Xəbər Lenti
Dünən, 19:38
Gülpəri Bayramova – Sahibkarlıqda uğurun, qadın liderliyinin və milli iqtisadiyyata töhfənin nümunəsi
Dünən, 19:13
Hacı Zərintac İsmayılova – Xeyirxahlığı həyat amalına, vətənpərvərliyi mənəvi dəyərə çevirən Azərbaycan xanımı
Dünən, 15:09
TUBUXANIM QASIMZADƏ ASİYA ELMLƏR AKADEMİYASININ MÜXBİR ÜZVÜ SEÇİLİB - AZƏRBAYCAN ELMİNİN NÖVBƏTİ UĞURU
27-11-2026, 18:10
Lənkəranda keçirilən “Yerli Təlim Kursu 2026” (Local Training Course 2026) layihəsi uğurla başa çatıb
26-11-2026, 14:41
OQTAY MƏSİMOV – YERLİ ÖZÜNÜİDARƏETMƏDƏ MƏSULİYYƏT, XALQA XİDMƏT VƏ GÖYGÖLÜN GƏLƏCƏYİNƏ YÖNƏLƏN İNKİŞAF MƏRAMI
26-11-2026, 11:57
Vətəndaş ödəniş etdi, 2-3 saat sonra avtomobili XƏBƏRSİZ GÖTÜRÜLDÜ — Azərmaşın bu münasibətinə KİM CAVAB VERƏCƏK?
25-11-2026, 17:45
ŞÜKRAN VƏ MİNNƏTDARLIQ DOLU GÖZ YAŞLARI — DÖVLƏT QAYĞISI, İNSANLIQ VƏ TƏMƏNNASIZ HÜQUQİ DƏSTƏYİN TƏSİRLİ TƏZAHÜRÜ!
25-11-2026, 10:18
MSİM və Harvardın dövlət sektoru rəhbərləri üçün təlim proqramı başa çatdı - Fotolar
14 Fevral 2023 18:33Dünya
Ağ Ev: ABŞ səmasında vurulan obyektlərin Çinə aid olması barədə heç bir məlumat yoxdur
Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ hava məkanında aşkarlanaraq vurulan üç uçan obyektin Çin və ya hər hansı digər ölkənin kəşfiyyat fəaliyyətində iştirak etdiyinə dair heç bir məlumatın olmadığını deyib.
AZƏRTAC xəbər verir ki, o, onlayn mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən bu barədə danışıb.
Kirbi bildirib ki, bu obyektlərin kommersiya və ya təhlükəli olmayan fəaliyyət üçün havada olduğuna dair fikirlər var.
Ağ Ev rəsmisi vurulan obyektin qalıqları əldə edildikdən sonra dəqiq məlumatların olacağını diqqətə çatdırıb. Obyektlərin qalıqlarının çıxarılması işlərinin hava şəraiti səbəbindən çətin olduğunu söyləyib. O deyib ki, hazırda ABŞ hava məkanında heç bir obyekt izlənilmir.
Qeyd edək ki, ABŞ hava sahəsində görünən şarabənzər naməlum obyektlərin Çinə məxsus olduğu barədə fikirlər var idi. Vaşinqton bunu Çinin “casus şarı” olduğunu bildirərək, Pekindən açıqlama tələb etmişdi.