Tüklə kəndində Zəfər Gününə həsr olunmuş möhtəşəm tədbir – Şəhidlər Parkı və Abidə Kompleksinin açılışı baş tutdu
Xəbər saytlarının alınmasından qazanılan pullar - Adnan Əhmədzadə işində adı keçən Elnur Abdullayev kimdir?
Yolların abadlığı, xidmətin keyfiyyəti – “7 nömrəli Xüsusi Təyinatlı Yol İstismarı” MMC-nin fədakar əməyi
“Dövlətin yaratdığı imkanlardan bəhrələnib sərvət yığanları görəndə insanı dəhşət bürüyür”
34 nömrəli tam orta ümumtəhsil orta məktəbin direktoru Nəcibə Axundova “Şəhid ailələrinə və qazilərə diqqət göstərən fədakar təhsil rəhbəri”
Bakı şəhəri 248 nömrəli tam orta məktəbin direktoru Fərəcov Xəyyam - "TƏHSİL FƏDAİSİ, ƏSL PEDAQOQ"
"Art Weekend"nçərçivəsində "Nəfəs-söz və səsin vəhdəti" adlı növbəti layihənin təqdimatı keçirildi
Sabaha olan hava proqnozu açıqlanıb
Sentyabrın 4-də Azərbaycanda gözlənilən hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim cənub-şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 20-24 isti, gündüz 28-32 dərəcə isti olacaq. Atmosfer təzyiqi 760 mm civə sütunundan 756 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 60-70%, gündüz 45-50% olacaq.
Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər tədricən kəsiləcək, gündüz əksər rayonlarda əsasən yağmursuz keçəcək. Gecə və səhər bəzi rayonlarda duman olacaq. Mülayim şərq küləyi əsəcək.
Havanın temperaturu gecə 19-24, gündüz 28-33, dağlarda gecə 10-15, gündüz 15-20 dərəcə isti olacaq.
Sabah Abşeron çimərliklərində mülayim cənub-şərq küləyi əsəcək. Dəniz suyunun temperaturu şimal çimərliklərində (Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulba) 24-25, cənub çimərliklərində isə (Türkan, Hövsan, Sahil, Şıx) 25-26 dərəcə isti olacaq.























































