Menu
Xəbər Lenti
BÖYÜK ƏQİDƏ UĞRUNDA
24-04-2024, 10:41

BÖYÜK ƏQİDƏ UĞRUNDA

Azərbaycanda zəlzələ olub
23-04-2024, 08:38

Azərbaycanda zəlzələ olub

21 Ekm 15:16Manşet / Cəmiyyət

Vətən müharibəsi şəhidi Sənan Məmmədovun ildönümündə bulağın açılış oldu

Vətən müharibəsi şəhidi Sənan Məmmədovun ildönümündə bulağın açılış oldu

44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə ucalmış Çaxırlı kəndindən olan Məmmədov Sənan Tehran oğlunun ikinci ildönümündə məzarı ziyarət olunaraq adına inşa edilmiş bulaq kompleksinin açılışı olmuşdur.
Tədbirdə rayon İcra Hakimiyyətinin başçısının müavinləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Göyçay rayon idarəsinin rəisi, rayonun idarə, müəssisə, təşkilatların, Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin Göyçay rayonu şöbəsinin və rayon ictimaiyyətinin nümayəndələri, şəhidin yaxınları iştirak edirdilər.
Əvvəlcə tədbir iştirakçıları Çaxırlı kənd qəbiristanlığında şəhidin məzarını ziyarət edərək üzərinə gül-çiçək dəstələri düzmüşlər.
Çaxırlı kənd tam orta məktəbdə davam edən tədbirdə sinif otağının qapısı üzərində şəhidin adı yazılmış lövhəyə, həmçinin otaqda şəhidin həyat və döyüş fəaliyyətini əks etdirən guşəyə baxış keçirilmişdir. Tədbirdə məktəblilər vətənpərvərlik mövzusunda şeirlər səsləndirmişlər.
Bulağın açılış mərasimində çıxış edənlər Vətən müharibəsinin 44 günü ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müzəffər Azərbaycan Ordusunun işğal altındakı torpaqlarımızı azad etdiyini, bu möhtəşəm qələbənin şəhidlərimizin qanı, canı bahasına əldə edildiyini, ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə şəhid olmuş qəhrəman Vətən övladlarının xatirəsinin həmişə ehtiramla yad edildiyini diqqətə çatdırdı.
Şəhidin ailə üzvləri göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirərək ölkə Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevə minnətdarlıqlarını ifadə etmişlər.
Xatırladaq ki, şəhid Sənan Məmmədov 27.07.2000-ci il tarixdə Bakı şəhəri Sabunçu rayonunda anadan olmuşdur. 14.01.2020-ci il tarixdə həqiqi hərbi xidmətə cağrılmışdır. 21 oktyabr 2020-ci il tarixdə Xocavənd istiqamətində gedən döyüşlərdə qəhramancasına şəhid olmuşdur.
Ölümündən sonra Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Vətən uğrunda" və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilmişdir.