Menu
Xəbər Lenti
04 Kas 07:30Manşet / Cəmiyyət

Vətən müharibəsindəki zəfərimiz xalqımızın şanlı tarixidir

30 ilə yaxın müddətdə işğal altında olan ərazilərimizin sülh yolu ilə qaytarılması üçün uzun illər danışıqlar aparıldı. Möhtərəm Prezidentimiz Cənab İlham Əliyev böyük səbr və təmkinlə diplomatik siyasət yürüdərək dinc yolla problemin həllinə çalışdı. Lakin düşmənin ardıcıl təxribatları aparılan sülh danışıqlarına ciddi zərbə vurdu. Müzəffər Ali Baş Komandan, Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın rəşadətli ordusu torpaqlarımızın işğaldan azad olunması üçün başladığı Vətən müharibəsini 44 gün sonra Zəfərlə başa vurdu. Bu gün bütün dünya azərbaycanlıları bu Qələbəni böyük coşğu ilə qeyd edir. Bu Zəfəri bizə bəxş edən şəhidlərimizin ruhu şaddır. Qalib Azərbaycanın ordusu gündən-günə daha da qüdrətlənir, dövlətimiz daha da güclənir. Buna görə də biz müqəddəs amal uğrunda canlarından keçən şəhidlərimizə, sağlamlığını itirən qazilərimizə hər zaman borcluyuq. 


Azərbaycan xalqı ən məğrur, yenilməz xalq kimi, ordumuz isə dünyanın ən güclü, peşəkar ordusu kimi tarixə yazıldı. Azərbaycanın döyüş meydanında və diplomatik müstəvidə qazandığı uğurlar tarixi zəfərimizi şərtləndirdi. 


Qəhrəman oğullarımızın döyüş meydanında göstərdiyi şücaət və ard-arda əldə edilən qələbələr xalqımızı öz Müzəffər Ali Baş Komandanına, onun yenilməz ordusunun qələbə qazanacağına inandırdı və biz zəfər çaldıq.


Azərbaycan xalqı düşmən üzərində tarixi qələbəsi ilə əsrin ilk şanlı tarixini yazdı. Müharibə dövründə xalqımız Prezident İlham Əliyevin apardığı siyasətlə bağlı həmrəylik nümayiş etdirdi. Bir daha aydın oldu ki, Azərbaycan dövlətinin bütün sahələrində uğurların əldə edilməsində vətəndaş həmrəyliyi və milli birlik özünəməxsus yer tutur.


2020-ci ilin 8 noyabr tarixi - Şuşanın işğaldan azad edildiyi gün bütün Azərbaycan xalqı üçün Zəfər günü kimi günü yadda qaldı. 44 günlük Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. 44 günlük haqq savaşımız Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazıldı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, müzəffər Ordumuzun şücaəti, qəhrəmanlığı, qorxmaz, cəsur əsgərlərimizin canı, müqəddəs, ölməz şəhidlərimizin qanı, xalqımızın birliyi hesabına qazandıq...


 8 noyabr  Azərbaycan tarixinə Qələbə günü kimi,     30 illik münaqişəni 44 günə sona çatdıran bu qısa müharibə dünya hərb tarixinə də misli görünməmiş savaş kimi düşdü. Azərbaycan Ordusunun gücünü, Azərbaycan xalqının qüdrətini bəşəriyyətə sübut etdi. Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaqdır.


