Xəbər Lenti
Dünən, 20:42
Yeni Azərbaycan Partiyası (YAP) Səbail rayon təşkilatı 22 İyul - Milli Mətbuat Günü münasibətilə tədbir keçirib.
Dünən, 18:14
Hikmət Məmmədov – xeyriyyəçiliyi, vətənpərvərliyi və işgüzarlığı ilə seçilən nüfuzlu şəxsiyyət
Dünən, 13:26
“Səyyar Gənclər Xidməti” layihəsi növbəti dəfə Ağsu gəncləri üçün yeni imkanlar yaradıb
Dünən, 11:30
Jalə Ağakişi: Milli mətbuatın inkişafı dövlətçiliyimizin və milli düşüncəmizin ayrılmaz tərkib hissəsidir
21-07-2026, 22:08
Lənkəran Şəhər İcra Hakimiyyətinin başçısı Taleh Qaraşov: Milli mətbuat dövlətçiliyimizin, milli həmrəyliyimizin və ictimai inkişafımızın etibarlı dayağıdır
21-07-2026, 22:05
Cənubunsəsi xəbər portalının təsisçisi və baş redaktoru Mərhəmət Lələyev təltif edildi
21-07-2026, 21:41
Xeyriyyəçi ziyalı xanım Zərniyar Kərimova: Maarifçiliyin, həqiqətin və milli dəyərlərin təntənəsi
21-07-2026, 21:35
22 İyul – Milli Mətbuat və Jurnalistika Günü: Milli düşüncənin və dövlətçilik ənənələrinin daşıyıcısı
21-07-2026, 16:52
Xeyriyyəçilik və sahibkarlığın vəhdəti: “EL Holding”in rəhbəri Elçin Muradovun nümunəvi fəaliyyəti
21-07-2026, 13:06
GİKM TƏRƏFİNDƏN REGİONLARDA SÜNİ İNTELLEKT MÖVZUSUNDA MAARİFLƏNDİRİCİ SESSİYALAR KEÇİRİLİB
21-07-2026, 12:00
"Best Energy Group" MMC-nin rəhbəri Sahib Süleymanov – vətənə, dövlətə və insanlara xidmət nümunəsi
20-07-2026, 21:50
Qax Rayon İcra Hakimiyyətinin başçısı Elvin Paşayev: Milli mətbuatın şərəfli yolu və cəmiyyət qarşısındakı missiyası
20-07-2026, 18:37
Nuru Abdurahmanov – Göyçayın inkişafına xidmət edən, vətənpərvər və məsuliyyətli bələdiyyə sədri
20-07-2026, 18:09
Aqil Niftəliyev – yol təsərrüfatının inkişafına töhfə verən, dövlətə və xalqa sədaqətlə xidmət edən rəhbər
20-07-2026, 17:26
Green Villa Baku (Greenville Residence) – müasir yaşayış konsepsiyasını təbiətlə birləşdirən nümunəvi layihə
“Dəmir yumruğ”un Suqovuşan zərbəsi

Bu gün Suqovuşan qəsəbəsinin və Talış kəndinin rəşadətli Azərbaycan Ordusu tərəfindən işğaldan azad edilməsindən 2 il ötür.
2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən şanlı Vətən müharibəsində xalq-dövlət-ordu birliyi - “Dəmir yumruq” düşmənə sarsıdıcı zərbə vuraraq ona ağır məğlubiyyət yaşatdı. Hərbi əməliyyatların elə ilk günündə düşmənin illərlə möhkəmləndirdiyi və “keçilməz” adlandırdığı ön müdafiə xətti yarıldı, Cəbrayıl və Füzuli rayonlarının 6 kəndi, Ağdərə və Murovdağ istiqamətlərində yüksəkliklər işğaldan azad edildi. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə “Dəmir yumruq” əməliyyatını uğurla davam etdirən Azərbaycan Ordusu oktyabrın 3-də şimal cəbhəsində mühüm strateji əhəmiyyətə malik Madagiz kəndini işğaldan azad etdi. Axşam saatlarında Prezident İlham Əliyev bu xoş xəbəri tviter səhifəsindən xalqımıza çatdırdı: “Bu gün Azərbaycan Ordusu Madagizdə Azərbaycan bayrağını qaldırdı. Madagiz bizimdir. Qarabağ Azərbaycandır!”. Dövlətimizin başçısı həmin gün daha bir paylaşım etdi: “2020-ci il oktyabrın 3-dən Madagizin tarixi adını bərpa edirəm. Bundan sonra Suqovuşan adlandırılır. Qarabağ Azərbaycandır!”. Beləliklə, 1990-cı illərin əvvəllərində Ermənistan silahlı birləşmələri tərəfindən işğal edilən Suqovuşan Vətən müharibəsinin yeddinci günündə azadlığına qovuşdu.
Müxbiri xalqımıza bu möhtəşəm Zəfəri bəxş edən Azərbaycan Ordusunun hərbi qulluqçularının bir neçəsi ilə elə Suqovuşanda həmsöhbət olub.
Polkovnik Taleh Məşədiyev: “2020-ci ilin sentyabrında düşmən Azərbaycanın yaşayış məntəqələrini, əkin sahələrini, yolları atəşə tutaraq təxribatlar törədirdi. Eləcə də cəbhənin Tapqaraqoyunlu və Tərtər istiqamətində də davamlı təxribatlar törədilirdi. Sentyabrın 27-də səhər saatlarında biz artilleriya zərbələri ilə əks-hücum əməliyyatına başladıq. Suqovuşan Azərbaycan Ordusu üçün çox strateji əhəmiyyətə malik ərazilərdən idi. Bizim ordu birliyinin tapşırığı Suqovuşanı işğaldan azad etmək idi. Təmas xəttində təbii və süni maneələr vardı. Təbii maneələr hakim yüksəkliklər, suvarma kanalları, süni maneələr isə tank əleyhinə qazılmış xəndəklər idi. Ərazidə dörd tank əleyhinə xəndək mövcud idi. Düşmən bu xəndəkləri həm də minalamışdı. Biz əks-hücumla tank əleyhinə xəndəkləri keçdik və ərazidəki hakim yüksəklikləri azad etdik. Düşmənin inanmadığı bir istiqamətdən – Murov dağ silsiləsinin Arakəsər silsiləsindən də irəliləməklə onları mühasirəyə aldıq. Düşmən Suqovuşandan geri çəkilməyə məcbur oldu. Biz Suqovuşan və Talış istiqamətindəki hakim yüksəklikləri azad etdik. Hazırda bu istiqamətdəki bütün hakim yüksəkliklərdə Azərbaycan Ordusu xidmətini davam etdirir”.
Baş leytenant Vüsal Nəsirov: “Talış-Suqovuşan istiqamətində döyüşlərdə iştirak etmişəm. Ali Baş Komandanın torpaqlarımızın azad edilməsi ilə bağlı verəcəyi döyüş tapşırığını Azərbaycan Ordusunun hər bir fərdi böyük səbirsizliklə gözləyirdi. Ali Baş Komandanın dediyi kimi, heç kim bizi haqq yolumuzdan döndərə bilməz. Vətən müharibəsinin 10-cu günü düşmənin açdığı tank atəşi nəticəsində yaralandım. Amma cəbhənin müxtəlif istiqamətində ordumuzun qazandığı qələbələr bizi ruhlandırır, sevindirirdi. Fəxr edirəm ki, qalib ordunun qalib zabitiyəm. Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm”.
Gizir Qafar Qubadov: “Vətən müharibəsində Suqovuşanın azad olunması uğrunda gedən döyüşlərdə tankçı olaraq iştirak etmişəm. Düşmənin 30 il müddətində qurduğu mühəndis qurğularını yararaq torpaqlarımızı işğaldan azad etdik. Hərbi qulluqçularımızın əhval-ruhiyyəsi yüksək idi. Çünki bu torpaqlar bizimdir və bizim borcumuz idi ki, onu düşməndən azad edək. Şükürlər olsun ki, torpaqlarımızı işğaldan azad etdik, şəhidlərimizin qanı yerdə qalmadı. Bir tankçı olaraq Azərbaycan Ordusunda xidmət etməkdən fəxr edirəm”.
Gizir Nəsimi Qafarov: “2020-ci il sentyabrın 27-də düşmənin təxribatının qarşısını almaq üçün Tapqaraqoyunlu istiqamətindən Talış-Suqovuşan istiqamətinə əks hücumumuz başladı. Talış kəndi istiqamətindəki yüksəklikləri azad edib müdafiəsini qurduq, irəliləyərək Suqovuşanı düşməndən təmizlədik. Bu torpaqların hər daşında, qayasında həm sevinc, həm də kədər var. Çünki burada döyüş yoldaşlarımın bir hissəsini itirmişəm, yaralılarımız olub. Allah şəhidlərimizə rəhmət eləsin. Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu kimi qürur hissi duyuram ki, torpaqlarımızı işğaldan azad etmişik”.
Suqovuşanda xidmət edən hərbi qulluqçular qəsəbədə şəhidlərin xatirəsinə inşa edilmiş abidəni ziyarət edib, önünə tər qərənfillər düzərək şəhidlərimizin xatirəsini ehtiramla anıblar.
Suqovuşana ezam olunmuş media nümayəndələri səfər çərçivəsində Müdafiə Nazirliyinin “N” saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olublar. Burada hərbi qulluqçulara xidmətlərini yüksək səviyyədə aparmaq üçün hərtərəfli şərait yaradılıb.























































