laçın rayonlarında 10-dan çox tunel inşa edilir. İcra olunan layihələr, həm mülki əhali üçün, həm hərbçilər üçün, həm də müdafiə nöqteyi-nəzərdən böyük əhəmiyyətə malikdirlər.
Kəlbəcər artıq yeni inkişaf dövrünü yaşayır. Kəlbəcər zəngin təbii sərvətlərə və əsrarəngiz gözəlliyə malik diyardır.
26 iyun 2022-ci ildə Kəlbəcərdə yeni yaradılmış komando qüvvələrinin hərbi hissəsinin açılış mərasiminin təşkili ölkəmizin müdafiə potensialının göstəricisidir.
Prezident cənab İlham Əliyev Kəlbəcərə ilk səfəri zamanı Azərbaycan bayrağını ucaltdı.Toğanalı-Kəlbəcər avtomobil yolu üzərində Murovdağında inşa olunacaq 11.6 kilometrlik tunelin təməlqoyma mərasimində iştirak etdi.
Prezident cənab İlham Əliyev Kəlbəcərə ikinci səfəri zamani Kəlbəcər rayonunda hərbi hissələrin açılışı,Kəlbəcər-Laçın avtomobil yolunun inşası ilə tanışlıq, Rəqəmsal İdarəetmə Mərkəzinin təməlqoyma mərasimi,Kəlbəcərdə İctisu sanatoriyasının təməlqoyma mərasiminin və eyni zamanda Kəlbəcər şəhərində İşgal və Zəfər muzeylərinin təməli qoyuldu.Cənab Prezident İlham Əliyevin sözləri ilə desək-” Bir sözlə cəmi bir il yarım ərzində görülən bütün işləri sadalamaq mümkün deyil.Biz bu torpaqların sahibləriyik.”
Nəhayət 25 noyabr 2020-ci il tarixində noyabr ayının 10-da imzalanmış üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu işğaldan azad edilmiş, Azərbaycan Respublikasının Silahlı Qüvvələri rayona daxil olmuş və nəzarəti ələ almışdır.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqidir.
Müharibə bir daha göstərdi kim kimdir.