Qarabağın tacı, ölkəmizin ən dilbər guşələrindən biri, muğamımızın beşiyi Şuşa mənfur düşmən tapdağından qurtuldu. Həmin gün xalqımız tərəfindən böyük coşqu ilə qarşılandı. Hər kəs müqəddəs üçrəngli bayrağımıza bürünərək küçələrə axışdı, sevincini bir-birilə bölüşdü.
Prezident İlham Əliyev 2020-ci il 3 dekabr tarixində hər il noyabrın 8-nin ölkəmizdə Zəfər Günü kimi təntənəli şəkildə qeyd edilməsi və həmin günün bayram günləri sırasına daxil edilməsi haqqında Sərəncam imzaladı. Şuşa şəhərinin noyabrın 8-də iyirmi səkkiz illik əsarətdən qurtarılması müharibənin taleyində həlledici rol oynadı, düşmənin siyasi-hərbi rəhbərliyinin məğlubiyyəti etiraf etməsinə və hərbi əməliyyatları dayandırmasına səbəb oldu. Şuşa şəhərinin və onun işğaldan azad edilməsinin tarixi əhəmiyyəti nəzərə alınaraq, xalqımızın döyüş əzminin və qüdrətinin təntənəsinə çevrilən, dövlətimizin gələcək inkişafı və nüfuzu baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbə - Zəfər Günü hər il noyabrın 8-də təntənəli şəkildə qeyd edilir.  8 noyabr 2020-ci il, Qarabağa qovuşduğumuz tarix gün. Bu Böyük Qələbə Günüdür! Şanlı tariximizə daxil olan Zəfər günüdür!. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDA! qoyduğu gündür.8-10 noyabr 2020-ci il - bu tarix hər bir azərbaycanlının Qarabağa qovuşduğu sözlə ifadə edilə bilməyəcək hissləri ilə yadda qaldı. Qələbə sevincini yaşadığımız tarixi gün hər kəs küçələrə axışıb sevinc göz yaşları ilə bayram ovqatı yaşadı. Birinci Qarabağ savaşında kədərdən boğulan  bizlər ötən il möhtəşəm hadisəyə şahidlik etmək səadətini yaşadıq. Bu Böyük Qələbə ilə 28 il qaçqın, köçkün olaraq yaşayanların həsrətinə son qoyuldu. Dövlət başçısının xalqa müraciəti zamanı vurğuladığı sözlər hər birimizdə böyük sevinc və qürur hisləri yaratdı. Ölkə rəhbərinin də qeyd etdiyi kimi, Qarabağ Azərbaycan torpağı, beynəlxalq səviyyədə tanınan ərazimiz olmaqla yanaşı, haqq-ədalət, Azərbaycanın milli qürur məsələsidir. Bu  tarixi zəfərlə Şəhidlərimizin, Xocalı qurbanlarının, Gəncə, Bərdə digər şəhər və rayonlarımızda soyqırımları zamanı həlak olan günahsız insanların qisasını döyüş meydanında aldıq. Bu Qələbə 200 illik erməni təxribatlarına verilən ən layiqli cavab oldu. Həmin dövrdə ermənilər tərəfindən azərbaycanlılara, türklərə qarşı çoxsaylı təxribatlar, terror aktları, cinayətlər həyata keçirilib. Şanlı Zəfəri bizlərə yaşadan isə Ali Baş Komandanımız İlham Əliyevin qətiyyəti, siyasi iradəsi, güclü Ordumuz, rəşadətli əsgər və zabitlərimizdir. Ali Baş Komandan Müzəffər Ordumuzun Vətən müharibəsində qələbə qazandığımızı, düşməni məğlubiyyətə uğratdığını bəyan etdi. Yenə də bayram bayrama qarışdı. Azərbaycan tarixində, milli yaddaşımızda qızıl hərflərlə həkk olunacaq 10 noyabr yurdumuzun qəhrəmanlıq salnaməsi və şanlı qalibiyyəti kimi tarixə düşdü. Otuz illik həsrətə son qoyan bu əzəmətli Qələbə düşmən işğalında olan əzəli torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün təmin edilməsi deməkdir. Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu 28 ilin hər gününün qisasını aldı! Milli həmrəylik, xalqın etimadı, inamı və dəstəyi sayəsində dövlətimizin başçısı bütün diplomatik təzyiqlərə də sinə gələrək, mürəkkəb məsələlərin öhdəsindən uğurla, ləyaqətlə gəlməyi bacardı. Azərbaycan bütün dünyaya  həm döyüş, həm də diplomatiya meydanında münaqişənin hərb yolu ilə həllinin mümkünlüyünü sübut etdi. Döyüş meydanında Azərbaycan əsgərlərinin qazandığı zəfər diplomatiya meydanında da uğurlara çevrildi və sonda danışıqların şərtlərini Azərbaycan tərəfi diktə etdi. 44 gün davam edən Vətən müharibəsi dövründə dünyanın 10-dan artıq nüfuzlu televiziya kanalına və informasiya agentliklərinə müsahibə verən Prezident İlham Əliyev Azərbaycana qarşı  irəli sürülən bütün yalan informasiyaları ifşa etdi. Ölkə rəhbərimiz öz qətiyyətli siyasəti ilə nəinki cəbhədə, hətta informasiya sahəsində də ən məşhur xarici jurnalistlərin suallarını tutarlı tarixi faktlarla cavablandıraraq bütün dünyaya sübut etdi ki, Qarabağ Azərbaycandır! Qəlbimizdə əbədi məskən salan Şəhid Analarının qarşısında ehtiramla baş əyərək bir daha - "Zəfər Günün mübarəkdir Azərbaycan xalqı, bütün türk dünyası!" – deyirəm.  Əminliklə deyə bilərəm ki, Vətən uğrunda 44 günlük savaşımız, Azərbaycan tarixinin Qəhrəmanlıq, Zəfər salnaməsi, şanlı qürur mənbəyimiz olaraq qalacaq!44 günlük qəhrəmanlıq savaşımız ədliyyə işçisi olaraq tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq! Bu gün Ali Baş Komandanımız, Prezident İlham Əliyev bu tarixi qələbəni bir daha əbədiləşdirdi. Ədliyyə içisi kimi bütün həmkarlarımı, xalqımızı  8 noyabr-Zəfər Günü  münasibətilə təbrik edirəm. Yaşasın Azərbaycan!


Təranə Novruzova

Sumqayıt şəhər qeydiyyat şöbəsinin  rəisi