Menu
Xəbər Lenti
Tapdıq Əlibəyli  - 65
Dünən, 11:52

Tapdıq Əlibəyli - 65

Qalib gəldi ədalət!
26-06-2026, 17:19

Qalib gəldi ədalət!

28 İyun 2026 17:50Manşet / Gündəm / Sosial

Azərbaycan Ordusunun Şərəf Günü: YAP Səbail rayon təşkilatı hərbi hissədə 26 İyun – Silahlı Qüvvələr Gününü təntənə ilə qeyd etdi

 

26 İyun – Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının təşəbbüsü ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin tabeliyində fəaliyyət göstərən hərbi hissədə şəxsi heyətlə görüş keçirilib.


Tədbir Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın ərazi bütövlüyü, müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardınca isə Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb.


Tədbiri giriş nitqi ilə açan Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev bildirib ki, Silahlı Qüvvələr Günü Azərbaycan Ordusunun şərəfli inkişaf yolunu, dövlətimizin milli təhlükəsizliyinin təmin olunmasında ordumuzun misilsiz xidmətlərini və hərbi qulluqçuların Vətən qarşısındakı müqəddəs missiyasını təcəssüm etdirən əlamətdar gündür. Qeyd olunub ki, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu ordu quruculuğu siyasəti Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir və Azərbaycan Ordusu regionun ən güclü ordularından birinə çevrilib.


Sonra çıxış edən hərbi hissənin komandiri, polkovnik Vidadi Cahangirov şəxsi heyət adından tədbirin təşkilinə görə təşəkkürünü bildirib, dövlət tərəfindən hərbi qulluqçulara göstərilən diqqət və qayğının onların xidməti fəaliyyətinə əlavə stimul verdiyini vurğulayıb.


Vətən Müharibəsi Qəhrəmanı, Şuşaya daxil olan üç taburdan birinin komandiri Zaur Hüseynov çıxışında Vətən müharibəsində qazanılmış tarixi Zəfərin Azərbaycan xalqının birliyi, dövlət rəhbərliyinin qətiyyətli siyasəti və Ordumuzun yüksək peşəkarlığı sayəsində əldə olunduğunu qeyd edib. O, gənclərin vətənpərvərlik ruhunda tərbiyəsinin əhəmiyyətindən danışaraq hər bir Azərbaycan vətəndaşının dövlətə və Vətənə sədaqətlə xidmət etməsinin vacibliyini vurğulayıb.


Mayor Anar Quliyev çıxışında ideoloji işin və mənəvi-psixoloji təminatın döyüş şəraitində mühüm rol oynadığını vurğulayıb. O bildirib ki, döyüşçülərin yüksək mənəvi hazırlığı, dövlətə və xalqa sarsılmaz bağlılığı Azərbaycan Ordusunun gücünü daha da artırıb. Qeyd olunub ki, Azərbaycan əsgəri hər zaman yüksək döyüş ruhu ilə qarşıya qoyulan bütün tapşırıqları uğurla yerinə yetirib.


Vətən müharibəsi qazisi, ehtiyatda olan gizir Ramin Şirinov isə keçdiyi döyüş yolundan bəhs edib, Vətən uğrunda xidmət etməyin hər bir hərbçi üçün ən böyük şərəf olduğunu bildirib. O, Azərbaycan Respublikası Prezidenti tərəfindən "Füzulinin azad olunmasına görə", "Qubadlının azad olunmasına görə", "Şuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və III dərəcəli "Hərbi xidmətlərə görə" medalları ilə təltif olunduğunu xatırladaraq, Şuşaya daxil olan dörd tankdan birinin komandiri kimi döyüş xatirələrini iştirakçılarla bölüşüb.


Tədbir çərçivəsində Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən hərbi hissənin 10 əsgərinə Təşəkkürnamələr təqdim olunub, xidmətdə fərqlənən hərbi qulluqçular xatirə hədiyyələri ilə mükafatlandırılıblar.


Həmçinin Vətən Müharibəsi Qəhrəmanı Zaur Hüseynov Yeni Azərbaycan Partiyası Səbail rayon təşkilatı tərəfindən Fəxri Fərmanla təltif olunub.


Bədii hissədə vətənpərvərlik mövzusunda şeirlər səsləndirilib, qəhrəmanlıq və Vətən sevgisini tərənnüm edən bədii kompozisiyalar təqdim olunub.


Sonda tədbir iştirakçıları əsgərlərlə səmimi söhbət edib, xatirə şəkilləri çəkdiriblər.


Tədbir Azərbaycan Ordusunun qəhrəmanlıq salnaməsinin təbliği, hərbi qulluqçulara mənəvi dəstəyin göstərilməsi və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsinə töhfə baxımından əhəmiyyətli olub.


 ARHD.MEDİA