Menu
Xəbər Lenti
16 Şub 14:44Manşet / Cəmiyyət

Lənkəranda ana və qızı dəm qazından boğulublar

 

Lənkəranda dəm qazından boğulma halları baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, 1964-cü il təvəllüdlü Naibə Bilal qızı İbrahimova və onun qızı 2003-cü il təvəllüdlü Fatimə Tofiq qızı İbrahimova dəm qazından boğulublar.

Şirinsu qəsəbəsinin sakini 1987-ci il təvəllüdlü Gülarə Tofiq qızı Fətullayeva da dəm qazından boğulub.

Hər üç şəxs Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıblar. Onlara ilkin tibbi yardım göstərilib. Faktlarla bağlı araşdırma aparılır.