Xəbər Lenti
Bugün, 13:31
77 Abdullauşağı sakininin Prezidentə harayı: "Doğma yurda qayıdış arzumuza kölgə salınmasın”
Dünən, 13:43
“Cəmil Həsənli və onun kimi düşünənlərin səlahiyyəti olsaydı, repressiya tətbiq edərdilər”
29-06-2026, 21:00
Dayanacaq sökülür, təhlükə böyüyür – sahibkarın qanunsuz addımı kimlərin himayəsindədir? FOTO/VİDEO
29-06-2026, 15:30
Səhnənin inkişafına xidmət edən rəhbər – Gəncə Dövlət Milli Dram Teatrının direktoru Ədalət Hacıyev
28-06-2026, 17:50
Azərbaycan Ordusunun Şərəf Günü: YAP Səbail rayon təşkilatı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününü təntənə ilə qeyd etdi
08 İyun 2022 14:31Manşet / İqtisadiyyat
Qobustan qəsəbəsində 4 küçədə təmir işləri həyata keçirilib
Vətəndaşların rahat gediş-gəlişinin təmin olunması istiqamətində Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 2022-ci ilin "İnvestisiya Proqramı"na uyğun olaraq Qaradağ rayonu, Qobustan qəsəbəsi üzrə təmiri nəzərdə tutulmuş küçə və yollarda işlər tamamlanır.
AAYDA-dan bildirilib ki, "İnvestisiya Proqramı" çərçivəsində Qaradağ rayonunun Qobustan qəsəbəsində ümumi uzunluğu 2.9 km olan 4 küçədə təmir işləri həyata keçirilirdi. Bunlardan Massiv 1a Mərkəzi küçə (900m), Massiv 3 (200m) və Massiv 7 küçə 1 (800m) üzrə təmir işləri bitib.
Uzunluğu 1 km olan Massiv 5-də isə təmir işləri sonuncu mərhələdə icra olunur.
Belə ki, küçəboyu zəruri olan yerlərdə yararsız qruntun qazılaraq çıxarılması, əks-dolğu işləri icra olunaraq yeni yol əsasının və küçənin profilə salınması işləri görülüb. Hazırda yeni asfalt-beton örtüyü döşənməsi işləri icra olunur ki, yaxın günlərdə bu işlər də tam bitəcək.
Anoloji təmir işləri rayonun Qızıldaş qəsəbəsinin ümumi uzunluğu 5100 metr təşkil edən 2-ci Massiv 12,13 və 14-cü küçələrində də icra olunub.
Təmiri aparılan küçələr Qaradağ rayonunda vətəndaşların əsas istifadə etdiyi ərazilər olduğu üçün gediş-gəlişin rahatlaşmasına, sərnişindaşımanın daha da asanlaşmasına gətirib çıxarır.
Xatırladaq ki, 2021-ci ildə Qaradağ rayonunda ümumi uzunluğu 6.5 km olan küçə və yollarda təmir işləri aparılıb. Cari ildə Lökbatan, Qızıldaş, Sahil və Qobustan qəsəbələri üzrə təmiri nəzərdə tutulan küçələrin uzunluğu isə 19.6 km təşkil edir.























































