“Medilife Klinika” – Müasir tibbin ünvanı: Peşəkar həkimlər və ən son texnologiyalar bir arada
ARHD.AZ İNFORMASİYA AGENTLİYİNİN MOSKVA ŞƏHƏRİNDƏ İSLAM MƏDƏNİYYƏT MƏRKƏZİNDƏ RƏSMİ GÖRÜŞÜ KEÇİRİLDİ
Nərimanov Rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyinin kollektivi 24 saatlıq iş rejimində çalışır VİDEO-FOTO
Suraxanıda güclü yağışlara baxmayaraq kommunal işçilər səfərbər oldu – küçələrdə operativ tədbirlər görüldü
Elmin və peşəkarlığın zirvəsində: PhD, Oral Cərrah, İmplantoloq, Parodontoloq Uzm. Dr. Kamran Məmmədov
Azərbaycan “ACWA Power” və “Masdar” ilə yeni memorandum imzalayıb
“ACWA Power” (Səudiyyə Ərəbistanı), “Masdar” (Birləşmiş Ərəb Əmirlikləri) və Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) arasında Azərbaycanın Naxçıvan Muxtar Respublikasında 500 MVt gücündə bərpa olunan enerji layihələrinin inkişafına dair Anlaşma Memorandumu imzalanıb.
Sənədi “ACWA Power”ın Baş İnvestisiya Direktoru Tomas Brostrom, “Masdar” şirkətinin baş direktoru Məhəmməd Cəmil Ər Ramahi və SOCAR-ın vitse-prezidenti Əfqan İsayev imzalayıblar.
Bildirilir ki, anlaşma memorandumu imzalayan tərəflər dekarbonizasiyanı gücləndirəcək və Azərbaycana sıfır emissiya dərəcəsinə nail olmaq məqsədlərinə çatmağa kömək edəcək bərpa olunan enerji sahəsində layihələrin inkişafını sürətləndirmək üçün öz təcrübələrini birləşdirəcəklər.
Qeyd edək ki, “ACWA Power” Azərbaycan bazarına 2019-cu ildə daxil olub. “ACWA Power” hazırda Azərbaycanda 240 MVt gücündə külək elektrik stansiyası layihəsi üzərində işləyir. Layihənin investisiya dəyəri 286 milyon ABŞ dolları təşkil edir. Bu ilin əvvəlində Azərbaycanın Energetika Nazirliyi ilə meqa-giqa layihələrin, o cümlədən bir GVt-lıq yerüstü külək elektrik stansiyası, 1,5 QVt-lıq dəniz külək stansiyası və digər layihələrin həyata keçirilməsi üçün dörd saziş imzalanıb.
“Masdar” Azərbaycanda 2020-ci ildən fəaliyyət göstərir. Şirkət 230 MVt gücündə Qaradağ günəş elektrik stansiyası layihəsini həyata keçirib. “Masdar” Azərbaycanda qabaqcıl texnologiyalar vasitəsilə bərpa olunan enerji layihələrinin ümumi gücünü 10 GVt-a qədər genişləndirmək imkanları barədə razılığa gəlib.
Mənbə: Oxu.az























































